Göyün Yeddi Qatı

24 05 2010

Elmdə atmosferin qatları haqqında yazılanlara baxaq. Əvvəla atmosferin bir neçə xüsusiyyətə görə qatlara ayırmaq olar. Əsasən temperatura görə təyin edilən bu qatlar çox yerdə 5 qat kimi görsənir. Bu linklərə baxa bilərsiz; Wikipedia, national oceanic and atmospheric administration, nasa. NASA’nın saytında isə 4 dənə qat göstərilir (Exosphere göstərilməyib). Bu qatlar:

Troposhpere

Stratosphere

Mesosphere

Thermosphere

Exosphere

Bu qatlar birbirləri arasında xətt şəklində sərhədlərlə ayrılmayıb təbii ki. Bunları sadəcə alimlər bəzi xüsusiyyətlərə görə ayırıb. Bir təbəqədən digərinə keçiddə ortaq bir bölgə yarandığı üçün bunlara da tropopause, stratopause, mesopause adları verilib.

Başqa xarakteristikaları nəzərə alanda digər qatları da ayırmaq olar:

Ozon qatı

İonosfer

Homosfer/Heterosfer

Keçək İslam dininin mövqeyinə. Əlbəttə ki ordan burdan eşitdikləri geydirmə informasiya ilə qidalanan bir çoxları göyün 7 qatının olmasını və bunun Quranda möcüzəli bir şəkildə verilməsinə inanır. Yuxarıda artıq göyün 7 qatının olmamasını açıqladıq. İndi baxaq görək Quran nə deyir bu haqda. İlk başda Quranda 7 qat haqqındakı ayələr:

65:12. Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.

67:3. Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?

Ozon təbəqəsindəki bəs nədir, çat deyil?

78:12. Üstünüzdə yeddi möhkəm (göy) qurduq

Baxaq bu yeddi göy əslində nə imiş.

41:12. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik.

Əgər Qurandakı 7 göy indi elmə məlum olan 5 təbəqə ilə əlaqəlidirsə, nəyə görə aşağı qatda (termosfer) ulduzlar olduğu yazılıb? Ulduzlar bizim atmosferdən də kənardadır.

67:5. Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.

Yenə eyni fikir. Bizə yaxın olan göydə ulduzlar nə gəzir???

Quranda ümumiyyətlə çox şey 7 qat şəklində göstərilib. Hətta yuxarıdaki ayədə ` Yeddi göyü və yerdən də bir o qədərini` yerin də 7 qatının olması yazılıb. Halbuki yer kürəsinin 4 qatı var, bu qatları da öz aralarında təbəqələrə ayırmaq olar. Baxaq görək başqa nələrdə 7 rəqəmi tətbiq olunub:

2:261. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki…

12:43. “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm.

12:46. (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! yeddi arıq inək yeddi kök inəyi yeyir. yeddi yaşıl sünbül, yeddi də quru sünbül.

12:47. (Yusif) belə cavab verdi: “yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin.

12:48. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq.

15:44. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var.

16:112. Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı.

20:6. Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.

23:75. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi.

28:24. (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).

31:27. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı,

69:7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.

72:16. (Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki

Nəticə:

  • Qurandaki göy-atmosfer haqqındaki 7 qat elmə məlum olan qatlarla uyğun gəlmir. Həm bölgü olaraq, həm də o qatların tərkibi olaraq (Quranda yerə ən yaxın qatda ulduzlar var)
  • 7 qat Quranda bir çox şey üçün də istifadə olunub. Yer 7 qat, cəhənnəm 7 qat və s.
  • Digər dinlərdə də 7 rəqəmi qabağa çıxır, bu rəqəmə xüsusi mənalar yüklənilir.

Əlavə məlumat: başqa türk blogu