Quranda spermanın mənbəyi

10 03 2010

Yəqin ki bir çox oğlanlar ən azından məktəb vaxtı “belim boşaldı”, “sinəm (döşüm) ağrıyır” kimi ifadə ilə tanışdırlar. Bir çox oğlanlar elə bilirlər ki sperma beldən və ya döşdən gəlir. Ona görə də bəzən spermaya `bel` deyə müraciət eləyirlər. Maraqlıdır ki Quranda bununla bağlı bir surə var. Tarıq surəsi 5-8:

  1. Qoy insan nədən yaradıldığına bir baxsın!

  2. O, süzülüb tökülən bir mayedən yaradılmışdır.

  3. Bu maye bel və köks sümükləri arasından çıxır.

  4. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.

Bizim cəmiyyətdə hökm sürən sperma haqqındakı cəhalət deyəsən Qurandan gəlib. Bunu təbii ki dəqiq bilə bilmərik, amma onu dəqiq görürük ki Quranda spermanın mənbəyi kimi bel və köks sümüklərinin arası göstərilir. Spermanın əmələ gəldiyi yer kişinin yumurtalıqları yəni testisləridir. Orda əmələ gəlir və yuxarıdan süzülüb tökülür, fışqırır desək daha doğru olar. Testislər hara, bel, sinə hara…Qurandakı elmi səhvlərdən bir başqa birisi.