Harun Yahya və Atlası

3 11 2009

Əvvəlki Harun Yahyaya aid olan postumdan sonra da bəziləri acı gərçəkləri qəbul eləmək istəmir. Həmən dalından qarmaq çıxan cücü sən demə çap səhvi imiş(!). Bəziləri hələ də inanmır deyə (halbuki Harun Yahya özü qəbul eləyib bunu), kitabdakı şəkil burda.

Həmən şəkil, balıq tilovları (bait) dizayn eləyən bir nəfərin saytından götürülüb.

  • Göstərdiyi balıq və hörümçək şəkilləri modeldir, və başqa adamın saytından oğurlanıb.
  • Şəkil qoyub deyir bu ankvil balığıdır (eel). Halbuki şəkildəki su ilanıdır.
  • Muasir qurbağa şəklini salamander fosili ilə müqayisə eləyir. Başa düşmək olar, ikisi də vizual olaraq oxşardı axı, hərçənd tamam fərqli növlər də olsa.

Başdan ayağa səhvlərlə dolu olan bu lazımsız kitabı oxumağa və gözü bağlı inanmağa davam eləyin.

Camaat illərlə paleontologiya, zoologiya, biologiya oxuyur, bir fossilin üstündə illərlə araşdırma aparır. Bu Harun Yahya da kitabına bir fosil və bir canlı şəklini yanyana qoyub elmlə məşğul olduğunu zənn eləyir. Ömründə heç fosilə əli dəyməmiş adamdan daha nə gözləyərsən, qurbağa ilə kərtənkələni də səhv salar, başqa saytlardan da geydirmə şəkil kopyalayar. Amma Mehdidi də, geniş alnı var, belində də böyük xalı. Həm də müsəlmandı axı. Deməli nədi? Deməli düz deyir, saçmalasa da.

Həə bir də o qəddər tolerant və anlayışlıdır ki, Türkiyədə bütün qarşı olan, ateizmə aid olan saytları bağlatdırıb. Özü də bəlkə yüzlərlə eyni tipli, eyni iyrənc dizaynlı saytlara sahibdir. Bu gücü də Allah baba verir yəqin ona.





Harun Yahya (Mehdi) və şagirdləri

1 11 2009

Harun Yahya həqiqətən də maraqlı fenomendir. Propoqanda, pulun qüvvəsini, və insanların saflığını bir arada görmək olar. Uzun yazmayacağam, keçək standart skeptikin verəcəyi suallara və o sualların cavablarına:

Harun Yahya kimdir?

Adnan Oktar deyilən bir adam və onun “team”inin “nickname”idir. Başçıları Adnan Oktardır.

Adnan Oktar kimdir bəs?

Dəlidir. Zarafat eləmirəm. Paranoid şizofren diaqnozu qoyublar ona. Həm də bir dəfə də yox. Üstəlik çirkli pul üstündə araşdırılıb.

Deyirlər Təkamülü çürüdüb bu adam, o nə məsələdir?

Harun Yahyanın yazılarının elm dünyasında heç bir dəyəri yoxdur. Harun Yahya və ya Adnan Oktarın heç bir yazısı elm dünyası tərəfindən qəbul edilən sanballı jurnallarda, buraxılışlarda çıxmayıb. Yəqin bilirsiniz ki bir alimin yazısı qəbul görməsi üçün aidiyyatlı jurnalda dərc olunmalıdır.

Harun Yahyanın yazılarının çoxsu Amerikanın “creationist”lərinin publikasiyalarının tərcüməsidir. Onlardan götürüb dərc eləyir.

Əgər elmə nəsə xeyir vermək istəyirsə jurnallara məqalə göndərsin.

Bütün dünyaya pulsuz payladığı “Yaradılış Atlası” kitabından bir neçə epizod da çatdıraq, kitablarının elmi dəyəri anlaşılsın.

harun-yahya-balik-zokasi

Bu böcəyin şəklini qoyub, bir dənə də fosil şəkli qoyub, deyir ki Təkamülü çürütdüm. Şəkilə yaxşı baxmayıb, həmən böcək bir insan tərəfindən düzəldilən balıq yemidir (bait). Həmən böcəyin dalından çıxan dəmir qarmağı da görə bilərsiz. Həmən adamın düzəltdiyi bir hörümçəyi də əsl hörümçək adıynan qoyub kitaba. Bundan başqa bir çox da primitiv səhvlər var kitabda. Belə bir cəfəngiyyatdan ibarət kitabı dərc eləyəni hələ də camaat oxuyur, və yazdıqlarına sorğu sualsız inanırlar.

Bir də maraqlıdır bu qədər maliyyəni hardan tapır? Bu qədər sayt, kitab, video hazırlayır, heyif pullara…

Bu videodan Harun Yahyanın necə biyabır olduğunu görə bilərsiz. İlk hissəsidir, davamı da elə Youtube`dadır.