Qatıq arqumentlər

20 07 2010

Bir çox teistin gətirdiyi qısa primitv arqumentlərdir. Bunları yəqin çoxunuz eşitmisiniz.

1.5 milyard müsəlman səhv bilir, bir sən düz bilirsən?

Yaxşı bəs çinlilər də səhv bilir? Çoxluq heç nəyi ifadə eləmir. Əsrlər əvvəl bütün dünya əhalisi yer kürəsinin düz olduğuna inanırdı.

Qolumdakı saatı görürsən? Səncə bunu kim düzəldib? Saatsaz təbii ki. İndi insan orqanizminə bax. Belə bir sistemin deməli saatsazı, dizayneri var, o da Allahdır.

Qolundakı saatdan xəbərimiz var, onun düzəldilmə prosesini görmüşük ya da oxumuşuq. Saatsazı da ya görmüşük və ya haqqında dəqiq empirik məlumata sahibik. Bunların heç biri Allaha aid deyil. Allah haqqında, insanı necə düzəltməyi, bu prosesin detalları haqqında heç bir empirik məlumatımız yoxdur. Bundan əlavə, lap dizaynerə ehtiyac duysaq da, nəyə görə həmən dizayner sırf Allahdır? Mən deyirəm ki Allah yox Zərdüştdür, vəya Uçan Spagetti Monstrudur.

İnsanın əmələ gəlmə, inkişaf prosesini elm, təkamül çox gözəl şəkildə izah eləyir. Ona görə də bu analogiyadan yola çıxaraq hər hansı bir tanrı əldə etməyə ehtiyac yoxdur.

Ağlın görünmür, amma bilirik ki ağıl var. Allahı görməsək də Allah var.

Ağlı görməsək də onun təzahürlərini, effektlərini görürük. Empirik olaraq müşahidə apara bilirik. Necə ki küləyi tam olaraq görmürük, amma hiss eləyirik. Allah isə bu empirik müşahidələrə tabe deyil. Allahı heç cür obyektiv olaraq ölçə bilmərik.

Bax o göydəki təyyarəni görürsən? Onun pilotu var, elə deyilmi? Sən pilotu görməsən də bilirsən ki o idarə eləyir təyyarəni. Allah da həmçinin görməsən də o bu kainatı, insanları idarə eləyir.

Əvvəlki iki sualların cavabları buna da uyğundur. Bizim pilotla bilavasitə vəya dolayı yoldan əlaqəmiz var, uçuş prosesindən xəbərimiz var. Ona görə də beynimiz təyyarəni görəndə avtomatik olaraq təyyarəni pilotla əlaqələndirir. Pilot və idarə etmə prosesi müşahidə edilib, ölçülüb isbat olunub. Hansı ki Allah və kainatın idarə edilməsi haqqında deyə bilmərik. Yenə də ən son halda həmən pilotun Allah yox Uçan Spagetti Monstr olduğuna, insanları cənnət və ya cəhənnəmə göndərməyən biri olduğuna inana bilərik.





Ateistlərə ən çox verilən suallar (FAQ) 1

5 10 2009

Bəs sən nəyə inanırsan?

Mən həyatıma, dünyaya inanıram. Heç bir təbiət üstü mükəmməl varlıqa inanmıram.

Nəyə görə Allaha inanmırsan?

Çünkü Allah (Tanrı) fikrinin heç bir dəlili yoxdur. Elmi olaraq isbatlanmayıb. Necə ki Məlikməmmədin öldürdüyü 7 başlı əjdahaya inanmıram. (7 başı olduğundan tam əmin deyiləm)

Axı Quranda yazılıb?

Tanrı olmadığına görə onun kitabı da deməli yoxdur. Deməli Quran və digər kitablar da insanın məhsuludur. Ona görə də Quranın heç bir dəlil xüsusiyyəti yoxdur.

Sənin indi Allahdan qorxun yoxdu deyə ağlına gələni eləyəcəksən, oğurluqdan tut adam öldürməyə qədər?

Mənim çərçivəm qanunlar və cəmiyyətdə yerləşmiş sadə insanlıq prinsipləridir. Mən nəyə görə oğurluq eləmirəm:

Çünkü mənə edilməsini istəmədiyim şeyi başqasına eləmərəm. Çünkü o hadisəni eləsəm məni həbs vəya digər cəzalar gözləyir. Belə hərəkətlər cəmiyyətə təhlükəli olduğu üçün.

Davam eləyəcək.