Təkamül FAQ

26 10 2009

Taxta niyə pişiyə dönmür?

Niyə dönsün ki? Taxta kimi öz yerində durur da, pişik olub neynəyəcəkdi? Tupoy suallar vermə.

Bəs ilk hüceyrə necə əmələ gəlib?

İlk canlı organizmin, hüceyrənin necə əmələ gəlməsi Təkamülün çərçivəsi xaricindədir. Bunun üçün Abiogenesis ilə maraqlanmaq lazımdır, kifayət qədər əsaslı teoriyalar var.

Meymunlar bizim atamızdı?

Xeyr. Meymunlarla insanlar kuzendirlər, həmçinin suitilər və digər heyvanlar da insanla kuzendir.

Əgər meymundan əmələ gəlmişiksə niyə hələ də meymunlar yaşayır?

Biz meymundan əmələ gəlməmişik, sadəcə meymunlarla ortaq atamız var, eyni kökdən gəlirik. Ona görə də həmən kökdən gələn digər heyvanlar necə qalıbsa eləcə də meymunlar da qalıb. Təkamüldə hər canlı təkamül keçirəcək, hər canlı insan olmağa can atacaq kimi qanunlar yoxdur. Sadəcə ətraf-mühitə uyğunlaşmaq və sağ qalmaq üçün canlılar təkamül keçirir. Meymunların bir çox növü var, hərəsi də bir cür təkamül keçirib. İnsanlar, meymunlar və digər heyvanlar təkamül ağacının budaqlarıdır. Təkamül xətti proses deyil.
evolution tree

Təkamül sadəcə nəzəriyyədir, isbat olunmayıb!?!?

Təkamül teoriyadır. Hansı ki müşahidə və eksperimentlərlə təsdiqlənib. Təkamül ingiliscə “Theory of Evolution”dur. Necə ki “The Big Bang Theory”, “Theory of Gravitation”, “Cell Theory”. Əgər hüceyrəni qəbul etmirsinizsə buyurun Təkamülü də qəbul eləməyin. İkisi də elm dünyasında eyni dərəcədədir. Təkamül dərs olaraq dünyanın demək olar ki bütün universitetlərində oxudulur və araşdırmalar aparılır.

Niyə mən Təkamülü görmürəm? Göstər mən də inanım.

Təkamül prosesi milyon illərlə davam eləyən prosesdir. Bir gün yatıb durub niyə balığım insan olmadı demək mallıqdır. Amma yenə də sənin canlı olaraq Təkamül prosesini izləmək şansın var. Məsələn: E coli bakteriyalarındakı təkamül.
Heç bu lazım deyil, sadə olaraq virusları götür, onlarda bir zamandan sonra bəzi antiviruslara qarşı immunitet yaranır. Və ya tarakanlar, 50 il bundan qabaq istifadə olunan kimyəvi maddələrə qarşı onlar daha dözümlüdürlər. Bir çox belə nümunə tapmaq olar, internet əlinin altındadır.

Onda mənə keçid (ara) formu göstər!!!

Ala: http://www.talkorigins.org/faqs/faq-transitional.html
Son olaraq tapılan 2 fossili də əlavə edərsən, xəbərlərdə çıxmışdı. Nə qədər ara form göstərilsə də deyiləcək ki bəs bu yeni ara form ilə digəri arasındakını göstər. Yəni hər ara form dindar manqurtlar üçün əlavə iki ara form tələbi əmələ gətirəcək.

Bu da əlavə olaraq 10 dəqiqəlik çox maraqlı video. Baxmalısınız. İngiliscədir.

Başqa suallar varsa yazın cavab verək.