Pascal’s Wager

9 11 2009

Dindarların çarə qalmayanda işlətdiyi bir arqument var, əminəm ki hamınız bununla rastlaşmısınız. Loru dildə belədir;

“Allah olmasa mən heç nə itirməyəcəyəm, Allah olsa isə, sən ömürlük cəhənnəmlik olacaqsan. Yəni sən ateist olaraq cənnət həyatını riskə atırsan, mən dindar olaraq heç bir şey itirmirəm, hər iki halda, Allah olsa da olmasa da.”

Digər arqumentlər adətən empirik və ya fikri dəlillər gətirir və insanları düşünərək nəyəsə qərar verməyə təşviq eləyir. Ontolojik, kosmolojik arqumentlər bunlara nümunədir. Paskalın arqumenti isə bunlardan fərqlidir, bu arqument praqmatik xüsusiyyəti var, dəlilə, nəyəsə inandırmağa əsaslanmır. Bu arqument demir ki inanc məntiqlidir, amma deyir ki inanmamaq məntiqli deyil.

Bu arqument qumar xarakteri daşıyır. Paskal belə bir ön şərti qoyur;

Yaşayan hər insan öz həyatını “stavka” eləməlidir. Ya Tanrı var, ya da yoxdur.

Bu arqument faktiki olaraq heç bir cavab gətirmir, amma məntiqi olaraq, insan inanc üçün səy göstərməlidir, çünkü işin axırında sonsuz qazanc var, “stavka” tutmasa da itiriləcək çox bir şey yoxdur.

Bu arqumentin əslində 3-4 versiyası var. Digər versiyalarda ehtimallar, başqa tanrı da əlavə edilib. Paskalın Pensee`sində daha ətraflı oxuya bilərsiniz.

pascals wager

Nəticə olaraq “Tanrı var” halı üçün sonsuz mükafat və cəza nəzərdə tutulduğu üçün digər hər hansı bir sonsuz olmayan zərər və ya qazanc uduzur. Burda “Tanrı” sözünü hər şeyə qadir, hər şeyi bilən, tək bir tanrı şəklində işlədirik. Yəni bildiyimiz İslam, Yahudi, Xristian Tanrısı.

Keçək bu arqumentin problemli nöqtələrinə. Heç bir dəlil, fakt gətirilməyəcək. Sadəcə ehtimallar üzərinə danışıram;

  1. Bu matriks bizə hansı Tanrıya inanacağımızı demir.
  2. Başqa tamam fərqli bir tanrı olma ehtimalı daxil edilməyib. Məsələn elə bir Tanrı ola bilər ki standart mənada olan Tanrıya inanmayanları mükafatlandırar.
  3. Burada sonsuz mükafat üçün sadəcə Tanrıya inanmağın kifayət olduğu qəbul olunub.

 

Tanrı inancı bir stavka məsələsi deyil. Heç kim ehtimallara və onların nəticəsinə görə inanmır. Əgər sırf ona görə inansa bu iki-üzlülükdən başqa bir şey deyil. Deyək ki bir nəfər belə düşünür;

“Tanrıya inansam məni sonsuz mükafat gözləyir, amma inanmasam mən bunu riskə atmış oluram. Ona görə də məntiqli olan inanmaqdır.”

Əgər Tanrı hər şeyi biləndirsə, o həmən adamın bu bazarlığını da biləcək. Yəni bu adam qəlbən və ya məntiqli dəlillər və arqumentlər vasitəsi ilə inanmır, bu adam sadəcə işini ehtiyatlı eləyir, güvənli və qazanclı olan seçimi eləyir. Burda həmən adam üçün Tanrının olub olmaması maraqlı deyil, sadəcə olaraq mümkün mükafatı riskə atmaq istəmir.

Ən azından inancsız adam öz hisslərində səmimidir, sırf kar güdmür. Həmən insan da əgər Tanrıyla qarşılaşsa böyük ehtimal belə deyəcək;

“Ey tanrı, sadəcə bizə yetərli dəlil vermədin.”

Bertrand Russel, öldükdən sonra yaradıcı ilə qarşılaşsan nə deyərdin sualına belə cavab verir.

Başqa tanrıların olma ehtimalı: Tutaq ki A tanrısına inandınız. Öləndən sonra isə gördüz ki B tanrısı imiş. B tanrısı isə A dininə inananlara öz kitabında dəhşətli şeylər söz verib. Bu halda inancsız olmaq daha sərfəlidir. Ən pis ehtimal inancsız olmaqla A tanrısına inanmaq eyni dərəcədə cəzalandırılacaq. Əgər stavka məntiqi ilə getsək, gərək sən inək əti yeməyəsən, ara bir kilsəyə gedəsən, günəş tutulanda bakirə qurban verəsən, arabir Kəbəyə də baş çəkəsən və s. O tanrıların hamsının olma ehtimalı var. Ona görə də risk eləməyə dəyməz məntiqi ilə gərək onlara xoş görünəsən. Bütün tanrıları da əlavə eləsək matriks şişəcək, mükafat-cəza prinsipləri dəyişəcək. Bir sözlə hansı Tanrıya inanmaq sərfəli olduğunu bilə bilməyəcəyik.

Bir çox belə ehtimallar var. Sadəcə 2×2 matriksiylə bu iş olmur. Heç kim də stavka eləyirmişcəsinə inanclı olub olmamağı seçmir. İnanclı olub heç nə itirməmək də mübahisəlidir. Tanrı uğruna az adam özünü qurban verməyib. Vaxtını, pulunu, canını ibadətə, Tanrıya xərcləmək də itkidir. Təbii ki sonsuz cəza ilə müqayisə oluna bilməz, amma heç nə itirmirəm demək də düzgün deyil.


Hərəkətlər

Information

21 responses

9 11 2009
Mehdi (cc)

Ela meqaledi, en azindan mentiqlidi.

10 11 2009
Hikmat

“Ey tanrı, sadəcə bizə yetərli dəlil vermədin.”

Və ya belə deyərdilər “Ya Allah sən özünü bizə göstərmədin, sən bizim gözümüzün qabağında ayı iki yerə bölmədin, sən bizim qabağımızda adamları uçurtmadın, günah işlədənləri yerindəcə öldürmədin ona görə də biz sənə iman gətirmədik.” – bu insana deməzlər ki, sənə o qədər nemət bəxş edən Allahı necə inkar etdin, sənə Elçilər, kitablar göndərən Allahı necə inkar etdin, gözlüyürdün ki, elm Allahın varlığını kəşf etsin sonra inanasan? Dünya yaranandan bu yana neçə milyard il keçib elm bunu öz beyninə görə sübut edə bilməyib. Gərək Allahın varlığını matrisa yolu ilə isbatlayasınız?

Bu insanlardan soruşuram bu qədər məxluqat necə partlayış nəticəsində yarana bilər, adicə su, hava necə öz-özünə yarana bilər, niyə danışan, düşünən şüurlu varlıq yalnız insandı? ola bilməzdi ki, partlayışdan sonra itlər də danışsın? bunların hamısını kim planlı şəkildə yaradıb? – Aləmlərin Rəbbi Allaha həmd Olsun

10 11 2009
Mehdi (cc)

Hikmet, inandirim sizi, eger bugun yalniz insanlarla itler danishsaydi ve dinler oldugu kimi qalsaydi, deyecekdiniz ki, niye pishikler danishmir? O qeder bele sual vermek olar ki, niye fil uchmur? 1cisi partlayish olan kimi zort eliyib her shey ortaya chixmir, tekamulu achin oxuyun, 2cisi eger bunu inkar edirsinizse, demeli allahin “ol” emrini de inkar edirsiniz, bes nece oldu ki, allah “ol” dedi, her shey var oldu?

11 11 2009
Hikmat

Elə maraqlısı da odu ki, niyə məhz insan? Niyə bu xüsusiyyətlər yalnız insana verilib?

11 11 2009
Ateist adam

Biz insan yox dushunen tarakan olsaydig onda da deyecekdin ki niye mehz tarakan…?

11 11 2009
Hikmat

Allah istəsəydi bunu da edərdi. Fərqi yoxdu. Əgər biz düşünən başqa canlı olsaydıq onda da Allah bizə elçi göndərərdi.

10 11 2009
Babək

Allah olmasa fikri ozu Islamda mumkun deyil. YAni iman shertlerinden biri de shubhe etmeden iman etmekdir. Shubhe kufru deyilen kufrun bir novu var. Shubhe etmek artiq insani inman dairesinden chixara biler.
Bertrand Russelin sozlerine geldikde ise bele yalniz Allaha inanmayan birisi danisha biler. Yani ozu Allaha inanmadigini deyib sonra inanmaq haqqinda ferziyye ireli surur. Bu inanci olmayanin inanc haqqinda danishmasi inananin inanmayan haqqinda danishmasina benzeyir. eger men inaniramsa inanmayanin neleri dushunduyunu demeyim en azindan praktiki cehetden dogru deyil. Chunki men onun kechirdiyi hissleri kechirmirem. Ele deyilmi. A ve ya b tanrisina qalanda ise onu deye bilerem ki, Islamda Allah anlayishi ile umumi Allah anlayishi arasinda ferq var.
Allah sozu ilah (ibadet olunan) sozuna Al muayyan artiklinin artirilmasi ile duzelib. Yani Allah dedikde o nezerde tutulur ki, hansisa bashqa but, ilah yox hemen o mueyyen olan, bilinen ve buna layiq olan ilah. O ilah ki, ibadete heqiqetde layiqdir. O ilah ki, ilah olmaga layiqdir. O ilah ki, heqiqeten guc ve quvve sahibidi. O ilah ki, yatmir, yorulmur. Eger yatan olsa onda esl Allah olmaz. Chunki, naqis olar.
Quranda bu haqda chox ayeler var.

10 11 2009
Ateist adam

Sen hec yazini oxuyursan comment yazmamisdan qabaq? Bertrand Russel onsuz da ateistdir, ona sadece sual verirler ki, ferz ele Tanri ile qarsilasdin, ne cavab vererdin. O da deyir ki delil yeterli deyil. Sene gore o esassiz sheyler delil xarakteri dashiya biler. Onun ucun yeterli olmayib. Bu qeder sade.

Senin yazdiglarin umumiyyetle nedir? Hec post ile bir qram da elaqesi yoxdur. Bir sonraki commentin de hemcinin. Paskalin arqumenti ile bagli nese iddian varsa onu yaz, yoxsa durub yas mollalari kimi ordan burdan danishirsan🙂. Allahin ne oldugunu derk elemek lazimdir, Allahin ol demeyi ve s. Senin bele sozlerin Savalan babanin Cirtdan ve Div nagilini danishmasina oxshayir. Senin qarshindaki imani zeif bir ushag deyil. Ateistdir, ateist ucun Allah da, Goyde ucan caynik de, tepegoz de, cirtdan da birdir. Senin danisigin da Andersonun nagillarindan geri qalmir. Ya nese posta sherh ver, yada postdaki arqumente kontr-arqument getir. Yoxsaki Allah beledi eledi, men neyneyim? Sen xeyali dostunun ozelliklerini sayirsan mene🙂

“Gərək Allahın varlığını matrisa yolu ilə isbatlayasınız?”

Matrisa yolu isbat deyil, sadece mentiqli secimi gosterir, postda da yazdim, bu arqument isbat-delil xarakterli deyil.
Bu arqumenti dindarlar istifade eleyir, men onu tenqid elemishem;

“Allah olmasa mən heç nə itirməyəcəyəm, Allah olsa isə, sən ömürlük cəhənnəmlik olacaqsan. Yəni sən ateist olaraq cənnət həyatını riskə atırsan, mən dindar olaraq heç bir şey itirmirəm, hər iki halda, Allah olsa da olmasa da.”

Bunu min defe eshitmishem dindarlardan. Hele biriniz de blogda comment olaraq yazmisiniz.

Allah sozune gelince, bu ele Islamdan da evvel var idi, peygember de goturub oz Tanrisi eleyib. Al-Ilah Islamdan evvel ay tanrisina deyilirdi, en guclu tanri menasinda. Peygemberin atasinin adi da AbdULLAH olub.

10 11 2009
Babək

sen ele bilirsen ki, senin ol demeyinle Allahin ol demeyi birdir?! Sen Allahin hansi guc ve qudret sahibi oldugunu bilmirsen. Hech yeqin tesevvur elemirsen. Allahin ne oldugunu evvelce derk elemek lazimdir. Bu, mollanin danishdigi xurafat deyil.
Allah goyde oturan ag saqqalli qoca kishi deyil. Qudret ve izzet sahibi olan Allah bele sheylerden uzaqdir ve ucadir

11 11 2009
Mehdi (cc)

Babek, siz allahi derk etmisiniz? biraz gulmeli gelir e, allahi derk etmek.

5 12 2009
Orxan

“Peygemberin atasinin adi da AbdULLAH olub.”

Bunu da saqqiz elediz uje. Essi, Hz Muhammed ozunun yeni bir shey getirdiyini demirdi. O sadece evvelki Peygemberlerin tevhid dinin tezeleyirdi. “Allah” adini men getirmishem” demirdiki. Gulunc arqumentler getirme sen cani.

5 12 2009
Ateist adam

Tevhid dini hansi din idi ki o tezeleyirdi? Butperestlerin Tanrisini goturub oz tanrisi eleyib, onlarin muqeddes yerini de, dashini da hemcinin. Bute tapanlarin dini ne vaxtdan tevhid dini olub?

6 12 2009
Orxan

“Tevhid dini hansi din idi ki o tezeleyirdi? Butperestlerin Tanrisini goturub oz tanrisi eleyib, onlarin muqeddes yerini de, dashini da hemcinin. Bute tapanlarin dini ne vaxtdan tevhid dini olub?”

Tevhid dini – Hz Ademnen Hz Muhammede kimi butun peygemberlerin getirdiyi, Allah qatindan enen yeqane dine deyilen addi.
Ikincisi de ki butperestler (oradaki) her sheyi yaradan ve idare eden bir Allahin oldugunu inkar etmirdiler. Bu quranda da var – –
“Ankebut
(61) Andolsun ki, onlara: “Gökleri ve yeri yaratıp, güneş ve ayı emri altında tutan kimdir?” diye sorsan elbette şüphesiz “Allah” derler. O halde nasıl haktan çevriliyorlar?”
Onlar inanirdilar ki onlarin o butleri (yeni tanrilari) Allah qatinda soz sahibidirler ve onlara shefaet ede bilerler. Bu insanlari MUSHRIK yeni Allaha sherik qoshan eden bashlica sebeb bu idi.
Yoxsa ki onlar “Allah” adin uydurmamishdilar. Kebeni insha eden insanin da Hz Ibrahim oldugunu inkar etmirdiler ki?! Hz Muhammedin babasi Abdulmutallib hansi bute qulluq edirdi ki? Ve yaxud Hz Varaka?

8 04 2010
Allahin qulu

Babek ve bu sayta daxil olan butun imanli yoldaslardan cox xahish edirem bu cur inanmayan ve her yazi ve danisigi kufr olan insanlarla Allah movzusunda mubahise etmeyin. Onsuzda onlara hec bir delil ve subutun xeyri yoxdur. Onlarin agli onlari inanmaq istedikleri seylere inandirib. Allahin QUranda buyurdugu kimi gozler kor olmaz sinelerdeki qelbler kor olar ayesi bosh yere gonderilmeyib. Onlarin deyerli mentiqine gore her sey bosh yere yaradilib. İnsan kainatdaki butun varliqlar, bu nizam-intizam hamisi oz-ozune yaranib, tekamulde inkisaf edib sonda da mehve mehkumdur ve bununla da hersey bitecek. Nece de mentiqlidir! Allah hidayet versin

28 09 2012
Antiateist

Allah qulu,istədim Bunlara(inkar edənlərə)Qurandan ayələr yazım amma baxıram ki dəyməz.Kiminsə mənasız mövzusunu burada müzakirə edərək müqəddəs sözləri işlətməyə dəyməz .İndi bəziləri deyirki Səninçün mənasız ol bilər,onlara demək istəyirəmki əgər nədəsə məna axtırısansa ONDA HƏYATDA MƏNA AXTAR,niyə varsan,nə etməlisən,nə edirsən? ( cavab yazın!)
Allah hidayet versin

23 08 2013
Samir

“Allah olmasa mən heç nə itirməyəcəyəm” deyib itkinin əhəmiyyətsiz olduğunu ancaq riyakar mömin iddia edə bilər, belə çıxır ki, bunu deyən adam hesab edir ki, din yolunda böyük fədakarlıq edənlər (məsələn canını verənlər) axmaqdırlar. Bu arqumentlə dini müdafiə etmək olar?

5 01 2014
mümtaz

Gerçək inam şübhə toxumu olan bu arqumenti puç edərdi. Əgər puç etmirsə,deməli inam özü şübhəlidir!

5 04 2014
Mujgan

Ele bu arqumenti iwledenin agli oracandi da. Esl muselman Allahin varligini hecbi wekki wubhe olmadan qelben inanarag qebul edir. O, heqiqetende var siz zenne qapilanlardansiz sadece. Sizinde eslinde icivizde qelbivizde bi hiss bi qorxu var ama o niyeler ammalar ki var sizi cox uzaqlara aparacag. Deyirsiz tekamul ile yaranib herhew tesadufen yeeni. Onu bilin ki tesadufle yaranan biwey uzun omru ola bilmez tesadufle olan esasde yaranan biwey gec tez,tesaduf neticesinde mehv olur. Siz,oqede gozlerviz ola ola korsuz ki bu qeder nizam intizamli tebieti herweyin oz axarinda gedmesini gormursuz? Wuurlu insan bilirki tesadufle yaranan wey mehve mehkumdu. Yeqin butun tesadufler uje dolubki daha yeni nese yaranmir. Hemde sizin esir olduguvuz bu nezeriyye saxtakarliglarla doludu sadece oz fikrlerin subut etmeycun heryola el atirlar. Ateist olmag tek islamda yox butun dinlerde oznu biruze verer sizde ise hedef ancag islamdi ancag Qurani kerimi tenqid hedefi secibsiz. Oqede duwuncesiz ki gormursuz ki bu sadece kiminse islami alcaltmagcun sizi oyuncaga cevurdiyi bi oyundu… Idealarivizda hemcinin cox guluncdu oxudugca bu qede mukemmel texeyyuluvuze heyran qaliram))

11 05 2016
ateist

nizam intizam deyeneki siz neyi nezerde tutrsuz,bu vulkanlari.zelzeleleri bu dashqinlari?ne qeder insanlar acindan ölür.ne qeder insanlar su dashqinlardan ölür.ne qeder insanlar vulkan ve zelzele neticesinde ölür.ne qeder insanlar var elil dunyaya gelir,ne qeder insanlar var bir cox mikroblardan xestelikler tapir ölür.ve bunlarin hamisi allah yaradib ve o her sheyi görür.sadece olaraq baxmaqla kifayetlenir.yeni ki hec neyin ,hec kimin qarshisini almir.
sebeb nedi,?

25 07 2014
ferid

Ateislere bir sualim var siz mene allahdan basqa ele bir sey deyinki adi olsun ancaq heyatda olmasin ele bir varliq olmasin ancaq adi olsun

1 09 2014
Ateist adam

Superman, tepegoz, div, cirtdan, Zevs, Shiva, Odin, Thor ve s….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




%d bloqqer bunu bəyənir: