Quranda göy (səma) haqqında – Davamı

14 05 2010

Keçən həftə giriş elədiyim mövzuya davam edirəm. Quran ayələrinə göz ataq.

Kəhf

85. O, (yer üzündə gəzib dolaşmaq üçün) səfərə çıxdı.

86. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”

89. Sonra o, yoluna davam etdi.

90. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq.

91. Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq.

Bu surədə Zülqərneyn (Makedoniyalı İsgəndər olduğu da deyilir) haqqında danışılır. Görünür ki Quran o vaxtın əfsanə və miflərindən yararlanıb. Zülərneyn günəşin batdığı yerə gedir və orda günəşi qara palçıqlı bir çeşmədə batan görür. Yəqin fikirləşiblər ki Günəş qara palçıqlı suya girir deyə qaranlıq düşür. Sonrakı ayələr də maraqlıdır, günəşin doğduğu yerə gedir çatır. Ordakı qövmün heç bir qorunmağa örtüyü olmadığı qeyd edilir. Ümumiyyətlə qədim xalqların əfsanə və miflərini oxuyanlar belə hekayələrə çox rast gələ bilərlər. Təbii ki müsəlmanların müdafiəsi odur ki burda günəşin batdığı yer deyildikdə Qərb, doğduğu yer deyildikdə isə Şərq nəzərdə tutulur. Həmən yerə çatanda palçıqlı çeşmə, vəya günəşdən örtük söhbəti bəs nədir onda? Nə isə, mənə məntiqli gələn açıqlama odur ki o vaxtlar belə əfsanələrə inanırdılar.

Həcc

65. Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir.

Şərhə ehtiyac yoxdur, Göy-Səma bir tavan kimi düşünülür, ona görə də göyün təpəmizə düşməməsi bir möcüzədir. Buna imkan verməyən də Tanrıdır. O qoymur ki göy üstümüzə düşsün.

Loğman

10. O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.

Əvvəlki sürədəki fikir burda da var. Göylər dirək olmadan dayanıb. Yer silkələnməsi, yəni zəlzələnin qarşısını almaq üçün dağ yaratmaq başqa mövzudur. Dağlar zəlzələdən, tektonik layların birbirinə təsirindən yaranır. Dağlı yerlərdə əksinə zəlzələ daha çox olur. Bir başqa elmi səhv daha.

Fatir

41. Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.

Eyni anlayış. Göy tərpənib düşməsin deyə tutub saxlayır. Halbuki yer də göy də onunla bir yerdə tərpənir, fırlanır. Burda kainat vəya qalaktikalara göy deyərək xitab eləyə bilər, amma o da tərpənir axı.

əl-Cinn

8. Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.

9. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.

Göydə gözətçilər və yandırıb-yaxan ulduzlar var. Ora çıxmaq olmaz, onun qatlarında mələklər söhbət edir, ən yuxarı qatlarında da başçıları – Tanrı oturur.

Mən tanrı olsaydım yüz dəfə “göydən yağış endirən, göyün və yerin sahibi” deməkdənsə, bir dəfə onları deyərdim, sonra da məsləhət verərdim ki göy sizin yaşamanız üçün vacibdir, yararlı maddələrdən ibarətdir, onu qoruyun, çirkləndirməyin, ağacları kəsməyin və s. Təbii ki o vaxtın Ərəb tanrısının Braziliyadakı Yağış meşələrindən xəbəri yox idi. Ümumiyyətlə bu qədər təkrara nə ehtiyac var, bildik də göydən yağış tökülür. Bir lazımlı məlumat ver onun yerinə.

O vaxtın məntiqinə görə Tanrı yuxarıdadır, mələklər yuxarıdadı, göydədilər, oranı qoruyan xüsusi alovlu ulduzlar var, Aya Tanrı nur verib (Ayın işığı yoxdur, hamınız bilirsiniz yəqin 🙂 ). Nə isə, özünüz oxuyun görəcəksiniz ibtidai fikirləri.


Hərəkətlər

Information

26 responses

2 08 2010
dinarxive

Adamlarin coxu delidir ki,allaha inanirlar.Inananlar muselman deyil,muselmaldir!

6 09 2010
resul92

tamamile sehv tercumelerdi arsdirin tapin. men indiden 1-2sehvinizi deyim.
yene de qurandan mocuze yazibsiz elmin de tesdiq etdiyi kimi daglar yer tebeqesine tam quranda deyildiyi kimi direk kimi bastirilib ve yer tebeqesinin tarazligini qoruyur en maraqlisi da daglarin hereket etmesini yeni tapan elmden evvel quran daglarin hereketini yazib. aman allah niye axi bu dinsizler bele kordu. heqiqeten kafirlesdikce sen onlarin gozlerine perde salirsan. davamini yazacam bagislayin indi bir isim var ona gore yarimciq qoydum.

7 09 2010
resul92

Cavabı Türkçə orijinal təfsir kitabından əlavə edirik.

86. “Kara bir balçık” diye tercüme ettiğimiz “aynin hamietin” tamlaması farklı İki okunuşa göre “siyah balçıklı göze, sıcak göze” anlamlarına gelir. Her iki kıraat da güneşin batışı esnasında okyanusta meydana gelen manzarayı tasvir eder. Okyanusta, güneşin battığı yerde ya siyah balçıklı bir göze veya buharlaşmakta olan bir sıcak su gözesi görünümü meydana gelmektedir. Bu iki mânayı birleştirerek, “güneşi siyah balçıklı bir sıcak su gözesine batıyor gibi gördü” şeklinde bir mâna vermek de mümkündür.

Yüce Allah, Zülkarneyn’i yeryüzünde güç, kuvvet, ilim, irfan ve her türlü maddî ve manevî imkâna sahip bir lider kıldı. Bu imkânlar sayesinde dilediğini elde edebiliyor ve dilediğini yapabiliyordu. O bu imkânları Allah yolunda kullanmak üzere cihad ve fütuhata çıktı. Tefsirlerde nakledildiğine göre Zülkarneyn, batıda Atlas Okyanusu’na veya Karadeniz’e kadar gitti. Orada güneşin deniz ufkunda batışını seyretti. Güneş, sislerle kaplı deniz ufkunda, sanki balçıklı bir su göze­sine veya sıcak su gözesine gömülür gibi batıyordu. Kur’an burada coğrafî ve koz-mografik bilgi vermemiş, bakanın ufukta gördüğünü tasvir etmiştir.

Tefsircilerin kanaatine göre Zülkarneyn’in sahilde karşılaştığı kavim inkarcı bir topluluk idi. O yüzden Allah Teâlâ onu, bu kavmi cezalandırmak veya eğitmek ve böylece iyilikle yola getirmek arasında serbest bıraktı. http://www.darulkitap.com/oku/kuran/tefsirler/tefsirkulliyati/018kehf/002.htm#_ftn116” name=”_ftnref116″ title=””>

89-90, Zülkarneyn batıda işlerini bitirdikten sonra doğunun yolunu tuttu. Neticede, muhtemelen Afrika’nın veya Asya’nın doğu kıyılarına, Hint Okyanusu’ııa, yahut Hazar denizine ulaştı. Âyetlerin akışından anlaşıldığına göre burada medenî hayat gelişmemişti. Zülkameyn’İn karşılaştığı insanlar, medeniyetten uzak olduklarından, güneşin sıcağına ve yağmura karşı korunmak için ne elbise dikip giymesini biliyorlardı ne de barınabilecekleri evleri vardı, topraklarında güneşe karşı koruyabilecek bitki örtüsü de bulunmuyordu.

25 10 2010
Selim

resul qardas izah etdi aydin deilse men daha boyuk bir izah yazim

25 10 2010
selim

Ikincisi bizim inancimizda Allah goyde deyil her yerdedir bunu yaddan cixarmayin telefonla girirem cox yazammiram

23 02 2011
ateist filosof

bu fikriniz quranla celiski teskil edir.

18 04 2011
Rehmanin qulu

1ci Selim qardash heqiqeten Yaradan Goydedi bu bize ayelerden ve sehih hedislerden melumdu!oki qaldi burdaki dinsizlere ay insanlar dogurdanda siz gormursuz?eger Allah yoxdusa nece yaranib bu qusursuz kainat?tesadufen?her shey tesadufdu he?tesadufen bir televizor duzele biler?tesadufen bir robot duzele biler?bes nece olur bu kainat,qalaktikalar,bu qusursuz sistemler,canlilar insan tesadufen yaranir?her shey Yaradani subut etmir?biz insanlarin beyninin cox az hissesi ishleyir.Allahi derk etmeye bizim beynimizin gucu catmir.eger biz bundan acizikse bunu inkar etmek lazimdi?eger resm varsa nece ressam olmaya biler?bir dushunun lap deyekki siz deyen kimidi onda bizim itireceyimiz bir shey yoxdu uzagi ibadete serf etdiyimiz 1-2 saat iter,ancaq biz deyen duzduse(tebiiki duzdu)onda siz neler itirirsiz hec dushunmusuz?ebediyyen cehennemi hec dushunmusuz?yeqinki yox!cunki inanmirsiz!bes eger heqiqeten varsa?onda nece?niye size bir defe verilen heyati mehv edirsiz?axi nece Allahi inkar etmek olar?baxin Islam dinine gorun neyise sizin pisliyinize deyib?niye nankorluq edirsiz?Quranda sehv axtarirsiz,siz kimsizki Yaradanin yazdiginda sehv tapasiz?deyirsizki Muhammed(SAS)onu ozunden uydurub…o dovrde yashayan bir insan nece ana qarnindaki ushagin inkishaf merhelesini sehvsiz yaza biler?ancaq Quranda var bu!ele bir tek bu bes deyil inanmaga?dogurdan hec dushunmursuz?Allahdan qorxun tovbe edin!o sehv axtardiginiz Qurani bir diqqete oxuyun gorun orda nece gozellikler var!hec bir kafir Allahi aciz buraxa bilmez!

10 09 2011
tale

qaqaw onda resimi yaradan robotu yaradan insan onda allahaida kimse yaradibda?he?

25 11 2012
Turan

Sen 100 qramliq qizil terezisi ile 10 kq.liq yuku ceke bilersen?
Tale sence allah yoxdu he? ancaq men deyiremki allahi qebul eden ve etmeyenler var.

15 07 2011
Resad

ala narahat olma senin ucun bir cirta pirla yanan alov hazirlanib… beh beh beh. kisisen olmede. niye geberirsen. ay qanmaz erREHMAN suresini oxu. gor ALLAH senincun neler hazirlayib. adam ol ala.and olsun ALLAHa pesman olacaqsan. gel Islama.

8 12 2011
keramet

Birde dindarlarin dillerinden dusurmediyi mesur bir soz var “Allah kainati insanlar ucun yaradib”

Gelin bunu bir analiz edek, Alimlerin hesaplamalarina gore kainat texminen 13 milyard il bundan evvel yaranib ve ya yaradilib. “Boyuk Partlayish”

yaxsi gelin bu 13 milyard ili goz ardi edek ve bir basa dunyayi nezere alaq dunya 3.9 milyard il bundan evvel yaranib, ve fossil qalintilarina gore ilk muasir insan texminen 50 min il bundan evvel var olub. Indi gelin asaqida cox primitiv bir riyazi hesablama aparaq.

3.9 milyard ilin 50 min il nece faizini teskil edir??) = 0.001%

Bu onu gosterir ki dunya heyatinin 99.999% Bizler olmadan devam edib, Aciq aydin ortadadir ki yaradiciniz dunyayi bizim ucun yaradmayib biz sadece bir shans eseri burdayiq

KAINATI VE ONUN ICINDE YERLESEN, KAYINAT UCUN HEC BIR EHEMIYYETI , DEYERI, ONEMI OLMAYAN ZERRE QEDER OLAN DUNYADA OTURUB DA BIZIM UCUN YARADILIB DEMEK (UZUR ISTEYIREM) AXMAQLIQDIR!!!!

Hormetle: Mentiq sever bir dost.

3 07 2019
Emin

di gelki bunu insanlara basha salasan)

9 12 2011
vusal

men teistlere tupoy kimi baxiram

25 11 2012
Turan

VUSAL mende bir vaxtlar teistlere qarsi idim. O vaxt ki menimde aqzimdan BIG BANG sozu dusmurdu. Her zaman teistlerle sohbetde big bangi ortaya soxub deyirdim,her sey bu partlayisla yaranib. Ancaq bir gun dusundum ki butun boyuk partlayislardan daqintilar yaranir,bes nece olurki menim dediyim bu BIG BANGdan sonra bele bir nizam intizamli kainat yarandi.
qeyd edim ki,QURANDA boyuk partlayis haqqinda melumat verilir.

10 11 2012
Cabir

Tutalim ki atam mene,MEN ANADAN OLMAMISHDAN EVVEL velosiped alib.Ve men de anadan olandan sonra bu velosipedi sururem. Indi atam bu velosipedi menim ucun almiyib meger???

3 01 2013
elnurə

RƏHMAN VƏ RƏHİM OLAN ALLAHIN ADI İLƏ… Bütün müsəlman bacı qardaşlarımızı buradan salamlayıram. Allah hamımızı bu yolda müvəffəq qılsın, sapqınlardan etməsin. Allah qəlbində zərrə qədər nur olmayan ateistlərin qəlbinə öz nurundan yansıtsın ki, onların da qəlbi onunla aydınlansın. Turan qardaşımızın işlətdiyi bir kəlmə söz (nizam-intizam) bəsirət sahibləri üçün yetərlidir. Vüsal bey,sizin fikrinizcə Lev tolstoy, Nizami gəncəvi, Nyuton, Eynşteyn və saymaqla tükənməyən dünya dahiləri tupoydurmu? Lev tolstoy demişkən korun gözü önünə nə tutsan da o görməyəcək, çünki kordur. Dahi L. Tolstoy əsərlərində qeyd edir ki, insan Tanrı üçün yaşamalıdır. Tanrı üçün yaşamağın necə olduğunu öyrənmək üçün isə müqəddəs kitabı oxumağı rəva bilmişdir bizlərə.Quranda elm adamlarının, alimlərin Allaha daha yaxın olduğu bildirilir. tupoydan Allah dostu çıxmaz. siz ateistlər də Allaha dost olmadığınıza görə tupoy sayılırsınız. Allah bəsirətinizi açsın ki, kim olduğunuzu biləsiniz.Amin!!!

18 01 2013
Xaliq

maraqlidir hec gormedinizmi ALLAH i inkar edenlerin qebirdeki halini?
hec gormedinizmi en meshurlarin dunyada islami qebul etdiyini?

Lakin onların çoxu əsil həqiqəti bilmir və (ondan) üz çevirərlər.
(Ənbiya surəsi, 24)

28 09 2013
Emin

Salam. Yazar qardash neyise izah edirsense sakit ve aram terzde izah et. Ele ifadeler yazmisan ele bil neyinse elinden yaniqlisan.

9 10 2013
Mələk Nəsirli

(Y) aya tanri nur verib hansi suredendi deqiq deye bilersiz?

4 04 2014
Mujgan

Dar duwunceliler. Siz ne anlarsiz ki bir kelimede ne menalar oldugundan. Sadece fikrinin esiri oldugu cehenneme yoldaw axtaran darvinin duzenbaz sozlerile oturub durursuz. Oznuze serf eden menani goturursuz derinliyine baxmirsiz. Oncun deyilibki Bawa duwen bi qovm ucun gonderilib size asan heyat lazimdi ki kef cekesiz oncun her weyi inkar edirsiz. Dunya heyati aldadici oyundu aldanirsiz. Heyatda hecne bowuna yaradilmayib. O ayeleri de cirkli zekanla lekeleme. Onlar senin hezm edeceyin sevihhede deyil diye guya oz aleminde ozvizi agilli hesab etmeyin.

30 06 2015
eli

Tövrat ( Tora ) -Yəhudilərə görə Allah Təala tərəfindən HZ. Musaya göndərilən Müqəddəs Kitabdır. 5 cilddən ibarətdir. Qurani Kərim də bunu dəstəkləyər və Allah Təala tərəfindən HZ. Musaya göndərilən bir kitab olaraq qəbul edər. Lakin bu anki şəklinin HZ. Musaya endirilmiş formasının dəyişdirilmiş halı oldugunu təsdiqləyər.

“Ey kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə endirilənə lazım oldugu kimi əməl etmədikcə iman etmiş olmazsınız.” ( Əl- Maidə 5/68 )

İncil-Allah Təala tərəfindən HZ. İsaya göndərilən 4 böyük kitabdan biridir. Yunancadan tərcüməsi-yol göstərən, müjdə deməkdir. Bu gün kilsələrdə 4 rəsmi İncil vardır. Hər nə qədər Qurani Kərim İncili təsdiq etsə də, bu günümüzə qədər gəlib çatan İncil kitablarının HZ. İsaya göndərilən İncilin dəyişdirilmiş formaları oldugu hətta Quranın ayələrində də öz təsdiqini tapmışdır.

“İncil sahibləri Allahın onda endirdiyi ilə hökm etsinlər. Allahın endirdiyi ilə hökm etməyənlər , fasiqlərdir.” ( Əl- Maidə 5/47 )

Qurani Kərimdən əvvəlki bütün Müqəddəs Kitablar təhrif edilmiş (hökmdən düşmüş)dir. Qurani Kərim bütün bəşəriyyətə son Müqəddəs Kitab olaraq göndərildi. Yeganə müqəddəs Kitabdır ki, ora insan fikri qarışmayıb. Çünki Allah Təala “Onu” Qiyamətə qədər qoruyar!

ateistler…gordunuz ki Quranda kitablar haqqinda melumat verilir..sadece diger kitablar kafirler terefinden isteye uygun deyisdirilib insanlara yalniw awilanir… Insan beyni Allah istemedikce Quran ayelerinin tam menasini aciqlaya bilmez.. Her bir weyin Allah qatinda bir sebebi vardir.. qebul etmirsizse hec olmasa lag etmeyin.. Kitabi sadece uzden bawdan sovdu oxuyursuz.. onnansa oxumuyun kim sizi mecbur edir ki?? bawqasina hormetle yanawmaq..qadinlara qocalara uwaqlara qaygi gostermek,kasiblara inkan daxilinde yardim etmek..caresizlere imkanin varsa komek etmek meger pis bir weydir?? sizin bawqa iwiniz yoxdumu..?? yolda yixilan bir qocaya komek etmek,ac insana bir tike corek vermek sizce pis weydirmi??

yoxsa qadinlara tecavuz etmek,zeif mexluqlar olduguna gore onlarla istediyiniz kimi reftar etmek,wikestlere lag etmek,qusurlu dogulanlara lag etmek yaxwi iwdirmi?? narkotiklerle bedenini zeherlemek ve saglamligini itirmek yaxwidirmi..??

Allah da buyurur yaxwi emeller edin..pislik etmiyin.. yaxwiliq yaxwiliq getirer..

13 08 2015
Peleng

Admin sen ne tupoysan 😀 birincisi agilli olsaydin wordpessle yox temiz php uzerinde yigardin “agilli saytini” ikinciside senin hele daglar haqqinda bilgin 0 seviyessindedi P.S al bu 0 burunun tax 😀

30 08 2015
Ateist adam

Senin qandigin ele php’di de…Menim ne vaxtim ne de hevesim var oturub “sayt yigmaga”.

9 09 2016
elvin

ey insanlar bir alim var omrunun yaridan coxunu quranda ve islamda sehv axtarmaga hesr edib. sonunda qarisqanin sinmasi ile bagli meselede sizin mentiqnen baxib. qarisqa sinir insan mentiqi ile desek ezilir. adamda ele dusunub. bundan baslayib bezi auditoriyalarda quranda sehv var bunun harasi ilahi kitabdir deyib. uzerinden bir muddet kecib alim dostu olub almaniyada onlara gedende eline ensiklopediya dusub ve hemin adam qarisqa baresinde movzunu gorub orda tebii ki, her kese oz sahesi maraqli gelir bu da hemcinin. orda oxuyub ki, qarisqanin uzeri suse qati ile ortuludur ve onu oldurdukde susse sinir. eger o adam quranda Alim quranda sehv tapmayibsa siz oz mentiqinizle yanasmasaz daha yaxsi olar. Quran agil sahibleri ucundur, nece ki kitabda yazir. Allah sizlere hidayet versin. Calisin her esiddiyiviz her kaprizivizi kenara qoyub bir tek dusunun nece yasinda olursan ol senden sorusanda heyatini dusun 10 saniyeden artiq dusune bilmirsen bundan sonra nece saniye vaxtin qalib bir onu dusun ve mentiqe deyil oz yaradilisiva bax hardan hara. ana betnine dusmemisden evvel nece idik indi neceyik.

size ve ozume meslehet edirem.

10 09 2016
Ateist adam

Zor hekayelerin var, belke kitab yazasan?

14 02 2018
Ceyhun

Aglin ora qeder kesir, sen hec yanilmamisanmi? umid edirem yanilmazsan)

vusal üçün bir cavab yazın Cavabı ləğv et