Göyün Yeddi Qatı

24 05 2010

Elmdə atmosferin qatları haqqında yazılanlara baxaq. Əvvəla atmosferin bir neçə xüsusiyyətə görə qatlara ayırmaq olar. Əsasən temperatura görə təyin edilən bu qatlar çox yerdə 5 qat kimi görsənir. Bu linklərə baxa bilərsiz; Wikipedia, national oceanic and atmospheric administration, nasa. NASA’nın saytında isə 4 dənə qat göstərilir (Exosphere göstərilməyib). Bu qatlar:

Troposhpere

Stratosphere

Mesosphere

Thermosphere

Exosphere

Bu qatlar birbirləri arasında xətt şəklində sərhədlərlə ayrılmayıb təbii ki. Bunları sadəcə alimlər bəzi xüsusiyyətlərə görə ayırıb. Bir təbəqədən digərinə keçiddə ortaq bir bölgə yarandığı üçün bunlara da tropopause, stratopause, mesopause adları verilib.

Başqa xarakteristikaları nəzərə alanda digər qatları da ayırmaq olar:

Ozon qatı

İonosfer

Homosfer/Heterosfer

Keçək İslam dininin mövqeyinə. Əlbəttə ki ordan burdan eşitdikləri geydirmə informasiya ilə qidalanan bir çoxları göyün 7 qatının olmasını və bunun Quranda möcüzəli bir şəkildə verilməsinə inanır. Yuxarıda artıq göyün 7 qatının olmamasını açıqladıq. İndi baxaq görək Quran nə deyir bu haqda. İlk başda Quranda 7 qat haqqındakı ayələr:

65:12. Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.

67:3. Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?

Ozon təbəqəsindəki bəs nədir, çat deyil?

78:12. Üstünüzdə yeddi möhkəm (göy) qurduq

Baxaq bu yeddi göy əslində nə imiş.

41:12. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik.

Əgər Qurandakı 7 göy indi elmə məlum olan 5 təbəqə ilə əlaqəlidirsə, nəyə görə aşağı qatda (termosfer) ulduzlar olduğu yazılıb? Ulduzlar bizim atmosferdən də kənardadır.

67:5. Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.

Yenə eyni fikir. Bizə yaxın olan göydə ulduzlar nə gəzir???

Quranda ümumiyyətlə çox şey 7 qat şəklində göstərilib. Hətta yuxarıdaki ayədə ` Yeddi göyü və yerdən də bir o qədərini` yerin də 7 qatının olması yazılıb. Halbuki yer kürəsinin 4 qatı var, bu qatları da öz aralarında təbəqələrə ayırmaq olar. Baxaq görək başqa nələrdə 7 rəqəmi tətbiq olunub:

2:261. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki…

12:43. “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm.

12:46. (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! yeddi arıq inək yeddi kök inəyi yeyir. yeddi yaşıl sünbül, yeddi də quru sünbül.

12:47. (Yusif) belə cavab verdi: “yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin.

12:48. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq.

15:44. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var.

16:112. Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı.

20:6. Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.

23:75. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi.

28:24. (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).

31:27. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı,

69:7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.

72:16. (Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki

Nəticə:

  • Qurandaki göy-atmosfer haqqındaki 7 qat elmə məlum olan qatlarla uyğun gəlmir. Həm bölgü olaraq, həm də o qatların tərkibi olaraq (Quranda yerə ən yaxın qatda ulduzlar var)
  • 7 qat Quranda bir çox şey üçün də istifadə olunub. Yer 7 qat, cəhənnəm 7 qat və s.
  • Digər dinlərdə də 7 rəqəmi qabağa çıxır, bu rəqəmə xüsusi mənalar yüklənilir.

Əlavə məlumat: başqa türk blogu


Hərəkətlər

Information

36 responses

1 07 2010
kayzenaz

Atmosferdə həqiqətən 5 qat var- http://kayzen.az/blog/atmosfer/510/atmosferin-qurulu%C5%9Fu.html Burada da elmi mənbədən əsaslanaraq qeyd olunub. Ola bilər ki,Quranda məcazi mənada qeyd olunub.

6 09 2010
resul92

haaa bu ateistler kimi sey insanlar gormemisem.1-cisi 7 qat goyun mocuzevi qaytarici mexanizmini gorub (axtarsa hem quranda hem elmde) allaha secde elemek evezine, quranda sehv tutur.hansiki ozu sehvdir. burada nasanin qat hesabi yazilib dunyada elm goyu 7 qat qebul edir meni nasa maraqlandirmir.
xaricde(almanyada ) xristian bir sexs youtube-da dunyanin astrolojik yerini, mexanizmini, mesafe oranlarini gorub islama donur sizin kimi korlar gozunu yummus kimi gordukleri yuxulari danisirlar. o yazdigin qatlarin bir-bir qaytarma ozelliklerini yaz gorek hunerin catirmi? ee gedin tullanin…. kainatin nece gune yarandigi quranin mocuzesidi amma siz agziviza geleni uydurub sehv yorumlayib yazibsiz ve neticede ortada boyuk bir yalan qalib. orada asagi goyu sozu tam sehv basa dusulub gedin axtarin. sualiniz var? inkarci da olsa verin ( SUALLARLAISLAM.COM).

22 10 2010
Selim

Qurandaki alti gun ifadesi.Gozel yere istinad etdiz.Bigbang nezeriyyesine gore dunya 6 merhelede yaranib.Erebcedeki yavmun sozu iki mena ifade edir:gun menasini ifade edir birinci menasi,merhele menasi verir ikinci menasi.yeni Allah dunyani 6 merhelede yarattigini Quranda deyib :) bundan sonrada gel deki tesadufdu yadaki Mehemmed ozu yazib

28 12 2010
RESUL92

QARDASIM MENEN EVVEL DEDI COX SAGOL SELIM
TAMAMILE DOGRUDU

8 10 2011
SEÇİLMİŞ

Rəhmaniyyəti və Rəhimiyyəti sonsuz olan Allahı adı ilə.
İnsanın həqiqəti görməməsinin səbəbi, onun həqiqəti görmək istəməməsidir.
Quranda göyün deyilərkən atmosferə işarə edilməyib.bu mövzu çox dərindir.Gedin Sufi alim İbn-ərəbinin təfsirlərini oxuyun.Quranda “göy” kəliməsi ilə nəyə işarə edildiyini öyrənin.
Bu sualın cavabı bu qədər sadə idi.Heç bir müsəlman çaşıb eləməsin.SON.

27 12 2011
YuVeNTuS

Çoxdandir ki Azərbaycan dilində ateizmlə (agnostizmlə) bağlı sayt axtarirdim.
Çox sağolun maraqlı açıqlamalarınıza görə!
Din mövzusunda her kesin fikrine hörmetle yanaşıram (eyni zamanda müqeddes saydıqları varlıqlara da: allah,quran, tövrat, peyğəmbərlər və s.) və belə fikirleşirem ki, mövcud olan inanc sistemləri yaxin onilliklərdə öz təsir gücünü əhəmiyyətli dərəcədə itirəcək və insanlar onları maraqlandıran suallara imanla yox, elmlə cavab axtarmağa daha çox maraq göstərəcək.

26 02 2012
Erkin

Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Yuventus, ölümün, zelzelelerin, daşqınların, göydən yerə enən kainat cisimlərinin, günəş şüasının, küləyin qarşısını ala biləcək elmi göstər mənə. Belə misalları saymaqla bitməz. Nə vaxt pul var dövlət hesabına kimsə əbədi yaşasa deyərəm hə elm nəyəsə nail oldu. O da olsa bilə Allahın izni olmadan mümkün deyil. Bütün alimlər Allahın varlığını qəbul edir siz isə bir kitab belə oxumadan nəsə iddia edirsiniz.

26 02 2012
Erkin

Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Mən sizi bəzi saytlarla tanış edim, amma yenə də ən düzünü Allah bilir.

http://www.quranmocuzeleri.org/2011/01/atmosferin-tbqlri.html
http://www.mucizeler.com/category/astronomi-tr/

18 08 2012
alı zeynalov

Ey cahiller göyün yeddi qatı var:
1-Troposfer
2-Stroposfer
3-Ozonosfer
4-Mezosfer
5-Termosfer
6-İonosfer
7-Eksosfer
Bunu bilin ki,”sfer”sözü Yunanca qat,tebeqe demekdir.”poz”,”pouz” sözleri ise aytı bir mena verir.İndi bildiz qat ne demekdir.Gedin özünüzde sehv axtarın.Yazıqsız.Allahın qezebi pis olur.

18 08 2012
Ateist adam

Sen deyesen oxudugunu anlamaqda cetinlik cekirsen, ya da oxumadan aglina geleni yazirsan. Halaldi sene, NASA’dan yaxsi bilirsen. Esl alimsen!
“Poz” ile olan qatlar ara qatlardir, hansi ki her iki qatin xususiyyetini danishiyir. Mektebde ezberlediyin cografiya ile dunyani kesf elediyini sanirsan. Goyun qatlari bicaqla ayrilmayib, roketle yuxari ucarken de belli bir mesafeden sonra “mezosfere xos geldiniz” yazisi gormursen.

19 08 2012
alı zeynalov

Ay insan senin deyesen doğurdan ağlın yoxdu.Deyirem ki,sfer sözü qatdır.sen poz nan sferi ayıra bilmirsen.Eger dediyin poz ile qurtaralar qat olsaydı adları o biri qatlardan ferqlenerdi.Eh sene ne deyim ele boş behanelerle danışırsan.Unutma sfer sözü qat,tebeqe demekdir poz yox…

3 10 2012
Gunel

ateizm en bedbextlikdirki , insanlar onu secir. wexsine hormet qoymayan yalniz bawqalarinin inancina dil uzadar. men bunu wexsiyyetsizlik adlandiriraam. ateizm wexsiyyetsizliyi !!!

3 10 2012
orxan

Inanclar heqiqet dusmeni olaraq yalanlardan daha tehlikelidir

6 09 2013
kamil

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. Zariyat suresi 47 ci aye.
Peygember (s) o vaxt hardan bilib ki, goy genislenir ?

9 01 2014
metanet

1.Troposfer
2.Stroposfer
3.Ozonosfer
4.Mezosfer
5.Termosfer
6.İonosfer
7.Eksosfer

bu sozler goydeki olan yeddi qatdan ibaretdir.

9 01 2014
Ateist adam

Cografiya dersinden 5 alirdin deyesen?

23 01 2015
ramik (@remiw60)

səlam sən oz yaradilişini fikirleş evvel seni 1 damla dəyərsiz su spermadan sora ana bətnində laxtalanmiş qana ceviren daha sonra laxtalanmiş qandan sumuyə cevirən daha sonra sumuyə ət parcasi yerleşdiren ve sonra sənin bedenine ruh bəxş edən kimdir??? ve 1de yerleri goyleri və onlarin ayasindakilari kim yaratmişdir hansi guc qudrət quvvət yartmişdi??? zəhmət olmazsa oxu fikirləş təfəkkur et sonra cavab ver mənə.

30 01 2015
Ateist adam

eyni suali nece defe vermek olur, qatiq arqumentler hissesinde yazmisam bunu. “oxu fikirles tefekkur et” di senol? zor fikirlesmisen aaa, halaldi sene, senden qabaq bunu dusunen olmayib…

goyleri ve onlarin arasindakilari yaradan guc qudreti hansi quvvet yaratmisdir? zehmet olmazsa oxu fikirles tefekkur et sonra cavab ver mene.

zehmet cekme senin cavabini senin yerine yaziram. allahi hec kim yaratmayib oz ozune yaranib. allah kimi super bir varliq, her seye qadir, murekkeb bir tanri oz ozune yarana bilir, kainat ozozune niye yarana bilmir?

allah eger ele superdirse niye var olub? var olmadan neyise yaratmaq daha cetindir yoxsa var olub? eger allah bu qeder qudretlidirse var olmadan bu kainati, insanlari yaradardi. eger allah bu qeder superdirse, niye ozunu tanitmaq, goze soxmaq ehtiyaci duysun?

evvela sen dusun bele suallari, gozunu acandan Allah, Etaga, Qurannan boyuyen usagsan, beynindeki dogmalari sorgulamadan bir sey olmayacag senden.

18 01 2014
Nicat

Salam dostlar. İnternetdə etdiyim qısa bir araşdırmanın ilkin nəticələrinə əsasən deyə bilərəm ki, Qurani Kərimdə səmanin 7 qatından bəhs edən həmin ayələrdə söhbətin mütləq şəkildə atmosfer təbəqələrindən getdiyini bir mənalı və qəti şəkildə iddia etmək doğru yanaşma deyil. Çünki 7 qat səma haqqında ayələrlə bağlı İslam alimlərinin daha fərqli düşüncələri var (Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara/29). Digər tərəfdən Merac hadisəsi ilə bağlı hədisdə də səmanın 7 qatı məsələsinə toxunulur. Yenə də ən doğrusunu Allah Teala (c.c.) bilir.

26 01 2014
Mümtaz

Göyün yeddi qatı var deyənlər,maqnitosfer və radiosferi də 7-nin üstünə əlavə edin.Əslində isə,müxrəlif göstəricilərə görə atmosferi müxtəlif sayda qatlara bölmək olar.Quranda nəzərdə tutulan 7- qat isə o dövrdə yunan astronomiyasından bütün şərqə yayılmış bölgü-o vaxtkı elmə məlum olan planetlərin sayına görə bölgü idi:
1. Ay – fələkül-Qəmər.
2. Merkuri – fələkül-Ütarid.
3. Venera – fələküz-Zöhrə.
4. Günəş – fələküş-Şəms.
5. Mars – fələkül-Mirrix.
6. Yupiter – fələkül-Müştəri.
7. Saturn – fələküz-Zühəl.
Uran,Pluton,Neptun o vaxt planet kimi nə kəşf edilmişdi,nə də qəbul edilmişdi.
Daha iki qat-fələk isə bu yeddi fələki öz əhatəsinə alırdı: Bürclər fələki(fələkül büruc) və Atlas fələki (fələkül-ətləs).
Orta əsrlərdə Göyün qatlara bölünməsi belə idi ki,bu da quranda öz əksini tapmışdı.Quranda 85-ci, “büruc” surəsi də mövcuddur. “Vəssəmaə zatəl büruci.”(and olsun bürclər sahibi olan səmaya.) Həqiqətdə isə bilirik ki,səmada heç bir bürc yoxdur.. Pərakəndə səpilmiş ulduzları insanlar müxtəlif qruplar halında,xəyalən müxtəli heyvanlara bənzədərək bürclər adını vermişlər. Qısası,bürclər insanların xəyalən quraşdırdıqları bir şeydir ki,quranda da buna and içilir.

17 02 2014
Nicat

Quranın qədim yunan astronomiyası haqqında məlumatlara əsaslanması iddiası yanlışdır. Çünki qədim yunan astronomiyasına görə göyün 9 təbəqəsi var idi. Halbuki Quranda 7 qat səmadan bəhs edilir. İslamda təfsir alimlərinin əksəriyyətinin fikri belədir ki, dünyanın üstündə bütün ulduzların var olduğu maddi aləmin hamısı bir səmadır. Bu, yeddi səmanın birincisidir. Bəzi İslam alimləri isə Quranda yeddi rəqəminin bir sıra ayələrdə məcazi anlamda çoxluq mənasında işləndiyini deyirlər.
Qədim yunan filosofları Ptolomey və Aristotelin geosentrik kainat nəzəriyyəsinə görə Yer kainatın mərkəzində yerləşirdi. Digər 7 planet (Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter, Saturn) isə Yerin ətrafında dövr edirdilər. Daha sonra isə sonsuz sayda Ulduzlar yerləşirdi. Kainatın sonunda isə İlkin Səbəb sahəsi (Sphere of the Prime Mover) gəlirdi. Buradan aydın olur ki, qədim yunan astronomiyasına görə səmanın təbəqələrinin sayı 9 idi:
1-ci təbəqə Yer və Ay arasında
2-ci təbəqə Ay və Merkuri arasında
3-cü təbəqə Merkuri və Venera arasında
4-cü təbəqə Venera və Günəş arasında
5-ci təbəqə Günəş və Mars arasında
6-cı təbəqə Mars və Yupiter arasında
7-ci təbəqə Yupiter və Saturn arasında
8-ci təbəqə Saturn və Ulduzlar
9-cu təbəqə Ulduzlar və İlkin Səbəb sahəsi

Mənbələr:
1. Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara/29
2. What Is Meant By ‘Seven Heavens’?
http://www.al-islam.org/philosophy-islamic-laws-ayatullah-al-uzma-shaykh-nasir-makarim-shirazi-ayatullah-jafar-subhani-35
3. The Universe of Aristotle and Ptolemy
http://csep10.phys.utk.edu/astr161/lect/retrograde/aristotle.html

20 03 2014
moon

Quranda yazilanlar oxudugunuz kimi sade anlama gelmir.Mes,goyun 7ci qati dedikde ele yer kuresinin atmosferinin qatlari demek deyil..Diqqetle oxuyun,asagi goyde ulduzlar var,bu o demek ola bilerki,asagi goy dedikde,bizim qalaktika nezerde tutulsun,gorunur bizimki en altda olandir,gunes sisteminden ibaret kehkesandan da basqa kehkesanlar ve ya diger 6 dunya(Quranda Yerin goyu) movcuddur.En dogrusunu Allah bilir.

1 04 2014
sübhan

göyü yeddi qatını əgər atmasfer qatı ilə bağlasaq belə bir sual ortaya çıxır.
quranda qeyd olunur ki , 1-ci qatda ulduzlar var
bəs mənə troposferdə kim ulduz göstərə bilər?

4 04 2014
Mujgan

Cunki senin elmivin kewf etmediyi oqede wey varki. Hem senin kafancun deyil bu menalari derk edmey) ged fossillerunle mewqul olginen gor teze nese yaranmiyib))

6 04 2014
Mujgan

Demeli awagi qatinda ulduzlar vat deyirse gir hele nece tedqiq,olunmamiw qali var da… En awagdaki qat 5tebeqeden ibaretdi. Ikincisi ise xrustianlar Qurana zidd olarag alimleri ozlerinden yeni qayda jewf edirlerki teki Quran sehf olsun…

22 01 2015
aysel

heeeeeeee duz deyisiz

26 01 2015
Mümtaz

Heç kim quranda səhv çıxarmaq qəsdində deyil. Quradakı səhvlər özü gəlib girir adamın gözünə.Kimsə bunu görməzdən gəlirsə,bu onun vicdanına qalır. Məsələn, şəms surəsi-3-cü ayəyə baxın. Sən demə günəşi parlaq edən gündüz imiş,xəbərimiz yox. İndi vicdanla de,mən quranda səhv axtardım bunu tapdım,yoxsa siz bunu görməzdən gəlirsiz?

7 04 2015
Kenan

Allahi kim yaradib soruwursaneee?… arxasiycan da bizim yerimize cavab verirsen ki guya fsyo da day cavabi da bilirsen, o bizim evezimize verdiyun cavab da sehvdi, gozuvi ac yaxwi yaxwi oxu… sen fanisen, yaranmisan ve oleceysen, etrafunda gorduyun her wey de eledi, senin beynun de ancag neyinse var olub sonrada mehv olacagina oyrewib, o dar beynun… guya bizim evezimizden dirsen Allah oz ozune yaranib, ele wey yoxdu, Allah hemiwe olub hemiwe de olacag… ebedidi, evveli ve sonu yoxdu… sen durub bu fikirden de otru sbor eliyersen, ozuve mexsus suallar verersen, ay o nece olur, ay bu nece olur… ama bu beledi, sen ele dirsenki sen her weyi derk elemelisen. senin beynunnen yoxduda indi?.. beli Allah hemiwe var olub hemiwe de olacag, ama dunya oz ozunnen yarana bilmez, cunki senin o dediyun tesadufi partlayiw dirsen ne dirsen, o partlayiw bu qeder nizam intizam yarada bilmez, oz ozune partlayiw eliye bilmez onu… partlayiw ne vaxtdan nizam intizam, gozelliyler, qanunauygunnuglar yaradir??? partlayiw hemiwe xowagelmezlikler yaradir, neyise mehv eliyir, yararsiz hala salir, demeyki o partlayiwin da olmasinda ilahi birenr varki bu qeder gozelliyler, nizam intizam yaranib…. ki sende gozunnen oger gore danirsan… beynuvin derk elemediyi weyi qelbunnen qebul ele, qelbunnen inan… suzun dunya goruwuvuznen yawamag cox darixdiricidi, bele fikirrewmeyden daniwirsane ay duwunce bele ay ele… ele duwunki senin kimi fikirrernen yawamag en azi edaletsizdiydi… izah elim nece… senincun axiretde yoxdu qebr ezabi da yoxdu cennent de yoxdu cehennem de… senin gorduyun dunya budu ki, burda heyati boyu pisdiy eliyenner, pisdiynen yawiyannarda axirda torpag olur onnan da her wey qutarir, omur boyu xeyir iwder gorennerde? burda bir edaletsizdiy yoxdu? noldu bes? sorasi yoxdu? biri heyati boyu gunah eledi, iyrenc iwdernen mewgul oldu usdeliy kefinde cekdi, biri de zulmnen halal coreyin qazandi xeyir iwdernen mewgul oldu… ele onnan otruki iksinin de axiri eyni olacag? bes dunyaya niye gelmisen? nesil artirmagcun? heyvanda artitit onnan… yiyib icmeycun? heyvanda doldurur qarnin… dunyaya neycun geldiyin bilmiyen insannar heyati boyu sufreden tualete necis dawiyan qurgudu vessalam…

7 04 2015
Ateist adam

Big Bang nədir xəbərin yoxdur amma elə boş boş onun haqqında danışırsan. Bizim millətin xasiyyətidir, bir şeydən başı çıxmır, amma danışmağa gələndə ağız dolusu danışır.
Sən nə üçün gəlmisən bu dünyaya? İbadət eləyib cənnətə düşmək üçün? Cənnətdə döşü təzə tumurcuqlanmış bakirə hurilərnən şərab məclislərində kef eləməyə:
Nəbə surəsi
Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət), Bağçalar və üzüm bağları, Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar. (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!

Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. (Həmçinin )bağlar və üzümlüklər, dolğun döşlü həmyaşıd qızlar və ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!

8 04 2015
emin

cox maraqli bir wey var eee burda bu teist insanlarin bezileri (hamsina aid deyil) yani allaha inananlar danisanda ele hevesnen danisirlar ki ele bil allah bunlarin mudiridir yani mudirine girennik eliyen katibeler kimi davranirlar.yaxsi men didim ki allaha inanmiram dine inanmiram sen de inanirsansa inan da deyi durub niye eseblesirsen ki niye ozuvu lezvaliyirsan ki?sen inanirsan? inan da neyniyim gozum aydin cix otur basimda.
Eger serab ve ya tumurcuq doslu bakireler pis sey olsaydi niye cennetde reklam olunurlar?ve cennetde reklam olunan bir weyler- serab zina niye haram oldu bunu da basa dusmedim neyse bos verek bunlari.axi cennetde herwey ebedi olasidisa Nəbə surəsinde deyir tumurcuq doslu bakireler olacaq herwey nece ebedi qalir ki bes bu bakireleri muselman qaqaslar acsa onlar bakire qalmiyacaqlar axiii): (

19 04 2015
Dr. Mirhafiz

Göy, deyəndə niyə atmosferi və onun təbəqələrini nəzərdə tutursuz? Bununla səhv bir əsas yaradıb, sonra onun ətrafında da səhv mülahizələr yürüdürsüz. “Biz göyləri genişləndirərik”-deyəndə təbii ki, burda atmosfer nəzərdə tutulmur. Siz isə atmosferdən “kənara çıxa” bilmirsiniz. İlk əvvəl heç nə yox idi! nə göy (fəza, boşluq), nə də yerlər (yəni başa düşdüyümüz materiya-planetlər). Big Bangla genişlənməyə başladı, həm fəza, həm də fəzada yer alan madiyyat-qalaktikalar. Biq Bangin kəşfi hadisəsi bir yaradıcının (Allahın) olduğunu isbat edən bir dəlildir. Diqqətli olmaq lazımdır.

20 04 2015
emin

Qardaşım üzr istəyirəm Bigbang böyük qəbul görən bir nəzərriyyədir.ancaq sadəcə nəzəriyyədir siz buna necə dəlil dediniz mən bilmirəm sabah obiri gün başqa bir nəzəriyyə irəli sürülsə necə deyiləcək bilmirəm.Admin qardaş çox doğru bir informasiya qoyub bura.həqiqətən də bigbang kəşf olunana qədər o ayət elə təcrümə olunmurdu.nədənsə elmi kəşflər nəzəriyyələr birinci dindarlar tərəfindən qəbul olunmur,sonra bir balaca sərf eliyən kimi ona yaxın hərfi təcrümədə hansı ayət varsa o dəqiqə düzüb qoşub diyirlər ki baaaax 1400 il qabaq yazılıb.bağışlıyın təkrar oldu biraz onsuz da admin yazıb bu haqda ama yenə də deməsən olmur da neyniyəsən.bigbang nəzəryəsinə qalanda da eger hər şey heçdən yaranıb deyiriksə bu da düzgün deyil axı bigbangdan əvvəl zaman məsafə və s. olmasa da sonsuz güc enerji olub ki bu partlıyıb dəə oxuyursuz tam oxuyun bu haqda.Hə bir də bu var yazıq Hawking,Penrose sonra bir çox başqaları can qoyublar big bang üzərində,hələ də durmadan çalışırlar amma nədənsə Hawking bir kəlmə deyəndə ki kainatın yaranmağı fizika qanunlarının nəticəsində olub və tanrının rolu gərəksiz qaldı.indi bu dindarlar dağıdırlar 5 ildir bütün formları sosial şəbəkələri. ay qardaş noooldu Hawking Bigbang üzərinə can qoyur sen də onu yaradılışa sübut kimi göstərirsən ama o boyda dahi sizə sərf eləmiyən bir söz diyən kimi başlıyırsız.yani hamı Hawkingi , Penroseni “neprav” çıxardır.

20 04 2015
Dr. Mirhafiz

Yazını və istinadları Big Bang-a görə tərtib edən müəllifə və şərhlərdə də yenə eyni nəzəriyyəyə əsaslanan müəllifə mən də Big Bang-lə cavab verməyimin nəyi qəbahətdir? Bunu izah edin! Sonra özünüz də Big Bang-in tam doğru ola bilməyəcəyini deyir və sonra yenə ona istinad etməyə çalışmağınızın məntiqi nədir?
P.S. Mənim nəyi isə tam oxuduğumu və ya əksinə oxumadığımı haradan bilirsiniz?
P.P.S Mən bunun son riyazi hesablamalarını hətta sizə deyə bilərəm ki, onda bunun doğruluğuna inanmaq məcburiyyətində qalarsınız! Bir daha sizi diqqətli olmağa çağırıram!

20 04 2015
emin

qardaş bigbang dəlildir demək düz çıxmır axı.belə xətrinizə dəyirsə mübahisə eləmiyək.ama cvb verim də sizə.big bang 100% doğrudur sözünü heç Hawking sizin qədər demir.mən diyirəm ki sadəcə nəzəriyyədi bu odemek deyil ki mən diyirəm yalandı amma inanıram.mənim sozlərimdə bigbangla bağlı təzad yox idi siz diqqətli olun doktor.nəyi oxumaq deyəndə heç olmasa Grand Design,The theory of everything,Brief story of Time heç olmasa bunları oxuyun.niyə bunu dedim cunki bu kitaplar birbaşa bu bigbangın uzərində calışanların kitabıdır( Hawkingin)bəsdi harun yəhyadı kimdi nəbilim caner taslamandı kimdi oxuduz….
Yani big bang haqqında hər şeyi bilirsiz?bir də ki bu riyazi hesablamaları deyə bilərəm dediz deyin də hansı riyazi hesablamadı

7 05 2015
şərhçi

Keçək 1 ci ayəyə:ilk öncə Əlhəmdülilləhirrəbbil aləmin! yəni aləmlərim Rəbbinə həmd olsun !ərəb dilini bilən bilir ki burda iki və daha çox aləmdən bəhs edilir yəni təkçə bizim aləm yox.keçək ayəyə.. “Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır”.ilk öncə bu ayə hər cür yozula bilər daha doğru yozumunu Allah bilir amma biz müsəlmanlar bu cür başa düşürük şəxsən mən öz subyektiv fikirimi bildirirəm:(yeddi göyü )yəni bu cür yer kürəsindəki kimi olan göydən yeddi dənəsi daha var və (yerdəndə bir o qədərini) və yerdəndə daha yeddisi .Başqa bir yozumu :ey ateist adam! sənin göztərdiyin o “beş” qat əslində “bir” göydür.Əgər lazım olsaydı Allah bizə o haqqda nəsə bildirərdi.Bizə bildirilənlər bizə kifayət edər.
2 ci ayə)doğrusunu allah bilir amma burda başa düşməməli heçnə yoxdur .Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?
Ey ateist adam! məgər sən başını qaldıranda göydə azon təbəqəsini görürsən?mənə elə gəlir normal insan görməməlidi……və həqiqətəndə biz başımız qaldıranda göydə heç bir çat və uyğunsuzluq görmürük həmd olsun Aləmlərin Rəbbinə!
keçək 3 cü ayəyə)
. O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik
Həmdə olsun Allaha necə gözəl bildirib.Yenədə burda hər bir göyün yəni o yuxarıda qeyd olunan ayrı-ayrı göylərin hər birinə öz işi barədə vəhy edib Allahımız. Biz aşağı göyü( yəni bizə aid olan yer kürrəsinə aid olan göyü ) qəndillərlə bəzədik!yenədə həmd olsun Rəbbimizə !və hər bir normal insanda o qəndilləri (ulduzları)başını qaldıranda görür.
ey ateist adam! sən ulduzları yəqin görmürsən..çox maraqlıdı azon təbəqəsini görürsən amma ulduzları yox …amma mənə elə gəlir normal insanda tərsinədi.
Qaldı 7 rəqəminin çox çəkilməsinin səbəbi nədirsə bunu Allah özü bilir.Qaldı müqəddəsliyə bizim üçün müqəddəs olan yalnız ALLAHIMIZDIR! və quranı təsvir etməyi sənin kimilər bacarmaz! burda Ali İmran surəsi 7 ci- ayə yadıma düşdü:Sənə kitabı nazil edən odur.Onun bir hissəsi möhkəm (yəni mənası aydın məğzi bəlli)digər qismi isə mütəşabih(yəni dəqiq mənası bilinməyən)ayələrdir.Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar.Halbu ki onların yozumunu Allahdan başqa heç kəs bilməz.Elmdə qüvvətli olanlar isə biz onlara iman gətirdik onların hamısı Rəbbimizin dərgahındandır deyərlər.Bunları ancaq ağıllı adamlar dərk edərlər.

10 05 2015
Ateist adam

Sen ne qatiqlamisan burda hec ozun basa dusursen?
Sohbet ondan gedir ki 7 qat goyu muselmanlar deyir ki atmosferin 7 qatidir. Men onun haqqinda yazmisam, sen de deyirsen ki yox ilk qat (asagi goy) ulduzlarin oldugu qatdir. Ulduzlar hec atmosferde deyil, gicgic yazmisan ki gorursen gormursen. Sohbet neden gedir hec basa dusmemisen.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s




İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 39 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: