Təkamül FAQ

26 10 2009

Taxta niyə pişiyə dönmür?

Niyə dönsün ki? Taxta kimi öz yerində durur da, pişik olub neynəyəcəkdi? Tupoy suallar vermə.

Bəs ilk hüceyrə necə əmələ gəlib?

İlk canlı organizmin, hüceyrənin necə əmələ gəlməsi Təkamülün çərçivəsi xaricindədir. Bunun üçün Abiogenesis ilə maraqlanmaq lazımdır, kifayət qədər əsaslı teoriyalar var.

Meymunlar bizim atamızdı?

Xeyr. Meymunlarla insanlar kuzendirlər, həmçinin suitilər və digər heyvanlar da insanla kuzendir.

Əgər meymundan əmələ gəlmişiksə niyə hələ də meymunlar yaşayır?

Biz meymundan əmələ gəlməmişik, sadəcə meymunlarla ortaq atamız var, eyni kökdən gəlirik. Ona görə də həmən kökdən gələn digər heyvanlar necə qalıbsa eləcə də meymunlar da qalıb. Təkamüldə hər canlı təkamül keçirəcək, hər canlı insan olmağa can atacaq kimi qanunlar yoxdur. Sadəcə ətraf-mühitə uyğunlaşmaq və sağ qalmaq üçün canlılar təkamül keçirir. Meymunların bir çox növü var, hərəsi də bir cür təkamül keçirib. İnsanlar, meymunlar və digər heyvanlar təkamül ağacının budaqlarıdır. Təkamül xətti proses deyil.
evolution tree

Təkamül sadəcə nəzəriyyədir, isbat olunmayıb!?!?

Təkamül teoriyadır. Hansı ki müşahidə və eksperimentlərlə təsdiqlənib. Təkamül ingiliscə “Theory of Evolution”dur. Necə ki “The Big Bang Theory”, “Theory of Gravitation”, “Cell Theory”. Əgər hüceyrəni qəbul etmirsinizsə buyurun Təkamülü də qəbul eləməyin. İkisi də elm dünyasında eyni dərəcədədir. Təkamül dərs olaraq dünyanın demək olar ki bütün universitetlərində oxudulur və araşdırmalar aparılır.

Niyə mən Təkamülü görmürəm? Göstər mən də inanım.

Təkamül prosesi milyon illərlə davam eləyən prosesdir. Bir gün yatıb durub niyə balığım insan olmadı demək mallıqdır. Amma yenə də sənin canlı olaraq Təkamül prosesini izləmək şansın var. Məsələn: E coli bakteriyalarındakı təkamül.
Heç bu lazım deyil, sadə olaraq virusları götür, onlarda bir zamandan sonra bəzi antiviruslara qarşı immunitet yaranır. Və ya tarakanlar, 50 il bundan qabaq istifadə olunan kimyəvi maddələrə qarşı onlar daha dözümlüdürlər. Bir çox belə nümunə tapmaq olar, internet əlinin altındadır.

Onda mənə keçid (ara) formu göstər!!!

Ala: http://www.talkorigins.org/faqs/faq-transitional.html
Son olaraq tapılan 2 fossili də əlavə edərsən, xəbərlərdə çıxmışdı. Nə qədər ara form göstərilsə də deyiləcək ki bəs bu yeni ara form ilə digəri arasındakını göstər. Yəni hər ara form dindar manqurtlar üçün əlavə iki ara form tələbi əmələ gətirəcək.

Bu da əlavə olaraq 10 dəqiqəlik çox maraqlı video. Baxmalısınız. İngiliscədir.

Başqa suallar varsa yazın cavab verək.


Hərəkətlər

Information

23 responses

30 10 2009
Babək

Başlayaq senin ilk hüceyrəyə verdiyin cavaba:
Bu heç də təkamülün xaricində deyil. Bu sual ilk təkamülçü alimlərin də dediyi kimi hələ də nəzəriyyənin həll olunmayan problemidir. dediyin sahə isə buna sadəcə cavab verməyə çalışır. Kifayət qədər isə inandırıcı teoriyalar yoxdur. Onlar ele nəzəriyyə olaraq qalır. milyonlarla eksperimentlər keçirilir amma hələ də konkret cavab yoxdu və səni inandırıram ki, olmayacaq.
Burda sözlərlə oynamaq lazım deyil konkret cavab vermək lazımdır.
Bəli, ingiliscə dediyin hamısı nəzəriyyədir, çünki sübut olunmayıb, sadəcə müşahidə etdilənlərdən çıxarılan nəzəriyyələrdir. Theory of evolution və big bang teoriyadır və qiyabi əsaslara əsaslanır. Gravitation isə theory deyil qanundur. Azərbaycanca ona cazibə qanunu deyirlər. ingiliscə isə: Newton’s law of universal gravitation deyirlər.
TArakanlarla bağlı dediyin də absurddur. Buna immunitet deyirlər. Bele şeyden yeni növlər əmələ gəlmir.
Yeni növ demişkən onu deyim ki, keçirilən bütün eksperimentlərdə heç də yeni növ əldə edilməyib. Mutasiyada olduğu kimi mövcud olanlar pazuntuya məruz qalıb. Bu isə yeni bir növ deyil. Həm də sən cavab vermədin ki, nəyə görə yeni növlər daha əmalə gəlmir. Və nəyə görə mövcud növlər dəyişikliyə məruz qalmır.
Verdiyin o ssilkada isə heç bir ara keçid göstərilmir, sadəcə mövcud heyvan növlərinda olan xüsusiyyətləri gətirərək onları keçid növü adlandırır. Məsələn tısbağanın bəzi növlərini misal gətirir və ehtimal edir ki, bu keçid növüdür. EHTİMAL edir. Bu isə elm deyil. ELə bütün nəzəriyyə kimi. Sizin bu təkamül nə isə yüz ildir ki, hələ də nəzəriyyə olaraq qalır.

31 10 2009
Ateist adam

Ilk canli orqanizm Tekamulun xaricindedir.
Ilk canli orqanizmin emele gelmesini elmi esasli 2-3 yaxsi nezeriyye ile aciqlayirlar. Eger senin bir alternativin yoxdursa elm dunyasi bunu qebul eleyir ve eleyecek. Sehvdir deyirsense oz hipotezini ortaya at, onu esaslandir, ele teoriya, sonra da elmi jurnalda derc ele. “Allah yaratdi!!!” demekle ish bitmir. Senin “Allah” nagilin elmi esasi olan bir arasdirma neticesine qarsi ola bilmez. Men de durum deyim “Etaga kainatdaki Dem Cayniki yaradib”.
Sen qiyabi esas neye deyirsen? Bunlar hamsi min dene alimin oxudugu, incelediyi sheydir. Kimse de ozunden “theory” cixardanda gece yatib sabahsi gun “vahiy” geldi demir. Illerini arasdirmalara verirler, axirda esasli olaraq bir teoriya atirlar ortaya. Eger curutmek isteyirsense get curut. Belke senin “Allahin”, “meleklerin”, “cennetin” eyani subuta esaslanir? :)) Gulmelidiye, nagildan danishanlar elmi tenqid eleyir. Musahideden nezeriyye cixir da, harasindan cixartsin bes nezeriyyeni? Desin ki “qaqa bu Seyid neslindendir, bu yalan demez, yuz faiz duzdu”🙂

Newtonun qanunu hemcinin de theory’dir. Sadece olaraq bilavasite riyazi tenlik ile ifade olunanda onlara qanun demek olar. Tekamul elm inkishaf etdikce deyishir, inkishaf edir. Insanlara tekamul haqqinda daha cox informasiya aydin olur. Ona gore de ona theory deyilir, yeni sabit olaraq qalmir, tekamulu riyazi tenlik ile ifade ede bilmezsen. Cell theory de hemcinin, belke ona da etirazin var, belke huceyrelerden ibaret deyilik? O da Cell Law deyil ki, theory’dir.

Tarakanin immuniteti deyishmesi absurd deyil. Gorunur senin tekamulden xeberin olmadigi ucun bele seyler deyirsen. Burda vacib olan nuans tarakanin 3 nesil sonrasinin bir xesteliye yoluxmamasidir. Yeni sonraki nesil artiq evvelki nesile nisbeten deyishib. Bu cuzi deyisiklik qisa muddetde bas verir. Tekamulde sohbet milyon illerden gedir. Bele cuzi deyishiklikler yigilib basga nov emele getirir.

Sen gozleyirsen ki yeqin pishik kenquruya zada donsun🙂. Tisbaganin bezi deyishik novleri cixir, deyirsen ki bunlar kecid novu deyil. Bir tisbaga bir kertenkele cixir, deyirsen bes hani kecid novu? Sen yeqin fikirlesirsen ki tekamule gore adam basli meymun, kenquru ayagli zebra, tisbaga basli ordek zad olmalidir. Bele dusunceye “Harun Yahya sindromu” deyilir🙂 Ona da gelen defe toxunacam.

Yaxsi o ssilka seni qane elemedi. Bes neye gore butun bu heyvanlarin fosilleri yerin altinda mueyyen qatlarda olur. Yeni neye gore dinozavr olan yerde inek, ya da buldoq fosili tapilmir? Neye gore butun bu fosillerin yerlesmesi tam Tekamule uygun shekildedir? Bir de E coli bakteriyalari ile olan eksperimente niye baxmadin? O ki ehtimal zad deyil, konkret olaraq ellerinde bakteriya var.

31 10 2009
Babək

Birincisi, menim inancim senin dediyin xurafatlardan uzaqdir ve etaga ve ya hansisa seyidin dediklerine esaslanmir. eger menim inancimi muzakire etmek isteyirsense bunun uchun muvafiq bolme ach muzakire edek. Burda tekamul muzakire olunur.
Ikincisi, senin dediyin o arashdirmalara geldikde onu deyim ki, tekamul ozu ele boyuk propagandadir. Videolarda dediyin o alimler theory yani nazariyyanin elmde nezeriyye deyil qanuna yaxin bir mena verdiyini subut elemeye chalishir. Ozleri ise ehtimallardan danishirlar. Gulmeli olan bax budur. Menim demek istediyim budur ki, dediyin tekamul subut olunmush elm yox inancdir. Buna insanlar inanirlar, sonra ise buna deliller axtarirlar. Subut olunmamish. En meshhur jurnallar ise propaganda aparir ve bunu teoriya deyil heqiqet kimi gostermeye chalishirlar. Darvinin yazdigi teoriyanin problemleri ise hele de hell olmayib.
sen deyesen menim dediklerimi basha dushmursen deyesen. Menim sualima cavab vermedin. Dediyin o milyon iller neticesinde deyishikliye ugrayan ve indi de movcud olmayan o novler hardadir. konkret cavab ver firlatma. Hem de cavab vermedin ki, neye gore insanin mushahide apardigi bu minilliklerde hele de hech bir yeni nov eleme gelmeyib. qedim misirdeki pishikler ele indiki pishiklerdir ki qalir. Ve hech bir yeni nov chixmayib, 10-15 min il evvel movcud olan itler ele indikilerle eynilik teshkil edir. Bashqa bir nova deyishmeyib. Men daha milyon iller yashi olan ve muasir zamanda tapilan novlerin fosilleri indiki novlerle eynilik teshkil etdiyini demirem ve ele novler minlerledir. Neye gore onlar deyishmir. Cavab ise yoxdur.
Dediyin o qatlarda fosillerin yerleshmesine geldikde ise bu tekamule uygun deyil, tekamulchuler oz teoriyalarini ona uygunlashdiriblar ve fosillerin ele yerleshmesi hech bir sheyi subut etmir. Yani tekamul noqteyi baximindan.

dediyin bakteriyaya geldikde ise hani orda yeni nov.Onlar sadece hemen o e coli bakteriyasinda (Bagirsaq chopleri bakteriyalari) genetik deyishiklikler etdiklerini iddia edirler ve elde etdikleri en boyuk ugur ise hemen bakteriyanin adaptasiyasi ile baglidir ve yeni hech bir yeni nov elde edilmeyib.

31 10 2009
Ateist adam

Tekamulu dedim de ki 2 min ilin sohbeti deyil. Son 200 ilde tekamul keshf olunub, bu il erzinde de yeni novun emele gelmesi mumkun deyil. Sohbet milyon illerden gedir.
Itler ve pishikler meselen, onlarin coxsu son minilliklerde emele gelib, “breeder”lar xususi novler emele getiribler.
Fosillerin yerleshmesi onlarin tarixini gosterir. Neye gore meselen dinozavr fosilinin yaninda bir dene muasir inek, yada bulldog tapmirlar? Ya da tapilan insan fosilleri niye muasir insandan ferqlenir? Daha cox meymunlara yaxin olur?
Sen ele bilirsen ki tekamul tekce vizual olur, hemen e coli bakteriyasinin yemek xarakteristikalari, huceyreleri, ve en esasi DNAlari deyishib. Genetik deyishiklikler ozu bash verib, onlara hec bir radiasiya verilmiyib ki genleri deyishsin. Adaptasiya bir bakteriyada bash vermir, gelen nesil artiq adaptasiya olunmus halda emele gelir, bu ele tekamuldur. Sen ne gozleyirsen 20 ilde bakteriyadan adam cixsin?
Butun alimler dindarlara garshi bele bir propoganda aparirlar. Duz deyirsen🙂 Amma sabah hansisa virusa garshi derman gebul eleyende, yadinda saxla ki bu antivirusu, virusun tekamul kechmishini nezere alaraq duzeldibler.

31 10 2009
Babək

E coli bakteriyalarinda bash verenler hech de DNA deyishikliyi deyil. Genetik deyishiklikdir. Bu ise eyni shey deyil. Yene deyirem burda hech de yeni novun yaranmasindan sohbat getmir. Hech onlar yeni novun yarandigini da iddia elemirler, helelik. Ozu de sen dediyin kimi nesilde deyishiklik olmayib, bezi ferdlerde deyishiklik olub. Ve hemen o adaptasiya hech de tekamul deyil. Siz iddia edirsiniz ki o tekamuldur. Eger insan minillikler neticesinde isti iqlime uygunlasharaq burun deshikleri boyuyurse bu tekamul deyil, adaptasiyadir, yugunlashmaqdir ve bunun sebebi ile ondan yeni ferd emele gelmir.
Men it ve pishiyi misal uchun dedim. Buna oxshar bashqa heyvan novleri minlerledir. Milyon il tarixi olan baliq novleri var ki onlarda hech bir deyishiklik olmayib. Niye goresen?
Dediyin o tapilan insan sumuklerinin choxunun saxtalashdirilmasi ise artiq subut olub. Amma choxu hele de kitablardan chixarilmayib. bu da tekamulchulerin bashqa yalan uzu.

21 03 2010
Realliq

ateist adam doğru deyir. Təkamül ilə aboyigenez nəzəriyyələri fərqlidir. Təkamül həyat yarandıqdan sonra həyatin necə davam etməsini göstərir, aboyigenez nəzəriyyə isə, həyatin başlamasını izah edir. İndiyədək bir elmi məqalə təkamülü təkzib etmir. minlərlə isə onu təsdiqləyən nəzəriyyə vardir. sadəcə biologiyadan azca başı çıxmaq lazımdır.
aboyigenez nəzəriyyə haqqında bu linkdən məlumatlana bilərsən. ilk canlı necə yaranıb onu izah edir. Həmçinin digər elmi sənədli filmləri də izləyə bilərsiz. Təkamül haqqında dindarların dediyi yox, biologların fikrini öyrənin.
http://realliq.wordpress.com/2010/03/21/t%C9%99kamul-n%C9%99z%C9%99riyy%C9%99si-h%C9%99qiq%C9%99tl%C9%99r/

5 07 2010
Saleh

Sual.
Təkamül nəzəriyyəsinin cavab verəbilmədiyi ən önəmli xüsusiyyət “duyğu”-dur
Duyğu Natural Selection-la necə otaya çıxıb?
Hazırda milyonlarca alim “Duyğunun ” nə olduğunu araştırır.
Siz isə daha nə oluğu haqqında zərrə qədər belə olsa məlumatınız olmayan duyğunun təkamüllə ortaya çıxdığını iddia edirsiniz.
Harun Yahyanın sahtakarığından danışdınız. Çox gözəl. Ama biraz da Piltdown,Java man, Jucy man haqqında da danışın.
Başqa bir sual da verim. İnsanın niyə görə Tabii kürkü yoxdu?. Bədənimiz niyə görə meymun kimi tüklü deyil?. Bir də bu sualın cavabını zəhmət olmasa Elmi əsaslarla izah edin. İddialarla deyil.
Bir də instinkt necə ortaya çıxıb?. Əgər genetika haqqında bilirsizsə eyni zamanda təcrübələrin genetik məlumata çevrilməsinin mümkün olmadığını da Bilmiş olmalısınız.
Təşəkkürlər

8 07 2010
Ateist adam

Vaxt tapan kimi suallariniza cavab vereceyem.

19 10 2010
9 07 2010
Saleh

SAğolun. Cavablarınızı səbirsizliklə gözləyəcəm. Bir də qeyd edim ki mən özümdə Bir zamanlar təkamül nəzəriyyəsini çox araştırdım. Yəni ingiliscə “Blind Faith”-dən uzağam. Sadəcə elmə güvənirəm. Niyətim burda sizinlə mübahisə etmək deyil. SAdəcə səviyyəli şəkildə elmi əsaslarla təkamül nəzəriyyəsi haqqında məlumat paylaşmaqdır.
Təşəkkürlər

30 07 2010
Rauf

Mende tekamule inaniram ancaq materyalist olaraq yox metafizik olaraq birde tekamul haqda muxtelif nezeriyyeler varki coxu yalandir meselen spontan ferziyye panspermiya bunlar yalandi guya Van helmont deyir cirkli paltardan sican erazim darvin ve Aristotel ise guya lilden soxulcan yaranir deyib bunlar yalandi ancaq Darvin tekamulu en dogru izah edib

30 07 2010
Ateist adam

Tekamul bir din ve ya idealogiya deyil ki ona inanasiniz, ve inanis formasini secesiniz. Tekamul sadece elmi bir faktdir. Raziyam, tekamulu en yaxsi izah eleyen teoriya, Darvinin “Natural Selection”idir.

6 09 2010
resul92

ilk huceyrenin yaranmasina ateist cavab adli letifeni oxudum guldum bir de axrinci defe richard dawkins-in ilk huceyrenin yaranmasini danisarken tekamulu qoyub UFO ilk huceyreni yaradib deyende gulmusdum hahaha.
en zor yer de aparici bes ufonu kim yaradib deyendeki an idi hahahahaha…
ay usaqlar gedin tullanin !!tekamulun 3-u 7-i 40-i cixib ..

saxtakarlar=tekamulculer=yalan

aaa tekamul budu bax saxtakarin ideasi +inksaf=tekamul+ inksaf etdi ve oldu = yalan geriye ancaq bu qalib cox yaziq.. hahahaha….

21 11 2010
RaqfoR

Bir tanışımın təkamülü “darmadağın edən” sualı:Bəs niyə hüceyrədən dağlar əmələ gəlmir?:)

23 02 2011
ateist filosof

Niyə mən Təkamülü görmürəm? Göstər mən də inanım.—>
bildiklerimden paylasmaq istedim.

tekamulun en gozel subutu hekimler terefinden her defe yeni antibiotiklerin icadidir.bele ki antibiotikler islendiyi sahede oz tesirini gosterir.misal ucun bakteriyalari oldururse olmeyen bakteriyalarda bu antibiotike qarsi immunitet yaranir buna gore de gelen defe bu antibiotikle hemin bakteriyanin neslini mehvetmek mumkunsuz olur ve yeni antibiotikler icad olunur.bu milcek dermaninda da oz tesirini gosterir.milcek dermanlari evde olan milcekleri oldurur amma hansi ki tesaduf eseri sag qalirsa hemin dermana qarsi immunitet yaranir ve gelen defe milceklerin yeniden coxaldigini gorende eyni milcek dermanini seperken cox cuzi bir hissesinin olduyunu goruruk.ve milcek dermanindan sikayetler baslayir🙂
tekamulun diger bir gostericisi olaraq insandaki meme uclarini gostermek olar.bu sirf estetik olaraq gozellik verir deyenler var.halbuki kisilerde de meme uclarinin altinda dokular var.hetta bir ise yaramayan bu meme uclari xercenc xesteliyine de sebeb olabilir.bu meme uclarinin hec bir dini subutu yoxdur.halbuki tekamulde bu cox gozel aciqlanir.

http://bilgehanbengi.blogspot.com/2008/10/dandik-tasarm.html
tekamulle bagli 10 fakt.amma cox sade dilde.oxuyabilersiniz.

İnsanın niyə görə Tabii kürkü yoxdu?. —–>
bununla bagli tekamulcu saytlardan oxuyabilersiniz.evrimteorisi.org.bir de imkaniniz olanda bele forumlarda qeydiyyatdan kecin.emin olun tam aciqlamasini verecekler.burada ozum yazsam cox uzun olacaq.sonra yeni suallariniz da cixabiler.onun ucun de en yaxsisi tekamulle ve ya ateizm ile bagli forumlara daxil olub tekamul bolmesinden suallarinizi verin.

23 02 2011
ateist filosof

Bir tanışımın təkamülü “darmadağın edən” sualı:Bəs niyə hüceyrədən dağlar əmələ gəlmir?:)—> yoxdan var edilmeyib ki…..

28 11 2012
muselmanadam@mail.ru

elm inkişaf etdikcə or­taya qoyulan faktlar «sabit kai­nat» nəzəriyyəsini tarixin arxivi­nə göndərdi. Bundan sonra isə daha vacib suallar meydana çıx­mağa başladı ki, onların da ən önəmlisi Böyük Partlayışdan əvvəl nəyin olması ilə bağlı idi. Yəni “Bütün kainat Big Bang-dən sonra yaranmışdısa, bəs onda Big Bang-dən əvvəl nə var idi?”

«Böyük Partlayışdan əvvəl nə var idi» sualının bircə cavabı mövcuddur: yerləri və göyləri böyük bir nizam içində yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıb-inanmamasından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək məcburiyyətindədirlər. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fi­kir və ifadələri onları ələ verir. Məsələn, məşhur ateist filosof Entoni Flu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyərək, bunları bildirir:

“Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini deyirlər. Mən də bir etiraf edəcəyəm – ateizm baxımından Big Bang modeli olduqca xoşagəlməzdir. Çünki elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı sübut etmişdir: kainatın bir başlanğıcı olduğu iddiasını.” (Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241)

Qeyd: Entoni Flu 2004-cü ildə 88 yaşında ateizmi tərk etdiyini açıqlamışdır. “Ateizmi könüllü şəkildə tərk edirəm… Kainatın bir Ağıl tərəfindən yaradılması labüddür. Bir super Ağılı qəbul etmək, həyatın başlanğıcının və təbiətin kompleksliyinin ən doğru açıqlaması olduğunu düşünürəm.”

İngilis materialist fiziki H.P.Lipson kimi bəzi elm adamları isə Big Bang nəzəriy­yəsini istər-istəməz qəbul etmək məcburiyyətində olduqlarını etiraf edirlər:
Məncə, bu nöqtədən daha da irəliyə get­mək və yeganə izahın yaradılış olmasıyla ra­zılaşmaq məcburiyyətindəyik. Bunun özüm də daxil olmaqla, əksər fizik­lər üçün son dərəcə xoşagəlməz və hətta ağır olduğunu bilirəm, amma əgər təcrübəylə əldə olun­muş faktlar bir nəzə­riyyəni doğrulayırsa, sırf xoşumuza gəlmədiyi üçün onu rədd etməməliyik.” (H. P. Lipson, “A Physicist Looks at Evolution”, Physics Bulletin, vol. 138, 1980, s. 138)

Nəticədə istəsələr də, istəməsələr də elm materialist alimlərin qarşısına yalnız bir həqiqəti qoyur: maddə və zaman sonsuz güc sahibi, göyləri, yeri və ikisinin arasında olanları qüsursuz şəkildə yaradan bir Yaradıcı, hər şeyə qadir olan Al­lah tərəfindən yaradılmışdır.

4 06 2013
no name

Dunyada o qeder mocuzeler varki esl muselman ve yaxud dusunceli insanlar ona arxalanir.nece olurki Quran ilk defe yazilandan iller sonra Quranda ne yazilmisdisa hamisi realligini tapdi.seni ele yerlere apararamki dini ozun derk edib qorxudan aglayarsan.tutmusan tekamulun ucundan arxasiyca gedirsen…men ilk once deist oldum sonra ateist Allahin varligina mocuzelere ve wansa 1% bele inamim yoxuydu tekamulu ezberlemisdim ehatem ateist deist insanlardan ibaretiydi sonra ne oldu basima gelmiyen qalmadi ele seylerle uz uze geldimki….
Tek deyeceyim senin ucun budu ya Allah varsa ona inansan hecne itirmeyeceksen,lakin ateist (neytral) olsan cox sey itireceksen….

3 09 2013
Ateist adam

Ezberlemek yox basha dushmek lazimdir. Sen ele erebce sureler oyrenib cennet bakireleri ucun ibadet elemeye davam ele.
Isvecin yarisindan coxu ateistdir, baslarina her gun dash yagir, haha…

11 09 2013
Samir

Darvinin “Növlərin mənşəyi” kitabının azərbaycanca tərcüməsinin elektron versiyası hardasa var?

30 09 2013
zaur

Ateis adam Qurani oxumusan?

25 05 2016
asenat

çoxları ” ateist olsam birdən o dünyada ALLAH hüzuruma çıxıb ey insa niyə mənə inanmadin” deyib dilindən ilanlar asılar deyə MÖMİN adi altında özünü sığorta edir.belə inam heç sizin allahınıza da lazım deyil! sizlər ona görə Təkamül kimi məntiqli bir nəzəriyyəyə inanmırsınız ki, psixologiyanızda uşaqlıqdan yeridilən allah qorxusu var.amma belə bir varlıq varsa belə ondan qorxmaq yox, onu sevmək lazımdır.və materialist olmaq çətin bir yoldur.palaza bürünüb ellə sürünmək asandır.ateistlər özlərinə hər işi görəndə niyə sualını verirlər.sizlər isə kor-koranə allah quranda belə buyurub deyirsiniz.əslində DİN zəif xarakterli insanlara lazımdır.amma əgər insan özünü idarə edə bilirsə ona heç kim lazım deyil.
bir sualıma cavab verin(idealistlərə aiddir)
insa yarımşüurlu varlıqdır yoxsa tam şüurlu?

18 07 2016
Rahib

Canlı necə yarandı?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




%d bloqqer bunu bəyənir: