Quranda göy (səma) haqqında – Davamı

14 05 2010

Keçən həftə giriş elədiyim mövzuya davam edirəm. Quran ayələrinə göz ataq.

Kəhf

85. O, (yer üzündə gəzib dolaşmaq üçün) səfərə çıxdı.

86. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”

89. Sonra o, yoluna davam etdi.

90. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq.

91. Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq.

Bu surədə Zülqərneyn (Makedoniyalı İsgəndər olduğu da deyilir) haqqında danışılır. Görünür ki Quran o vaxtın əfsanə və miflərindən yararlanıb. Zülərneyn günəşin batdığı yerə gedir və orda günəşi qara palçıqlı bir çeşmədə batan görür. Yəqin fikirləşiblər ki Günəş qara palçıqlı suya girir deyə qaranlıq düşür. Sonrakı ayələr də maraqlıdır, günəşin doğduğu yerə gedir çatır. Ordakı qövmün heç bir qorunmağa örtüyü olmadığı qeyd edilir. Ümumiyyətlə qədim xalqların əfsanə və miflərini oxuyanlar belə hekayələrə çox rast gələ bilərlər. Təbii ki müsəlmanların müdafiəsi odur ki burda günəşin batdığı yer deyildikdə Qərb, doğduğu yer deyildikdə isə Şərq nəzərdə tutulur. Həmən yerə çatanda palçıqlı çeşmə, vəya günəşdən örtük söhbəti bəs nədir onda? Nə isə, mənə məntiqli gələn açıqlama odur ki o vaxtlar belə əfsanələrə inanırdılar.

Həcc

65. Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir.

Şərhə ehtiyac yoxdur, Göy-Səma bir tavan kimi düşünülür, ona görə də göyün təpəmizə düşməməsi bir möcüzədir. Buna imkan verməyən də Tanrıdır. O qoymur ki göy üstümüzə düşsün.

Loğman

10. O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.

Əvvəlki sürədəki fikir burda da var. Göylər dirək olmadan dayanıb. Yer silkələnməsi, yəni zəlzələnin qarşısını almaq üçün dağ yaratmaq başqa mövzudur. Dağlar zəlzələdən, tektonik layların birbirinə təsirindən yaranır. Dağlı yerlərdə əksinə zəlzələ daha çox olur. Bir başqa elmi səhv daha.

Fatir

41. Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.

Eyni anlayış. Göy tərpənib düşməsin deyə tutub saxlayır. Halbuki yer də göy də onunla bir yerdə tərpənir, fırlanır. Burda kainat vəya qalaktikalara göy deyərək xitab eləyə bilər, amma o da tərpənir axı.

əl-Cinn

8. Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.

9. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.

Göydə gözətçilər və yandırıb-yaxan ulduzlar var. Ora çıxmaq olmaz, onun qatlarında mələklər söhbət edir, ən yuxarı qatlarında da başçıları – Tanrı oturur.

Mən tanrı olsaydım yüz dəfə “göydən yağış endirən, göyün və yerin sahibi” deməkdənsə, bir dəfə onları deyərdim, sonra da məsləhət verərdim ki göy sizin yaşamanız üçün vacibdir, yararlı maddələrdən ibarətdir, onu qoruyun, çirkləndirməyin, ağacları kəsməyin və s. Təbii ki o vaxtın Ərəb tanrısının Braziliyadakı Yağış meşələrindən xəbəri yox idi. Ümumiyyətlə bu qədər təkrara nə ehtiyac var, bildik də göydən yağış tökülür. Bir lazımlı məlumat ver onun yerinə.

O vaxtın məntiqinə görə Tanrı yuxarıdadır, mələklər yuxarıdadı, göydədilər, oranı qoruyan xüsusi alovlu ulduzlar var, Aya Tanrı nur verib (Ayın işığı yoxdur, hamınız bilirsiniz yəqin 🙂 ). Nə isə, özünüz oxuyun görəcəksiniz ibtidai fikirləri.





Quranda göy (səma) haqqında

10 05 2010

Quranda göy haqqında maraqlı az sayıda ayələr var. Göy əsasən tavan, ulduzlarla bəzədilmiş bir tavan, qat, dirəksiz dayanan bir “potolok” kimi təsvir olunub. Hətta bir sürədə Allah yerə düşməsin deyə göyü tutub saxlayır. Bu ayələr haqqında gələn yazımda ətraflı yazacağam. Qalan 90% göy haqqında olan ayələrdə isə Göydən yağış endirən, göyün və yerin sahibi Allah deyilir, hamsı bir birinin təkrarı, ərəblər yəqin bir dəfə deyəndə başa düşməyiblər ki eyni cümlə 40 dənə yerdə yazılıb. Sadəcə quran.az saytına girib göy sözünü axtarın görəcəksiniz.

Qurandakı ibtidai fikirləri Quranı oxuyaraq öyrənmək lazımdır. Əksər müsəlmanın elədiyi kimi Quranı bir sarafana büküb şkafın başına qoymaq, boyundan ya da divardan asmaq lazım deyil. Mənasını başa düşmədən ərəbcə əzbərə nə gəldi oxumaq da lazım deyil. Açın Azərbaycanca məalini, təfsirini oxuyun, axırı bu bir kitabdır, yəni oxunmalı şeydir 🙂