Sosial şəbəkələrdə səvab qazanmağın yolları

2 05 2016

 

Dinimiz amin inşAllAh.

Bildiyiniz kimi her insanın sağ və sol çiynində yazıçı mələklər oturur. Onlar bizim elədiyimiz bütün yaxşı və pis əməlləri qeyd eləyirlər. Quranda da onlar haqqında yazılıb:

10 Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –
11 çox möhtərəm, (əməllərinizi) yazanlar.
12 Onlar sizin nə etdiklərinizi bilirlər.

İnfitar 82

Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!
Qaf 17

Təmsili olaraq aşağıdakı şəkildə onları görə bilərsiniz:

2016-05-02 23_36_26- Paint

Müasir dövrdə sosial şəbəkələrin də inkişafı ilə bərabər bu mələklərin işi azalıb. Çünki artıq çox şey Facebook tipli sosial şəbəkələrdə saxlanılır, mələklərin yazmağına ehtiyac qalmır. Lazım olanda timeline`ı açıb baxmaq olur.

Bu yazımda sizə sosial şəbəkələrdə səvab qazanmağın əsas yollarını öyrədəcəyəm.
Bir çox istifadəçilər artıq bu metodlardan yararlanır. Elə bilavasitə nümunələr ilə başlayaq:
En çox istifadə olunan səvab gətirən söz, təbii ki İnşallah. Hər yerdə işlətmək olar, əlaqəsiz də olsa. Məsələn:
– Nə var nə yox?
– Yaxşıyam inşAllah.

Bu Random İnşallah olduğu üçün balı azdır. Təxminən 5 səvab bal gətirir.

Standart İnşallah:

2016-05-02 23_37_55-kiram.png - Paint

Bunlarda çox əziyyət çəkilmir deyə standart olaraq 10 xal səvab gətirir. Rus dillilər adətən w ilə ingilis dillilər sh ilə yazırlar. Əlavə dil biliklərinə görə ola bilsin ekstra 1-2 xal gəlsin.

Caps A İnşallah:

2016-05-02 23_37_41-kiram.png - Paint2016-05-02 23_38_21-kiram.png - Paint2016-05-02 23_37_02-kiram.png - Paint

Burda Allaha ayrı hörmət var deyə (böyük kiçik söbəti) əlavə 5 xaldır. 15 səvab point cəmisi.

Advanced İnşallah:

Bunu hər adam edə bilmir. Amma tutanda zor xal gətirir (baxır combo`ya). Məsələn İn da club versiyası:

2016-05-02 23_38_04-kiram.png - Paint

Qışqırmaq bonusu:

Bunu hər hansı bir səvab xal gətirən sözdə işlədib bonus xal əldə eləmək olar:

2016-05-02 23_38_39-kiram.png - Paint2016-05-02 23_38_50-kiram.png - Paint

Başqa xırda nüanslar da var:

2016-05-02 23_37_23-kiram.png - Paint2016-05-02 23_38_30-kiram.png - Paint

Bol səvablı hüsn-ü kitablar arzulayıram, in Wəa ALLaH.


Hərəkətlər

Information

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




%d bloqqer bunu bəyənir: