Oxuyucuların suallarına cavab

20 07 2010

Saleh bəzi suallar verib. Gəlin bunlara baxaq:

Duyğu Natural Selection-la necə otaya çıxıb?

Duyğuyla tam olaraq nə demək istəmisən başa düşmədim. Amma hər cür duyğunu nəzərə ala bilərik, yenə də dəyişən heç nə yoxdu. Görmək, dad bilmək və s. kimi duyğular yaşamağa – sağ qalmağa kömək edir. Duyğu-hisslər də həmçinin, heyvanların da hissləri, duyğuları var, onlar da qorxurlar, öz balaları üçün özlərini fəda edirlər və s. Bunlar hamısı canlının sağ qalmasında kömək edir. Sevinc, qorxu və başqa hisslər bədəndə necə baş verir elmə məlumdu, çoxsu beyin və hormonlarla əlaqəlidir. İnternetdə bir az araşdırıb bunlarla bağlı çoxlu material tapmaq olar. Tam olaraq proses necə olur hələkilik deyə bilməyəcəyəm çünkü bu haqda tam informasiyam yoxdur. Amma heyvanlardakı duyğulara baxaraq bu duyğuların necə onlara soylarını davam etdirmək imkanı verdiyini görə bilərik. Duyğular bilavasitə beynin inkişafı ilə əlaqədardır, sadə canlılarda sadə duyğuları görürük, insan və digər məməlilərdə isə daha kompleks duyğuları görürük. Yenə də qeyd edim ki biyoloq olmadığım üçün ətraflı məlumat verə bilməyəcəyəm. Bu mövzuda (duyğu və instinktlər) maraqlı məqalə və ya informasiyaya rast gəlsəm burda qoyacağam.

Ama biraz da Piltdown,Java man, Jucy man haqqında da danışın.

Danışım da, Piltdown adamı geydirmə bir fosil idi, 19cu əsrin axırı biri düzəltmişdi. Axırı elə Təkamül alimləri bunun geydirmə olduğunu demişdilər.

Java man haqqında internetdə məlumat var.

Jucy man bilmirəm nəyə deyirsən, amma yəqin Lucy`ni nəzərdə tutmusan. Lucy qız olub. Nəyisə soruşmamışdan əvvəl heç olmasa ümumi məlumat əldə etmək, adını heç olmasa bilmək pis olmaz. Lucy`nin 40% sümükləri yerindədir. Əlavə məlumat yenə də netdə…

İnsanın niyə görə Tabii kürkü yoxdu?. Bədənimiz niyə görə meymun kimi tüklü deyil?

İnsanın tükləri var bədənində, başında. Millətlərin fərqli dərəcədə tüklü olması da ele Təkamülü göstərir. Yoxsa necə olur ki 2 nəfərdən – Adəm və Həvvadan 10-15 cür fərqli tüklü insan əmələ gəlir.

İlkin insanlar onsuz da tüklü olub, meymun kimi. Sonradan insanlar inkişaf etdikcə, özlərini soyuqdan qoruya bildikləri üçün tükə ehtiyac olmayıb, tüklü olanla tüklü olmayan arasında sağ qalmaq üstünlüyü olmayıb. Başqa faktor da ilkin insanlar ekvator ərazisində istidə ovla məşğul olarkən tərləməyə ehtiyac duyublar, ona görə də tükləri tökülüb. Ona görə də insanlar meymunlar kimi tüklü olmayıb. Bu linkdə http://en.wikipedia.org/wiki/Hair daha çox məlumat var.
Əlavə olaraq onu deyə bilərəm ki indiki insanın bədənindəki tüklər elə Təkamülün dəlilidir. Bədəndəki tüklərin insana heç bir xeyri yoxdur. Əgər tanrı yaradıbsa belə mükəmməl bir varlıq şəklində, nə ehtiyac var idi bədəni tüklə doldurmağa. (Qaşlar-kirpikləri çıxmaqla)





Təkamül FAQ

26 10 2009

Taxta niyə pişiyə dönmür?

Niyə dönsün ki? Taxta kimi öz yerində durur da, pişik olub neynəyəcəkdi? Tupoy suallar vermə.

Bəs ilk hüceyrə necə əmələ gəlib?

İlk canlı organizmin, hüceyrənin necə əmələ gəlməsi Təkamülün çərçivəsi xaricindədir. Bunun üçün Abiogenesis ilə maraqlanmaq lazımdır, kifayət qədər əsaslı teoriyalar var.

Meymunlar bizim atamızdı?

Xeyr. Meymunlarla insanlar kuzendirlər, həmçinin suitilər və digər heyvanlar da insanla kuzendir.

Əgər meymundan əmələ gəlmişiksə niyə hələ də meymunlar yaşayır?

Biz meymundan əmələ gəlməmişik, sadəcə meymunlarla ortaq atamız var, eyni kökdən gəlirik. Ona görə də həmən kökdən gələn digər heyvanlar necə qalıbsa eləcə də meymunlar da qalıb. Təkamüldə hər canlı təkamül keçirəcək, hər canlı insan olmağa can atacaq kimi qanunlar yoxdur. Sadəcə ətraf-mühitə uyğunlaşmaq və sağ qalmaq üçün canlılar təkamül keçirir. Meymunların bir çox növü var, hərəsi də bir cür təkamül keçirib. İnsanlar, meymunlar və digər heyvanlar təkamül ağacının budaqlarıdır. Təkamül xətti proses deyil.
evolution tree

Təkamül sadəcə nəzəriyyədir, isbat olunmayıb!?!?

Təkamül teoriyadır. Hansı ki müşahidə və eksperimentlərlə təsdiqlənib. Təkamül ingiliscə “Theory of Evolution”dur. Necə ki “The Big Bang Theory”, “Theory of Gravitation”, “Cell Theory”. Əgər hüceyrəni qəbul etmirsinizsə buyurun Təkamülü də qəbul eləməyin. İkisi də elm dünyasında eyni dərəcədədir. Təkamül dərs olaraq dünyanın demək olar ki bütün universitetlərində oxudulur və araşdırmalar aparılır.

Niyə mən Təkamülü görmürəm? Göstər mən də inanım.

Təkamül prosesi milyon illərlə davam eləyən prosesdir. Bir gün yatıb durub niyə balığım insan olmadı demək mallıqdır. Amma yenə də sənin canlı olaraq Təkamül prosesini izləmək şansın var. Məsələn: E coli bakteriyalarındakı təkamül.
Heç bu lazım deyil, sadə olaraq virusları götür, onlarda bir zamandan sonra bəzi antiviruslara qarşı immunitet yaranır. Və ya tarakanlar, 50 il bundan qabaq istifadə olunan kimyəvi maddələrə qarşı onlar daha dözümlüdürlər. Bir çox belə nümunə tapmaq olar, internet əlinin altındadır.

Onda mənə keçid (ara) formu göstər!!!

Ala: http://www.talkorigins.org/faqs/faq-transitional.html
Son olaraq tapılan 2 fossili də əlavə edərsən, xəbərlərdə çıxmışdı. Nə qədər ara form göstərilsə də deyiləcək ki bəs bu yeni ara form ilə digəri arasındakını göstər. Yəni hər ara form dindar manqurtlar üçün əlavə iki ara form tələbi əmələ gətirəcək.

Bu da əlavə olaraq 10 dəqiqəlik çox maraqlı video. Baxmalısınız. İngiliscədir.

Başqa suallar varsa yazın cavab verək.