Harun Yahya və Atlası

3 11 2009

Əvvəlki Harun Yahyaya aid olan postumdan sonra da bəziləri acı gərçəkləri qəbul eləmək istəmir. Həmən dalından qarmaq çıxan cücü sən demə çap səhvi imiş(!). Bəziləri hələ də inanmır deyə (halbuki Harun Yahya özü qəbul eləyib bunu), kitabdakı şəkil burda.

Həmən şəkil, balıq tilovları (bait) dizayn eləyən bir nəfərin saytından götürülüb.

  • Göstərdiyi balıq və hörümçək şəkilləri modeldir, və başqa adamın saytından oğurlanıb.
  • Şəkil qoyub deyir bu ankvil balığıdır (eel). Halbuki şəkildəki su ilanıdır.
  • Muasir qurbağa şəklini salamander fosili ilə müqayisə eləyir. Başa düşmək olar, ikisi də vizual olaraq oxşardı axı, hərçənd tamam fərqli növlər də olsa.

Başdan ayağa səhvlərlə dolu olan bu lazımsız kitabı oxumağa və gözü bağlı inanmağa davam eləyin.

Camaat illərlə paleontologiya, zoologiya, biologiya oxuyur, bir fossilin üstündə illərlə araşdırma aparır. Bu Harun Yahya da kitabına bir fosil və bir canlı şəklini yanyana qoyub elmlə məşğul olduğunu zənn eləyir. Ömründə heç fosilə əli dəyməmiş adamdan daha nə gözləyərsən, qurbağa ilə kərtənkələni də səhv salar, başqa saytlardan da geydirmə şəkil kopyalayar. Amma Mehdidi də, geniş alnı var, belində də böyük xalı. Həm də müsəlmandı axı. Deməli nədi? Deməli düz deyir, saçmalasa da.

Həə bir də o qəddər tolerant və anlayışlıdır ki, Türkiyədə bütün qarşı olan, ateizmə aid olan saytları bağlatdırıb. Özü də bəlkə yüzlərlə eyni tipli, eyni iyrənc dizaynlı saytlara sahibdir. Bu gücü də Allah baba verir yəqin ona.


Hərəkətlər

Information

6 responses

4 11 2009
darkside

HArun Yahyani lap pazaor elediler men bunu youtube da baxmishdim.Qisasi sharlatan birisidir.Sonra bir meqama nezer salma isteyirem.Menim bir dostum mene demishdir ki, islamda el ve yaxud ayagda olan dirnaglari bele qirhmag uchun hususi gunler nezerde tutulub.Fikrimce bu ona gore edilir ki, insani bir koleye chevirmek ve daddysiz(bu ishte ustad) hech bir addim atmag bacarmamagi.Shehsen bu menim fikrimdir.

9 11 2009
Hikmat

Ateistlər Allahı, Peyğəmbərləri, müqəddəs kitabları inkar edirlər və onlar üçün heç bir qayda qanun yoxdu. Bu da onları otarmaq istəyən çobanlara onları otarmaqda köməklik edir. Məsələn ateist olan adamı istənilən işdə istifadə etmək olar. Çünki bunlar üçün günah və savab yoxdu. Onların fikrincə etdikləri əmələ görə sorğu-sual olunmayacaqlar. Bu siyasət də məhz onları köləyə çevirmək üçün ən əlverişli üsuldur.

9 11 2009
Mehdi (cc)

hahaha, duzdu ateistler ozlerini, binalari, neqliyyat vasitelerini partladirlar, bir karikatura ile bayraq yandirirlar, bunlarin hamisini “tirka”ya rahat geden ateistler edir.

3 04 2010
Zandiq

Allah eger varsa bele ona inanmaq chox qorxuludur. Ateist bir insan dindar insandan daha insansever olar ve insanlarla rahat dil tapib yashayar.bir muselman bir bashka dine tapinan insanla ve hetta islamin shaxelerinden olan iki shexs sizce bir evde yashaya biler ibadet ede bilerlermi? elbette ki yox. chunku bu iki shexsin zehnindeki allah anlayishi biri birinden ferqlidir. her insan zehnindeki allahi daha guclu daha “allah” hesab eder.ve buna gorede allaha inam tarix boyu insanlari biri birine dushhman etmishdir. amma ateistler bele bir aldatmacaya inanmaz heyata real baxar ve insana onun inancindan asili olmayaraq insan kimi qiymetlendirer.

6 09 2010
resul92

ay yaziglar fosili qoyub sekilin derdini cekirler. ona qalsa qurbaga fosilinin yanindaki sekilde de effektli gorunsun deye oyuncaq qurbaga gosterilib amma esas odur ki FOSILLER dogrudu . boyukle yazdim ki fosile diqqet edesiz herflere yox. bundan sonra ateistlere KOR diyecem hahahahahah..

1 12 2011
Ilkin Anti-Darvinist

İslamda tehqir deye bir sey yoxdu,Her bir sexsin inancina hormet var,amma bu hormet qarsiliqli olmalidir.Yuxarida dediyiniz bezi muselmanlarin eledikleridir,amma muselmanlarin elediklerinden dini gunahlandirmaq olarmi sizce?? he cavabi verenin mence aglinda problem var.Hemcinin ateistlere de hormet olunmalidir Islama gore,amma men tanidigim ateistler hecbir dindara hormet etmirler ve cox merhemetsiz,sevgisiz biridirler.Amma buna gore butun ateistleri gunahlandira bilmerem…Ona gore de xahis edirem here oz inancini yasasin ve tehqir olmasin…azad ve rahat herkes oz inancini yasasin…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




%d bloqqer bunu bəyənir: