Gəlin Quran oxuyaq

6 05 2010

Ərəf

179. Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.

Bir çox insanlar və cinləri cəhənnəm üçün yaradır deməli. Bunun harası imtahan oldu? Onlar heyvandır, çirkabdır kimi ucuz təhqir sözləri işlətmək də heç Allaha yaraşmır.

Zəriyət

49. Biz hər şeydən (erkək və dişi olmaqla) cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.

Artıq elm aləminə məlumdur ki dünyada hər şeydən cüt deyil, erkək və ya dişi olmayanlar var. Hermofroditlər, aseksual törəmə kimi mövzuları araşdıra bilərsiz.

Əhzəb

53. Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin) zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.

Bu kitab bütün insanlığa və bütün dövrlər üçün nəzərdə tutulub. Ortaya çıxdığından bəri 1400 il keçib, hələ yenə də minilliklər keçəcək və Allah heç bir kitab və peyğəmbər göndərməyəcək. Belə bir son “insanlıq” kitabında peyğəmbərin evinə gedilməyəcəyini, arvadlarını almayacağını yazmaq gülməli görsənir. Bu nəsihətlər və “qanunlar” heç kimin işinə yaramır, sırf o vaxt kimsə evinə girib deyə, kimsə arvadını almasın deyə belə bir ayət gətirib. İndiki zamanə ilə nə əlaqəsi? Belə spesifik-şəxsi problemlərə niyə yer verilib?

Nisa

25. Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. (Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. (Kənizlərlə evlənmək) sıxıntıya düşməkdən (və ya zina etməkdən) qorxanlarınız üçündür. Amma səbrli olsanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağışlayandır, Rəhmlidir.

Bu onsuz da Quranda məşhur mövzudu – kölələr və cariyələr. Allahın ağlına gəlməyib ki köləliyi yasaqlasın. Donuz əti, şərabı yasaqlayıb, amma köləliyi yox. Bir digər məsələ də kənizlərdən istədiyiniz kimi istifadə etməyinizdir. Mömin qadın ala bilmirsənsə sahib olduğun kənizi al. Əgər sahibi başqa adamdırsa, ona mehrini, yəni pul vəya mal ödə və kənizi al. Yəni kəniz bir əşyadır, sahibi sənsən, sən deyilsənsə başqasından qiyməti nədirsə ver al. Sonrakı cümlə də maraqlıdır, kəniznən evlənmək zina eləməkdən yaxşıdır. Canın seks istəyir? Zina eləmə, get mehrini-pulunu ver kənizi al, kefini çək.


Hərəkətlər

Information

17 responses

11 05 2010
darkside

Зина означает мастурбация?

11 05 2010
Ateist adam

Зина koqda bez braka seksom zanimaewsa, odna iz samix bolwix qrexov.

11 05 2010
darkside

!)) Если верить этому то мы уже давным давно в аду.

14 05 2010
Ateist adam

Izvini za dezinformatsiyu🙂 Zina ne iz bolwix qrexov:

1) куфр (неверие);

2) убийство человека, которого Аллах запретил убить без оправдания;

3) обвинение в прелюбодеянии невиновного мусульманина;

4) дезертирство с фронта, когда идет война в защиту Ислама;

5) использование процентов (ростовщичество);

6) использование денег детей-сирот в личных целях;

7) занятие магией;

8) совершение большого греха в главной мечети;

9) причинение страданий родителям.

14 05 2010
kukuLka

Ateist adam yazdiqlarini boyuk maraqla oxuyuram..uwaqliqdan hemiwe allah babani beynimize yeridibler..hemiwe icime bir wubhe olduqda lenet weytana deyib o fikri beynimden atmaga caliwmiwam..daha uzlewecem her weynen.qorxmayacam. yazdiqlarindan guc aliram..

14 05 2010
Ateist adam

Sag ol oxudugun ucun. Inan ki her muselman senin halina dushur, sadece coxlari bu fikir ve shubhelerden qacir, deyir ki sheytan fikirleridir. Islamin (ve bir cox dinlerin) da yeritmeye calisdigi budur, shubheye ve skeptisizme yox. Suallar vermek ve dushunmek lazimdir. Menim bu saytla meqsedim de bezi shubheye girenler ucun destek vermekdir, indiki Azeri internet ve yazili qaynaqlarda 100 dene Islami qaynaq varsa, 2-3 dene bunun eksi (ateizm, skeptisizm) qaynaq var. Fikrimce insanlara iddialari beraber (her iki terefi de) teqdim etmek lazimdir, onlar da mentiqe uygun, yuyulmamis beyinleri ile istediklerini qebul etsinler.

14 05 2010
kukuLka

aha duz deyirsen.hem ozlerini muselman adlandirib islamin wertlerine emel etmeyen minlerle adam var. onlar kimi “ibadet etmekdense” hec etmerem. coxu da yazdigin kimi duwunur ki ibadetimi edim itireceyim bir wey olmasin… eger varsa cennet cehennem onda insanlarin coxu cehennemlikdi.. bes allahin rehmi harda qaldi?! yarat at cehenneme budu rehmlilik? hele de bu sozu qorxa qorxa deyirem ama inamim itib artiq..hani Allah? dindarlar deyecek her yerde…😀 O qeder mescidler partladilir..allah evine sahib cixa bilmir? heqiqeten var olduguna inanmaq isterdim!

30 11 2010
shahin

DİN.\SUALLAR VƏ FİKİRLƏR\

1.Musiqi çalıb oxumaq, qulaq asmaq\haram\

2.Foto şəkil ,video,heykəl,\haram\

3.Oynamaq rəks etmək \haram\

4.Qadın tam bağlı olmalı\hicab\

5.Niyə yaxşı adamlarin 95 faizi kasıb olur həm də tez ölür .Varlı əksinə.\cavab yoxdur\.

6.İqtisadiyyatı iflic eləyən bu iki ay məhrrəmlik lazımdırmı .

7.Ləyaqət tələb edən intihar o dünyada ən ağır cəzaya məhkum olur.

8.Anadan şikəst doğulub omrü boyu əzizlərinə fiziki ,mənəvi əzab verən həm də özü əzab çəkən,heç bir qabiliyyəti olmayan insanın yaşamağı vacibdirmi\onu yüngül bir yolnan məhv etmək künahdırmı\din\.nemes\

9.Cinsi əlaqə bir bioloji təlabat olduğu halda din onun qarşısını böyük idaloji və psixaloji maneələrlə ,qanunlarla alır .\Bu namus adlanır\ Bundan da böyük fəsadlar törəyir. Ailələr dağılır insanlar bir birini öldürür. 90% qadın 10% faiz kişi ölür.Nəticədə, ailədə əsasən ana ölür, ata türməyə düşür, uşaqlar başsız qalır,bədbəxt olur və ömürlərini biabırçılıq damğası altında başa vururlar.Müsalmançılığın elə bu qanunu insanlara əsil cəhənnəm yaradır. Namus kişilərin ,qadinları öz mülkiyyəti ,şəxsi əşyası hesab etməsindən irəli gəlir.

10.Alın yazısı\ lövhi məhvuz\ deməli cəhənnəmin ,cənnətin siyahisi əvvəldən tutulub.\Bir-birini təkzib edən ayələr.\

11.Əgər hər şeyi Allah yaradıbsa, deməli xeyir və şəri də, insanın qüsurlu təbiətini də şeytanı da pislikləri də o yaradıb. ALLAHI KİM YARADID.
12. Ölümdən sonra heç nə yoxdur. Bu qorxutmur, əksinə sakitləşdirir.
13.Pis adamın valideynlərini də günahlandırırlar. Pis tərbiyə verdiyinə görə. Bütün pislərin və yaxşıların yaradanı isə deyilənə görə allahdır.Nəinki tərbiyyə verən hatda alnını yazan,talehini yazan az və cox ömür verən allah. Bəs onda əsl günahkar kimdir?

14. Hər vaxt dindarlar xüsusən də müsəlmanlar özlərinin düzgün fikirləşməkdə,düzgün danışmaqda və düzgün yolda olduqlarını deməkdə
israrlıdırlar. Elə ölkə yoxdur ki orada dinə inanan olmasın ,ancaq faiz məsələsi var. İndi gəlin müqaisə edək. Biz baxsaq görərik ki , hansı ölkədə dindarların faizi yüksəkdir, orada demokratiya, insan hüququ,ədalət,vicdan azadlığı demək olar ki yoxdur.Yaxşı yaşayan güclü devlətlərin hamısında dindarlığın faizi çox aşağıdır. Dindarlar elm adamlarının ixtira ettdiyi cihazlardan,nəqliyyatlardan və hər şeydən istifadə edə-edə onları bəyənmirlər. \elm və din , paradoks\ Ş.M.

15.Din insanlara 20% xeyir verirsə 80% ziyan verir\mənəvi,maddi ziyan\Ş.M.

16.Əgər əxlaqda azadlıq,həqiqət,vicdan,ədalət,bərabərlik,demokratiya yoxdursa onda əxlaqı necə qəbul etməliyik.

17.\Allahu əkbər\-allah böyükdür-böyük olan bir şeyin ölcüsü , kənarı, hududu olar, məntiqlə.Sonsuzluqda bunlar yoxdur.Əbədi və əzəli olan böyük olan yox, əbədi və əzəli olan sonsuzluqdur.Ş.M.

16.Axundov İslam peyğmbərini təhqir etməyib əlahəzrət faktları söyləyib…Oğulluğa götürdüyü şəxsin arvadını məcburi şəkildə boşatdıraraq onu özünə arvad etmiş şəxs barəsində sizin fikriniz bəyəm müsbətdir ki?

17.Ayışəni etdiyi əxlaqsız hərəkətə görə qorxusundan boşamayıb özünə haqq qazandırmış bu insana Mirzə Fətəli Axundovun fikri başqa necə ola bilərdi ki?!

18.Bir misal gətirim.
“Bakirəlik” anlayışının mənası ondadır ki, o, yalnız bir dəfə olur. Əgər qızların bakirəliyi hər dəfə yenidən bərpa olunsaydı, onda bu anlayışın ümumiyyətlə, mənası qalmazdı. Və əgər “Quran” müsəlmanlara cənnətdə “əbədi bakirə qızlar” vəd edirsə, buna necə gülməyəsən?

19. 3 fərqli irq necə yaranıb?
Bir irq o birinə yalnız təkamül (bioloji dildə populyasiya) yolu ilə çevrilə bilər. Deməli, 2 variant var:
Ya adəm 3 dənə olub: \ağ, qara və sarı\ ya da təkamül var, hər halda.
Hansı düzdür?

20.Mən yaxın adamlarımın,yad adamların hətda xoşuma gəlməyən və nifrət etdiyim adamların cox pis vəziyyətdə əzab işgəncə çəkmələrinə dözə bilmirəm.Bəs \mərhəmətli və rəhimli\ Allah özünün yaratdığı cəhənnəmdə öz yaratdıqlarının əzabına nəcə dözəcək. Həm də əbədi. Əzab da nə əzab,qır qazanı,qaynar irin,qurquşun və.s Ş.M

28 02 2013
Ali

12. Ölümdən sonra heç nə yoxdur. Bu qorxutmur, əksinə sakitləşdirir.
Buna cavab olaraq deyə bilərəm ki, sizlər əslində qorxmalısız. Belə də ki, kim sizə qaranti verib ki, ölümdən sonra rahatlıq tapacaqsız və yaxud da hər şey bitəcək. Siz və sizin kimi insanlar ancaq zənnə qapılmağı bilərsiz. Bu dünya bir imtahan dünyasıdır. Quranda yazılan ayələrə mənasız yozumlar verməkdənsə siz hələ bir baxin görün neçə yüz il əvvəl yazılmış bu Qurandan müasir dövrdə necə yararlanırlar və bu davam edir. Hələ də bu kitabda keçən çox şeylərin sirri açılmayıb. Bir araşdırın baxın görün alimlər Qurana necə istinad edirlər. İnsanın yaradılışı, eyni hövzədə olan suyun müxtəlif rəngli olması və sularının bir-birinə qarışmaması və daha neçə-neçə Allahın var olmasını sübuta yetirən dəlillər var. Elə internetin özündə çox rahatlıqla araşdırmaq olar. Nəyisə qavramaq üçün sadəcə dərk etməyə çalışmaq və araşdırmaq lazımdır. Dünya həyatı çox qısadı və hər bir ləzzət müvəqqətidir. Sizlər ki, bunu bal kimi də gözəl bilirsiz. Gözəl dönüş yeri Allah qatındadır. Sadəcə bir dəfə Quranı ələ alıb oxumaq kifayətdir ki, bunun bir Allah kəlamı olduğunu anlayasan. Başqa nə deyim çox təəssüflər olsun.

4 02 2011
Neytral

ne bilim vallah bu yazilari oxuyandan sonra 50% 50% demek olar ki neytral oldum

11 02 2011
RESUL92

1)quranda musiqi haramdi deye bir sey yoxdu hedisler de var onlar da din yalanci hedisler qebedr peygember hediser deyl onlar
2)onlar da hemcinin.MEN NAMAZ QİLAN OLSAM DA RİHANNADAN TUTMUS LADY GAGAYA KİMİ QULAQ ASİRAM HEM DE ALLAHDAN GELME FİTRİ RESSAMLİQ QABLYETİM VAR
3)BAXİR OYNAMAGA BİEDEB YERLERİNİ ACİB OYNAMAG TEBİİ Kİ HARAM OLACAQ
4)quranda qadinin taninabilecek sevyede ortulmesi yazilib onun ustunde mubahiseler coxdu amma tam tersidi islamda deylir ki muselman dovrunun en muasir insani olmalidi
5)95% statistikan ela yazmisam daha dogrusu gulmelidi amma kasibin olmeyine qalanda ise yaxsi insanlar sinaga cekilir amma ele pis insanlar var ki artiq onlardan kecib peygemberlerden biri basina felaket gelmediyi ucun aglayib allaha dua edirmis ki allahim sen meni nezerden qacirma cunki o pis insanlar artiq coxu bilinir
6)sen allah iqtisadyati mehv eden mentiqden kasadcasina sozler yazma qaqam allah elememis bir qohumun olse iqtisadiyyata gore YAS SAXLAMAYACAQSAN?
7) bu hedisi sen yazmisan dyesen ))))))))) ele bir sey yoxdu amma intihara var hedis

8) o insanlarin her birinin bir misyasi var ve onlar cennetlikdi coxu bezi seyler var onlarin cvabi cox uzundu amma cox yerde yazmisam onlarin cvbini

9) islamda hetta peygembere allah evlenmesini usaq sahib olmasini isteyir ki insanlar ona baxib aile qursunlar ve islam cinsi elaqde ters iliskini ve exlaqsiz insanlarla elaqeni qadaga edir SENE LAZIMDI 1000 CUR VIRUSLRA YOLUXASAN?

10) alin yazisinin menasini bilmirse sen dyesen ? menim bu sualimi yazacagimi bilir allah ve bu yazilidi evvelceden amma bu sual menden asilidi sadece tanri ucun zaman anlayisi yoxdu nisbidir elmin de subut etdiyi kimi

11) o suala cvbi albert ensteyn verib vaxtile oxu tap!!!

12)yalansa sen eger iskencelere meruz qalsan adim kimi eminem ki olumnen it kimi qorxarsan amma dindar insanlar em de subut edib ki agrini cox az hiss edirler dinsizlere nezeren

13)onun cvabini yazmisam tekrar sozler yazma clis!

14)irani gozumuze soxdugunuz bes deyl get 350 milyonluq indonezyaya bax senden yaxsi demokratya var/1 peygemberimiz buyurub ki eger elm cinde bele olsa onu ordan goturub oz olkenize getrin

15)senden yene de hedis geldi ))))))))))))))))))))))))))lol

16)onu sen deyrsen amma islam elm deyr islam heyvanlara hormet deyr islam qadinlara ilk mirsa haqqi taniyib islam qiz usaqlarinin basdirilmasinin qabagini alib islam aragi ickiyi donuzu aram edib islam namus exlaq terbiye deyr BU DINE PIS DEYEN BASINDA NESE PROBLEM OLMALIDI

17)allah onsuz da sonsuz qudrete malikdi bunu etrafina baxsan hiss edersen

peygemberimiz 55 yasina kimi 2 defe evlenib ve 20si de dul qadinlar olub ve ozunden boyuk olub .oNDAN SONRA ISE 60 YASINDAN SONRA YETIMI KASIBI ARVADLIGA GOTURUB BURADA CINSI SEXVET HISSINNEN SOHBET GEDE BILMEZ

18)quranda ebedi bakire qiz sozu yxdu huriler var ki onlar da qulluq meqsedi dasiyir here qurani erbcede meal deylen sey var onunla basqa cur yoza biler

19)biz torpaqdan yaranmisiq torpaqlarin renglerine fikir versen gorersen mentiqi BIR DE KI TEKAMUL COKUB BALA SAVADSIZCASINA ELE SEYERE INANMA

20)her seye bir xeyr var eslinde meselem biri darixir ki inistuta qebul olmadim disim agriyirdi yaza bilmedim hec ne esinde o belke de qebul olsaydi yolda masin vurub heyatina son qoyacaqdi onu bilmek olur allahdan xeyrlisi eger musa ve xizir ehvalatini oxusaydin mentiqi tuata bilerdin

men quran tovrat incil oxumusam, ATEIZMIN YALANLARINI EZBERE BILIREM

EL-ILAH,SUMERLER,AY TANRISI, ILHAN ARSEL VE TURAN DURSUNUN YALANLRINI YAZAN BU SAYTDAKI BUTUN YALANLARDAN XEBERIM VAR EZBERE BILIREM MEN 5 IL ARASTIRMALAR ETMISEM ALLAH VAR VE DIN ADEMNEN BERI ISALMDIR TEKTANRILIQDI

27 12 2011
BaxramEfendiyev

Resul92 +100500 Like🙂 Tewekkur…

10 05 2012
Parvin

Ateistlara sozum budur ki, ALLAH siza hidayat versin. Manim sizlara yazigim galir

14 03 2013
f.....

Allaha inanmayan ateist birisi bir alimə 3 sual verir:
1-Əgər Allah varsa, mənə gostər.

2-Hər işi yaradan Allahdırsa, niyə günahkar cəza çəkir?

3-Şeytan atəşdən yaradıldığı halda, ona cəhənnəm atəşi necə təsir edə bilər?

Alim bu 3 sualı soyuqqanlılıqla dinləyir. Sonra da yerdən bir kərpic parçası götürüb inkarçının başına vurur. Bashi yarilan inkarchi alimi məhkəməye verir. Hakim alimdən sorushur:
-Bunun bashini kərpic vurmusan, eləmi?
-Mənə 3 sual vermişdi, mən də suallarına qarşılıq, kərpici vurdum.

-Niyə?

Anladım. Allah varsa, mənə göstər demişdi. Başınıin aörıdığını iddia edirsə, göstərsin. İkinci olaraq, hər şeyi Allah yaradırsa, gunahkar niyə cəza görsün demişdi. Madam ki, elədir, onda niyə məni məhkəməyə verir? Üçüncü olaraq, atəşdən yaradılan şeytana cəhənnəm odu necə təsir edəcək deyə soruşdu. Cavabını aldı. Torpqadan yaradılan insana – özünə kərpic necə təsir edir?..
Bu cavabdan sonra alim bəraət alır.
“İnsanlara ağılları ölçüsündə söz söyləyin” Məhəmməd (s.ə.s)

14 03 2013
f.....

Hərdən inanmaq üçün görmək lazımdır, hərdənsə gözəgörünməz hadisələr ən real yer tutur. Nəyə görə biz görmə qabiliyyətimizə bu qədər güvənirik? Halbuki ətraf mühitdə bir çox mövcud şeylər vardır ki, biz onları görmürük. Məsələn: musiqi – eşidirik, amma görmürük, külək – hiss edirik, vıyıltısını eşidirik, amma görmürük. Deməli gözümüz elə də etibarlı mənbə deyildir. əgər bir şeyi görmürüksə, bu o demək deyil ki, həmin şey mövcud deyil. Sadəcə bizim onu görmə qabiliyyətimiz məhduddur.
Biz özümüz də məhdudlaşdırılmış canlarıq. Məsələn: əslində biz bu bədən deyilik, biz ruhuq. Bədənimizi tərk edən gün bütün iztirablarımız, ağrılarımız yox olacaq. Ancaq gəl ki, biz bunu edə bilirikmi? Yox. Çünki bizim bunu etməyimizə məhdudiyyət qoyulmuşdur. Bədən bizim qəfəsimizdir. Bunun kimi digər hislərimizə də beləcə məhdudiyyət qoyulmuşdur. Yəqin ki, Ulu Tanrimiz bizim Onu görməyimizi özü məsləhət bilməmişdir ki, bunu etməmişdir.
Uca Tanri həm çox uzaqda, həm də çox yaxındadır; O, hər şeyin daxilində, həm də xaricindədir. O, hər şeyin səbəbkarıdır. O, sonsuz qüvvət, qüdrət və mərhəmət sahibidir. O, hər zaman bizim yaxşılığımızı istəyir. Ananın evlada ona məhəbbəti ən ülvi və ən böyük məhəbbətdir, lakin O, bizi ananın evlada olan məhəbbətindən də qat-qat artıq məhəbbətlə sevir. O, hər kəslə mehribandır. O, mükafatlandırmağa tələsən, cəzalandirmağa səbr edəndir. O, hər şeyi bilən və doğru qərar verəndir.

12 06 2014
Elvin

VAY SİZİN HALINIZA VAY !
YENƏ DƏ VAY SİZİN HALINIZ VAY !

75 Ulduzların batdığı yerlərə and olsun!
76 Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
77 Həqiqətən, bu, ehtirama layiq Qurandır,
78 qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
(Vaqiə)

1 04 2015
Viko

Ay insanlar gelin bir defelik beyninize hekk edin kiii, quran kecmishin KONSTITUSIYASIDIR..ves salam..artix serhe ehtiyac yoxdu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




%d bloqqer bunu bəyənir: