Harun Yahya (Mehdi) və şagirdləri

1 11 2009

Harun Yahya həqiqətən də maraqlı fenomendir. Propoqanda, pulun qüvvəsini, və insanların saflığını bir arada görmək olar. Uzun yazmayacağam, keçək standart skeptikin verəcəyi suallara və o sualların cavablarına:

Harun Yahya kimdir?

Adnan Oktar deyilən bir adam və onun “team”inin “nickname”idir. Başçıları Adnan Oktardır.

Adnan Oktar kimdir bəs?

Dəlidir. Zarafat eləmirəm. Paranoid şizofren diaqnozu qoyublar ona. Həm də bir dəfə də yox. Üstəlik çirkli pul üstündə araşdırılıb.

Deyirlər Təkamülü çürüdüb bu adam, o nə məsələdir?

Harun Yahyanın yazılarının elm dünyasında heç bir dəyəri yoxdur. Harun Yahya və ya Adnan Oktarın heç bir yazısı elm dünyası tərəfindən qəbul edilən sanballı jurnallarda, buraxılışlarda çıxmayıb. Yəqin bilirsiniz ki bir alimin yazısı qəbul görməsi üçün aidiyyatlı jurnalda dərc olunmalıdır.

Harun Yahyanın yazılarının çoxsu Amerikanın “creationist”lərinin publikasiyalarının tərcüməsidir. Onlardan götürüb dərc eləyir.

Əgər elmə nəsə xeyir vermək istəyirsə jurnallara məqalə göndərsin.

Bütün dünyaya pulsuz payladığı “Yaradılış Atlası” kitabından bir neçə epizod da çatdıraq, kitablarının elmi dəyəri anlaşılsın.

harun-yahya-balik-zokasi

Bu böcəyin şəklini qoyub, bir dənə də fosil şəkli qoyub, deyir ki Təkamülü çürütdüm. Şəkilə yaxşı baxmayıb, həmən böcək bir insan tərəfindən düzəldilən balıq yemidir (bait). Həmən böcəyin dalından çıxan dəmir qarmağı da görə bilərsiz. Həmən adamın düzəltdiyi bir hörümçəyi də əsl hörümçək adıynan qoyub kitaba. Bundan başqa bir çox da primitiv səhvlər var kitabda. Belə bir cəfəngiyyatdan ibarət kitabı dərc eləyəni hələ də camaat oxuyur, və yazdıqlarına sorğu sualsız inanırlar.

Bir də maraqlıdır bu qədər maliyyəni hardan tapır? Bu qədər sayt, kitab, video hazırlayır, heyif pullara…

Bu videodan Harun Yahyanın necə biyabır olduğunu görə bilərsiz. İlk hissəsidir, davamı da elə Youtube`dadır.