Quran: Miras paylanmasında riyazi səhv

6 10 2009

Nədənsə bir çox müsəlmanın bundan xəbəri olmur. Amma həqiqətən də çox ciddi bir səhvdir, digər Quran kritikasından fərqlənən cəhəti odur ki səhv global bir dil olan riyaziyyat səhvidir. Ona görə də buna qarşı heç bir standart qorunma mexanizmləri (gələn yazılarda bəhs eləyəcəyəm) işləmir. Keçək məsələyə;

Nisa 11, və 12`də mirasın necə paylanacağından bəhs edilir. Gəlin ayələrə baxaq*.

ən-Nisa 11

Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

ən-Nisa 12

(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!

*Ayələr quran.az saytından götürülmüşdür. Məmmədəliyev-Bünyadov tərcüməsi.

İkidən çox qızı varsa, mirasın 2/3-ü onlarındır.

Övladı varsa ata və anasına (hər birinə) mirasın 1/6-sı düşür.

Övladı varsa arvadına mirasın 1/8-i düşür.

İndi gəlin bu payları toplayaq:

2/3 + 1/6 + 1/6 + 1/8 = 9/8 = 1.125

Nəticədə 0.125 hissə mirasdan artıq çıxdı.

Bir nümunə ilə daha yaxşı aydın olacaq. Deyək ki Həsən dayının 24 manat malı mülkü var. 24 rəqəmini ona görə seçdim ki bölmə əməliyyatı rahat olsun. Həsən dayı ölür və onun mirasını 3 qızı, atası, anası və arvadı öz aralarında Quranda verilən prinsipə görə paylaşırlar.

Qızlara çatacaq hissə: 24 * 2/3 = 16 manat

Ata və anaya çatacaq hissə: 24 * 1/6 + 24 * 1/6, 4 manat ataya, 4 manat anaya, cəmi 8 manat

Arvadına çatacaq hissə: 24 * 1/8 = 3 manat

Gəlin onlara düşən pulları toplayaq: 16 + 4 + 4 + 3 = 27 manat.

Miras çatışmır. Həsən dayı 24 manat miras qoyub, amma paylanan miras 27 manatdı.

Sual: 14 əsrdir müsəlmanlar bunu görməyib bəyəm?

Müsəlmanlar bunun işə yaramadığını görüb. Ona görə də bu səhvə riyazi düzəliş eləyiblər. Bunun adı Əvliyyə metodudur. Buna əsasən hesablamada artıq qalan 0.125 hissə, hər mirasçıdan təyin olunan paylar nisbətində çıxarılır. Yəni əvvəli misala qayıtsaq, qızlar 16 manat yerinə 16 * 8/9 = 14.2 manat, ana və ata 8 manat yerinə 8 * 8/9 = 7.1 manat, arvadı isə 3 manat yerinə 3 * 8/9 = 2.6 manat alır.

Bu sadəcə bərabərliyin hər iki tərəfini 8/9-a vurmaq deməkdir. Yəni əgər miras tənliyimiz 11/7 çıxsaydı bunu da düzəltmək olardı, sadəcə 7/11-ə vurmaq kifayət edəcək, nəticə 1 olacaq.

Bir söznən Qurandakı bu kobud riyazi səhv sonradan müsəlmanlar tərəfindən `insan` metodları ilə düzəldilmişdi. Allahın belə bir orta məktəb səhvini görə bilməməsi təəccüblüdür.


Hərəkətlər

Information

42 responses

6 10 2009
nicat

Salam,
Yazilarini izliyirem.Sene ugurlar.

6 10 2009
Ateist adam

Sağ ol. Çalışacağam həmişə yeniləyim.

14 11 2009
Babək

Sen bashin chixdigi sahe ile meshgul olsan senden daha chox fayda olar yeqin ki.
Men miras meselesinde ekspert deyilem. Amma qisaca oxuduglarimdan ashagidakilari yaza bilerem.
Islam fiqhi chox murekkeb ve derin sahedir. Miras meselesi ise fiqhde en murekkeb meselelerdendir. Senin yuxarida yazdigin yumshaq desek dogru deyil.
1cisi. Sen ayenin bashinda verileni yaddan chixarirsan. Orda deyilir axi kishi qadinin aldigindan iki defe chox almalidir. Senin verdiyin halda ise onun oglu ve ya oglunun oglu yoxdur.Atasi ise yegane kishi miraschisidir.
2cisi. Ele bir hal ola biler ki, kishinin miraschilari hedden artiq chox ola biler. 4-5 oglan. Besh alti qiz. Ata ana. 2-3 arvadi. Bele halda, senin dediyinden bele chixir ki, onun mali paylanandan choxdur? Bu absurddur. Bele hallar uchun sherietde ardicillig ve proporsionallig prinsipi goturulur. Bundan sonra ise miras buna uygun olaraq bolunur.
Senin islam fiqhinden bashin chixmir. Ona gore de bir shey yazanda fikirlesh sonra yaz.

14 11 2009
Ateist adam

Islam fiqhini shishirdib goyursan dagin bashina. Onda demeli men maraqlanmamaliyam fiqhnen? Menasiz arqumentler getirirsen.
1. Men dediyim hal konkret haldir, Quranda da sirf bu hal ucun ayeler var. Harasini basha dushmemisen sen? Kishinin oglu yoxdu, qizlari var, arvadi var, ve ata anasi var. Kishi de olur, mirasi qalir.
2. Ele hali da hesabla gor ne cixir. Ele hali yoxlamamisham men.
3. Bu sehvi Ali de qebul eleyib, butun islam alimleri de qebul eleyib. Buna da bir cozum getiribler. Avl usulu da buna delildir. Sen durub ozunden Amerika keshf eleme…
Yazdigim riyazi sehvin harasinda sehv var, harasinda problem var onu goster. Yoxsa orta mekteb usaglari kimi “bashin cixmir”, “sen bilmirsen” demeknen neyese nail olmursan. Men bildiyimi yazmisham. Sirf dediyim hala, Quranda yazilan ayelere, Avl usuluna nese etirazin varsa dene.

25 12 2014
Samir

Ateist adam.sade bir riyazi hesablama aparirsan onu da sehf yazmisan.Men eziyet cekib onu yazmiyacam burda.ele hazir linki qoyuram baxarsan nece hesablanir.imennoy daniwdigimiz bu ayenin duzgun hesablama usuludu.orda biri dunyasini deyiwir.ona gorede mirasda nisbet sabit qalmir nisbidi. https://www.youtube.com/watch?v=CMoZ2EyUREw

26 12 2014
Ateist adam

Sen eziyyet cekib yazmayacaqsansa men niye oturub vaxtimi bosh bosh videoya xerclemeliyem? Nisbi sohbetini bilirem, ele postda da yazmisham.

14 11 2009
Babək

Ay kishi agliva geleni yazma.
Sen yazirsan atasi var. O ise kishi varisdir ele deyil? Buna uygun olaraq Ata qizlardan iki defe chox almalidir. Elemi? Buna uygun olaraq senin verdiyin bolme dogru deyil.
Hansi alim bunu etiraf edib. Yaz goster zehmet olmasa. Kim ve harda. Burda ali ayda bunu qabul eledi yazmaqnan bu heqiqet olmur.
sehvi ise sene gosterdim. Postu yaxshi oxu.
Yene yaziram:
Varislerin hedden chox olmasi mumkundur. Bu halda ise mirasin paylara uygun olaraq chatmamsi mumkundur. Bunu basha dushmek uchun eynshteyn olmaq lazim deyil. Menim yuxarida verdiyim situasiyaya uygun olaraq hamiya mirasi payina uygun olaraq bolunur.Eger varisler deyilen kimi hedden choxdursa onda her kesin payindan proporsional olaraq azalir. Bu adi heyati situasiyadir. Sen guya amerika keshf eledin. Hech bir riyasi sehv de yoxdur burda. ozunu axmaq yerine qoyma

14 11 2009
Ateist adam

Sende deyesen heqiqeten oxudugunu anlama problemi var;
“Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir.”
Bu cumlenin harasini basha dushmursen? Deyir ki eger bir neferin ovladi varsa, atasina 1/6 hissesi, anasina da 1/6 hissesi catir. Yeni mirasi 600 dollardisa, atasina 600 x 1/6 = 100 dollar catir. Catdi indi sene? Lap sen dediyin kimi de gotursen, yeni ata gizlarin 2 qatini alsa da, tenlik 2den boyuk netice verir. Lap batirdin yeni…Hec bir hesablama elemeden ele sirf etiraz olsun deye aglina geleni yazirsan, bayaq ovlad deyirdin, indi ata deyirsen, birazdan da arvad deyersen yeqin…

Avliyye metodunu google’da axtar goreceksen. Bashin cixmir fiqhden danishirsan.

Men dediyim situasiya, yeni 2den cox qizi var, 1 arvadi, atasi anasi var, bu hal aciq aydin Quranda yazilib ki nece olmalidir. O yolnan gedende de sehv cixir. Ozunden basga yollar uydurma, hazir Avliyye yolu var, nece ildi islam dunyasi istifade eleyir, sen de bunu istifade ele. Men konkret numuneden danishiram, ki eger bele adam varsa Qurana gore paylashma sehv olur. Sen ise nagil danishirsan.

21 12 2012
Qerib

Babek, qaqa, sen adini yecili deyishib Mehdiden zaddan bir shey qoy

14 11 2009
Babək

Bunu basha dushmeyin bashqa yolu da onun tersidir. eger birinin bir neche yere borcu varsa onda onun malindan kime chox borcu varsa ondan bashlayaraq azalan istiqametde borc sahiblerine borc qaytarilir. Eger mali chatmirsa onda faiz nisbetine gore kime chox borcu varsa ona chox verilir, kime borcu azdirsa ona uygun olaraq az verilir. Bu qeder sade

14 11 2009
Ateist adam

Noldu indi qebul eledin eksik cixdigini? Sen dediyin yolu borcnan zadnan mene basha salmaga ehtiyac yoxdu. Men onsuz da postda yazmisham onu;
“Buna əsasən hesablamada artıq qalan 0.125 hissə, hər mirasçıdan təyin olunan paylar nisbətində çıxarılır.”
Bu da ancag sehvi duzeltmekden bashga bir shey deyil. Sen gosterdiyin numune ise tamam bashga sheydir. Bir neferin 100 manat borcu varsa, ve elindeki pul 90 manatdirsa, her bir adama o borcu paylayacag ta ki gutarana geder. Amma eger men deyiremse ki senin elindeki pulunun 1/3’u Ehmede catmalidir, bu o demekdir ki 90/3 yeni 30 manat Ehmedin olacag. Sohbet bir miqdarin hisselerinin paylanmasidir, ve bu miqdari tam paylayirsansa hisselerin cemi 1 elemelidir.
Ele bil ki senin borcun var, men deyirem borcun 1/2 hissesini Eliye, 1/2 hissesini Mamede, 1/3 hissesini de Ehmede verersen. Ver gorum indi nece verecen, yarsi eliye getdi, qaldi yarsi, onu da mamede verdin, bes ehmede neyi verecen? Men sehv bolusdurmusem borcu. Ona gore de ehmede hec ne catmir. Qurandaki da budur.

18 11 2009
Hikmat

Quranda hec bir riyazi sehv yoxdu riyazi sehv onu basha dushmeyenlerin beyninde var:

http://antiatheism.wordpress.com/2009/11/11/islamda-miras-hukuku-ve-avliyye-ve-reddiyye-2/

18 11 2009
Ateist adam

Evvel 2-3 behane getirdin, onlari curuduyu deye de bu linki vermisen. Bilmirem burdakilari ozun yazmisan yoxsa yox, amma yazi qeti birsey demekden basga hersheyi bulandirir.
1. “Sabit”e yaxinlashmag kimi sacma bir qanun hele gormemishem. Bu da teze cixdi?
2. Bunu yazan indi Eli’den yaxshi bilir? Eli ozu Avliyye metodunu isledib, peygemberin dovrunden bu yana avliyya bir de reddiye metodlari islenilib.
3. Yuxaridaki metodlar sadece bu tenlik duz alinsin deye verilib, basga bir aciglamasi yoxdur. Yeni tenlik 1.125 yox, 1.45 de olsaydi, 1.34 de olsaydi, 1.8 de olsaydi hemen metodnan o sehvi goturmek olar aradan.
4. Mutleq oran ne demekdir? Orda deyir ki mirasin bu geder hissesi, gutardi getdi, yeni senin alman var, deyende ki yarisini ver, sen 1/2 hissesini verirsen. Ora bura dartmagin xeyri yoxdur. Acig aydin yazilib surelerde, 2 dene soz tapib yazib ora, hec o ayenin tam olaraq harasinda nece kecir gostermeyib. “Mutleq” oran sohbeti olsaydi peygemberin zamanindan bunu eleyerdiler, yoxsa niye tenliyin sehv oldugunu gorub Avliyye deyilen metodnan duzelish getiribler?
5. O nece Allahdir ki bir dene hisse verir, amma deyir ki ona mumkun geder yaxinlashin. Sen ona tam yaxinlashanda da tenlik duz getirmir. Bu ne mentiqsizlikdir? Qanun qoyursan ki 2/3unu ver, amma deyirsen ki bu tam deyil aaa, ne geder bacarirsiz o geder yaxinlashin :))) Tenliyi duz getirecek oranlar tapmag o geder de cetin deyil. Min oyundan cixmag da lazim deyil…

20 11 2009
Hikmat

Senin blogun guya lap bele hamisi oz materiallarindi da. Ay “filosof” brirncisi senin Qurani kerim haqqinda fikir ireli surmek ucun savadin yoxdu. Nisa 13-14-de deyilir ki, bu Allahin serhedleridir.

18 11 2009
Mehdi (cc)

hahaha, Hikmet, verdiyiniz bloq hamisi ordan-burdan copy paste-dir, yazanin oz agli yoxdu ki, ozunden yazsin?

21 11 2009
Hikmat

Sen guya her sheyi oz aglindan yazirsan. Hech bir alimin fikrine muraciet etmirsen meselen dawkins emine?

21 11 2009
Hikmat

Muselman oz dinini mudafie etmekle ne meqsed gudur?
– Tutaq ki, butun dunya islam dinini qebul etdi. Quran yene oz hokmunu saxlayacaq. Zina yene haram olacaq, icki yene haram olacaq. İnsanlar boş-boş faydasız işlərlə məşğul olmaq əvəzinə elm öyrənəcək, kitab oxuyacaq, dünya inkişaf edəcək.

Ateistler Allahı inkar etmekle ne meqsed gudur?
– Tutaq ki, bütün dünya ateist oldu ƏUZUBİLLƏH…İçki halal, zina halal, oğurluq halal. İnsanlar elmi inkişafını özlərinə zərər törədəcək tərəfə yönəldəcək necə ki, hal-hazırda bunu müşahidə edirik.

özünüz fərqi gördüz

21 11 2009
LOVEisBLESSED

sen duz demirsen axi.meselen indi baxanda islam olkelerine en dalda galmiw olkelerdi.islam demirki elm oyren islam deyir ki butun gunu namaz gil oruc tut.dinnen meskul ol.islam olmuyannari oldur.arvattarin bawini bagla.hec ne eliye bilmesinner.balaca gizdarnan evlen.ve s.ama ateistlerin dediyi olsa.hec de ogurlug halal olmaz.siz dunyadaki hugug sistemlerine zerre geder hormet gostermirsiz.oz iradeviz yoxdu.demeli sizin ucun allah din olmasa dunyani bawtan ayaga mehv eliyersiz.menim bu deyge dinim yoxtu ama ogurlug eliyib milletin gizina tecavuz elemirem.dunyada hugug deye birwey var.sen hec narahat olma din olmasa da olar…

23 11 2009
Hikmat

Sen yene beynive geleni danishirsan da. Sen Islam olkeleri deyende Azerbaycani ve ya Irani nezerde tutursan yeqin. Bele gotursek indi Peygemberimizin(sav) dovrundeki kimi tam islam shertleri ile idare olunan olke yoxdur. Avropa ve Amerika kimi inkishaf etmek bize lazim deyil. Islam olkesine dini ve elmi inkishaf lazim. Senin islamdan qandigin odu da. Harda oxumusan ki, islam elm oyrenmeyi qadagan edir? Alimin murekkebi shehidin qani ile bir tutulur. Harda yazilib ki, muselman olmuyani oldur muharibe istisnadir. Hec kim mecburen qadinlarin bashini baglatdirmir. Baglayan oz isteyi ile baglayir. Bizim qadinlarimiz avropa qadinlari kimi tryapka deyil ayagaltinda olsun. Dunyada huquq deyilen bir shey varsa bes niye dunya bu gundedir? Her gun cinayet, tecavuz, ogurluq. Cinayeti toreden deyir men tutulmayacam.E sl muselman ise sheytan onu yoldan cixarmaq isteyende Allahi fikirleshir ve bu emeline gore hesaba cekileceyini fikirleshir. Insanlar xasiyetce ferqlidir kimi dunyani vurub dagitmaq isteyir, kimi mehriban yashamaq isteyir amma birinci qism insanlar tebii ki, coxluq teshkil edir. Eger din olmasaydi bu gun butun insanlar turmede olardi.

21 12 2012
Qerib

Bu muselmanlar ki tupoy tupoy sheyler danishir, adam esebileshir. Balam, araq, zina, ogurluq quranda yazilmasaydi bunlari eleyesiydin? Bes cemiyyetin qanunlari, exlaq qanunlari deye bir shey yoxdu? Indi sizinsozunuzlemeselen Yaponiyada hami bir birinin cibine girir? Kim ne istese eleyir? Hami kuchede serxosh gezir? Dovletin, cemiyyetin qanunlari yeter ki, qayda qanun yaratsin, harda geldi Qurani, islami ortaya soxushdurursunuz

22 11 2009
Mehdi (cc)

Hikmet, sherh, meqale ve diger yazilari yazarken kiminse fikirlerinden faydalanmaq ayri sheydi, bloq achib butun informasiyani ordan-burdan copy-paste etmek ayri. Onsuz da menim “hahaha, Hikmet, verdiyiniz bloq hamisi ordan-burdan copy paste-dir, yazanin oz agli yoxdu ki, ozunden yazsin?” sherhini yazmaqda meqsedim sizi hirslendirib bloqun size aid oldugunu oyrenmek idi, hansina ki nail oldum🙂 Achin dini xeritelere bir baxin, Islamin serhedleri her yerde qan ichindedir, eger siz ateizmi ichki, zina ve ogurluqdan ibaret olaraq gorursunuzse, hech mubahise aparmagina deymez. Biraz oxuyub oyrenmek lazimdi.

23 11 2009
Hikmat

Menim indi vaxtim yoxdu sizincun oturum material hazirlayim. InshAllah birazdan ishlerim azalacaq onda sene etrafli melumat verecem. Sizin meqaleleriniz de copy-edit-pastedir de guya ozunden yazmisan hamisini. menim edit etmeye vaxtim yoxdu.Menim blogum inshAllah yaxin zamanda qaydaya salinacaq narahat olma. Bir de ki, basha dushurem e sizi Islam serf elemir axi size. Ichki yox, zina yox. Deyirsen islam olkleri inkishaf elemir. Tutaq ki, avropa inkishaf etdi ayda goydelen tikdi, mc donalds acdi, sonra getdi marsa. yupitere, sonra ne … meqsed nedi ye ic … sonra da öl.Amma inkishaf ele. Axiri ki, yoxdu. Belke big bangi kim planlıyıb onu tapacaqsız? Belke tekamul edib 3 qulaginiz 5 gözünüz olacaq? Menasız heyat. Ye iç inkişaf ele))))))))))) Amma biz Əlhəmdülilləh bilirik hardan gəlmişik və hara gedirik.

23 11 2009
LOVEisBLESSED

bax buna deyerem bawka meseler.bax bele pawa pawa gebul eleki biz elim duwmeni,inkiwaf duwmeni muselman yobazlarig.biz de size baxib ozumuznen fexr eliyekde.bunu deyeceyin yerde nece aydi niye firradirsan axi ay hikmet gardawim)) yazigim geldi.. .

24 11 2009
Hikmat

Ele bilirsen sozlerivin axirina smaylik yazmaqla eseblerivi gizlede bileceksen? Menim sen ve senin kimilere yazigim gelir ki, siz bu dunyaya ancaq yeyib icib kef elemeye geldiyinizi zenn edirsiz. Deyirsen elm texnika inkishaf elemelidi amma sorushanda niye? cavab??? Tutaq ki, Azerbaycan oldu dunyanin en guclu dovleti sonra ne ne deyishecek bunnan? Bir sozle ne ucun yashadiginizi bele bilmirsiz.

23 11 2009
Mehdi (cc)

Hikmet, bu qdr mubahise apardiq, bu qdr melumat yazdiq ama axirda bele hirslenib, ona-buna hucum edeceyinizi bilirdim yene de. Men ichirem, seksle de meshgul oluram ve bunu gizlin pornoya baxib masturbasiya eden dindarlardan, diger dunyada chay axan sherablar, tomurcuq doshlu qizlar gozleyen axmaq mollalardan ustun tuturam. Ozu de harda olur olsun tehqire kechmek, yalniz hemin shexsin seviyyesizliyine delalet edir, sakitce danishiriq da, niye coshursunuz?

24 11 2009
Hikmat

Coshan senin terefdarlarindi. Hele bir mail de yazmishdilar mene(Love is Blessed) adli user. Guya nese tesirli sozler yazmishdi sevinirdi e oz-ozune. He bir de size layiq qesheng soyushler yazmishdi. Sen ne bilirsen esl dindar nece olur? Senin dindar anlayishin yaslardaki Qurani duzgun oxuya bilmeyen mollalardan ibaretdir. Men deyende ki, sizin exlaqiniz buna catir etiraz edirdin gordun ozun etiraf eledin ki, ateistler ucun heyatin menasi icmek, zina etmekdir, bir sozle eylence. Ne vaxta kimi eyleneceksiz. Eceliniz chatana kimi. Belke alimleriniz olumun caresini tapacaq? Onda onlari telesdirin siz olene kimi catdirsinlar. Belke yene big bang olacaq?

“Ozu de harda olur olsun tehqire kechmek, yalniz hemin shexsin seviyyesizliyine delalet edir” bunu da avropali trans qerdeshlerin deyib?
Men harda olursa-olsun kecmirem axi.

24 11 2009
Mehdi (cc)

Hikmet, xahish edirem sherh yazmamishdan evvel kime yazdiginizi deyin, biz de bilek. Ikincisi, men demedim heyatin menasi bunlardadir, onu hardan chixartdiniz? Menim terefdarim zadim yoxdu, hami ozu uchun mesuliyyet dashiyir. Arada tehqir de edirsiniz, ozu de shexsi, yuxarida numuneleri var. Menim size yalan borcum yoxdur ki, men faktlara esaslanib yaziram her sheyi, deyirem din de uydurmadir, peygember de, allah da. Buna konturarqumentiniz varsa yazin, yoxdursa dininizi yashayin, hech kim buna qarishmir.

4 01 2010
Fikret

Meslehetim ondan ibaretdir ki qurandan menasiz sehfler axtarmaqdansa onun derin hikmetini gorub heyatda ozune duzgun movqe secesen.. Senin kimilerin onu derk etmesi cetin meseledir cunki sizi ne bilirisiniz ki besiret gozu nedir?!

13 11 2011
Samir

Quranda sehv axtarmaq suda quru axtarmaga benziyir ueni suyun icinde quru hecne olmadigi ucun Quranda menasiz ,hikmetsiz,dusturu duz olmayan hecne yoxdur yalniz sehv axtaranlarin bashiycun deyil diyene onlara bele meseleler qaranliq qalir diyene ozduklerinde guya ki, sehv tutublar neuzubillah!

18 11 2012
Shakir Rza

Əvvəla salam. Bu mövzu bir çox forumlarda müzakirə olunub. Amma bu kəsrləri nə inkar edənlər, nə də təsdiq edənlər məntiqli arqumentli fikir yazmayıblar. Hər iki tərəf hər vəchlə kəsrləri cəmdə vahidə bərabər çıxarmağa çalışır. Hər bir məsələnin həllini onun şərtləri müəyyən edir. Quranda deyilmir ki, miras tam olaraq ailə üzvlərinə verilir və belə bir şərt də yoxdur ki, varis tək olsa o bütün mirasa sahib çıxır. Belə bir şərtlər yoxdursa onda cari siyahıda olan varislərin hüquqlarının cəmdə mirası hansı dərəcədə əhatə etdiyini müəyyən etmək zərurəti yaranır. Bunu yoxlamaq üçün cari siyahıda olan varislərin adlarına bağlı kəsrləri toplamaq lazımdır. Qeyd edim ki, hər bir varisin mirasa olan hüququ quranda göstərilən kəsrlə ifadə olunur. Kəsrləri toplayandan sonra cəm vahidlə müqayisə olunur. Bu halda üç hal mövcuddur. Miras hüquqları cəmdə mirası tam əhatə etmir, yəni mirasdan qalıq qalır, miras hüquqları mirası tam əhatə edir, yəni qalıq sıfırdır, üçüncüsü miras hüquqları cəmdə mirası artıqlaması ilə əhatə edir. Üçüncü halda bilavasitə kəsrlərlə bölgünü aparmaq olmur, bu halda bölgü ədalət prinsipi ilə aparılır. Bölgüdə ədalət prinsipini müəyyən edən kəmiyyət cari siyahıda olan varislərin miras paylarının nisbətidir. Bu nisbət onların hər birinin adına bağlı kəsrlərin nisbəti ilə eynigüclüdür. Məlum miras paylarının nisbətinə və konkret miras məbləğinə görə bölgü asanlıqla aparılır. Yuxarıdakı ziddiyyətli nümunə ilə fikrimi açmaq istəyirəm.
2/3 +1/6+1/6+1/8=16/24+4/24+4/24+3/24=27/24=9/8 göründüyü kimi kəsr vahiddən böyükdür. Ədalət prinsipinə müraciət edək və miras paylarının nisbətini müəyyən edək. Miras paylarının nisbəti kəsrlərin nisbəti ilə eynigüclüdür. Yəni
PAY1:PAY2:PAY3:PAY4=[2/3]:[1/6]:[1/6]:[1/8]=[16/24]:[4/24]:[4/24]:[3/24]=16:4:4:3
Sonuncu nisbət varislərin hər birinə düşən pay sayıdır. Yəni 16 pay, 4 pay, 4 pay, 3 pay. Ümumi pay sayını heablayaq 16+4+4+3=27 pay. Deməli bizim 27 payımız və Həsən kişinin 24 manatı var. Bir payın pul ekvivalentini tapaq [24manat]:[27pay]=0,889manat.
İndi də hər varisə düşən pul məbləğini hesablayaq. PAY1=16pay*0,889=14manat 22qəpik, PAY2=PAY3=4pay*0,889=3manat 56 qəpik, PAY4=3pay*0,889=2manat 67 qəpik. Yoxlama 14,22+3,56+3,56+2,67=24,01=24manat 01 qəpik. Qalan 1 qəpik yuvarlaqlaşdırmanın xətasıdır. 1 qəpik ən kiçik bölünməz pul vahididir. Toplananların hər hansı birindən təsadüfi qaydada çıxıla bilər.

18 11 2012
Ateist adam

ele yazimda da senin dediyini yazmisam bir cumle ile, oturub dastan yazmaga ehtiyac yoxdur:
“Bu sadəcə bərabərliyin hər iki tərəfini 8/9-a vurmaq deməkdir”
24/27 = 8/9 :))
Bu sadece olan probleme elave hell yoludur. 27 pay – 24 manat yerine 25 pay 3 manat olsaydi da yene hemin “duzeltme” metodunu istifade ede bilerdik. Yeni bu sadece elave duzelisdir. Sehvin olmadigini gostermir.

19 11 2012
Shakir Rza

Sən elə dediyini deyirsən. Əvvəla riyaziyyat dəqiq elmdir məntiq nöqteyi-nəzərindən. Yəni mütləq deyil, riyaziyyatda şərti bərabərliklər də var. Mənə elə gəlir ki, sən mövzunun mahiyyətini anlamırsan. Sən mənə bölgünün fəlsəfəsini açıqla və ümumiyyətlə bölgülərin xüsusiyyətləri haqqında da yaz. Riyaziyyat universal kommunikasiya vasitəsidir, ona quru “kalkulyator məntiqi” ilə yanaşmaq ən azı naşılıqdır. Rasional tərkiblərin mahiyyətini təhrif etmək elə geniş mənada dindarlara xas xüsusiyyətdir. Mən din deyəndə konkret dinləri nəzərdə tutmuram, onun mahiyyətini nəzərdə tuturam.

24 12 2012
Mumtaz

Bu dunyada yeyib -icib,seksle mesqul olmaqla o dunyada cennetde hemen isleri etmek arasinda bir ferq var: bu neqddir o biri nisye.

20 02 2014
Seide Quliyeva

Ela , davam edin , xosum geldi , bunu sexsen men ozum bir riyaziyyatci olaraq hesablayib hemise demisem .

6 04 2014
Mujgan

Hecbir sehv de yoxdu. Orda herwey nisbi giturulub. Ele olmalidi o Allahin qoydugu sinirlardi. Daha yaxwisin mi teklif ede bilersen??? Pay miras bolunende eger olanin vesiyyeti varsa ona esasen ilur vesiyyet yoxdysa nisbi olarag bu hesabla aparilmalidi. Siz sadece ozvuze serf eden hemde teselli alacaginiz arqumentler getrirsiz. Ama kecersizdi . Orda xirdaliglar coxdu. Onu anlamagcun bele erken cabalamaga deymez.

13 06 2014
Ateist adam

Sen tupoysan deyesen…

4 10 2014
Allah bendesi

Allahi (yaradani) inkar edenler, ogurlug elemeyin, yalan danismagin, adam aldatmagin pis bir emel oldugunu hardan bilirsiz? Huquq? Dovletin qanunu? Neynen esaslandirmag olar ki huquq qanunlari mutleg dogrudur?

7 10 2014
Ateist adam

Hansi emelin pis yaxshi olmasini bilmek ucun hansisa tanriya veya kitaba ehtiyac yoxdu. Islamdan evvel de ogurluqa pis baxirdilar indi de. 80-90 faizi ateist olan Skandinav olkelerinde onda gerek ogurluq bash alib getsin.
Bele cixir ki Quranda ogurluq, adam aldatmag pis emel kimi yazilmasaydi sen gedib ogurluq eleyecek idin?

7 10 2014
Allah bendesi

Coxsagol vaxt serf edib fikrini yazdigin uchun. Evvela onu deyim ki, men Islami teqdir edirem deye, Isa peygemberi inkar elemirem. Allahin kelamlari olmasa, mutleq heqiqetin ne oldugunu hec kim bilmez. Sen niye gore ogurlugu pis emel kimi bilirsen? Ozun bu neticeye gelmisen? Burda duzunu yazmiya bilersen, ama ozluyunde dogru olani dusun. Esl koku hardan gelir sence bu tip deyerlerin?
O ki qaldi dediyin olkelere, duzdu, dunyada ideal cemiyet adlandirmag olar skandinaviya olkelerindeki cemiyeti. Insanlarin ekseriyeti saglam dushunceye malikdi. Bu olkelerde esl muselmanlar uchun yashamag boyuk nemetdir. Chunki burda mecbur olmursan hech kimin haqqina giresen ve kimse de senin haqqina girmir. Bezi sheyleri cixsag, bu olkeler sirf Islam deyerleriynen yashiyir. Bir shey ki bezi “muselman” olkelerinde idarelerde neinki ibadet otagi yoxdu, ibadet elemeye qadaga qoyullar umumiyetle, ama ister Skandinav olkeleri (Norvec 100% eminem) ister qerbi avropa olkelerinde (Nederland 100% eminem) idarelerde ayrica xususi ibadet otaglari var. Dunyanin en boyuk, hegemon shirketleri de daxil olmagla… Ama bir muddet evvelki dovrlere baxsag, gorerik ki Fransada meselen, cemiyet hansi veziyetde olub. Tarix biliyim cox mehduddur, ama mence erken orta ve orta esrlerde avropada insanlarin menevi deyerleri o qeder yuksek olmamasi ele de gizlin bir shey deyil. Ogurlug da olub, qadinlari da yandiriblar, feodallar kendlilere zulm eliyib ve s.
Ureyim doludy, cox yaziram, uzrlu hesab eliyin:)

Qanunauygunluglarla bagli suallarima da fikrinizi bilmek maragli olardi mene. Coxsagolun.

7 10 2014
Ateist adam

Islamdan evvel deyende tek Xristianliq nezerde tutulmur, Roma huququna, yunan felsefesine baxa bilersen, orda bu deyerler, huquqlar muzakire olunur.
Qedim misirde, Faraonlar zamani da qayda qanunlar, ogurluga gore cezalar var idi, ki hec bunlarin senin dediyin semavi dinlerle elaqesi yoxdur.
Adice en primitiv afrika qebilelerinde bele problem yaradanlari (ogurluq, tecavuz ve s.) qebileden qovurlar, ki onlarda en qabaga getmis halda samanizm, politeizm yaygindir. Onlarda hec tek tanri anlayisi yoxdur.

Lap derine gedek, heyvanlarda da bele qaydalar olur, xususen qebile seklinde yasayan heyvanlarda.

Bunlarin koku insanin sosyal varliq olmasindan ireli gelir, cunku bir insan bir qebilede yasayirsa daha guvenli, uzun omurlu olur. Iller kecdikce de bu sistemi qoruyan qaydalar formalasir. Amma bu qaydalar tebii ki ferqlilik gosterir, Islam sherietine gore ogurluq el kesmek ile cezalandirilir, basga qaydalara gore hebs, maddi ceza, qebileden cixarilma ve s.

Men ogurlugu pis emel kimi neye gore bilirem, cunku men ozume edilmesini istemediyim emeli elemerem. Yeni biri menden bir sey ogurlasa yaxsi olar mene? Yox. Men de basgasina hemin seyi elemerem. Yeni men mentiqimle bilirem ki bu emel pisdir, bu emeli hami gorse cemiyyet ucun, diger insanlar ucun pisdir. Sen ise o emeli sirf cehennemde yanmamaq ucun elemirsen. Yeni qorxudan.

Sen menim sualima cavab vermedin:
Bele cixir ki Quranda ogurluq, adam aldatmag pis emel kimi yazilmasaydi sen gedib ogurluq eleyecek idin?

Skandinaviya olkelerinin Islami deyerlere uygun yasamasi arqumentine cavab yazmiram, cunku bele bir cefengiyyata xercleyecek vaxtim yoxdur.

7 10 2014
Allah bendesi

Men demedim Islama gore bele yasiyir olar ya da ki Qurandan goturubler. Bilirsen niye orda ogurlug, mashennikliy, xirda alver yayilmiyib? Ishlemiyen adam da ehtiyacda deyil cunki. Hami rahat yasiyir, sabahki gunnen narahat deyil. Yeqin ki ordaki muhitden xeberin var yaxinnan, bilirsen ne dediyimi. Sualiva cavab, yox, cunki huquqi teref geleceydi ortaya eger din olmasaydi Eger huquqi teref de olmasaydi onda he ureyim istiyen sheyi eliyeceydim. Eyni shey mene olacagdi ve qorunmaga mecbur olacagdim. Gelirsen metlebe, heyvanlari misal getirdun. Guclu sag qalir, guclu zeifin shikarini elinnen alir. Ama sag qalmaq, nesli qorumag instikti ile tam raziyam. Bir yerde olanda qrup halinda sag qalmaq shansi daha coxdu. Ama resurs azalanda artiq here ozu ucun. Yeni eger ferdin ozunu qoruyacag qeder gucu varsa o istediyini elde elmeye calisacag hec bir qanuna cerciveye baxmiyacag. Ele heyvanlari mushahide eliyende gorunur bu. Qebile daxilinde de birge ovlanmis ovu birinci guclu yiyir. O ki qaldi qedim dovrlerde huquqa, onu da adi insanlar yaradib. Bele cixir ki coxlug bir nece neferin yazdigi qanunlarla oturub durmalidi?!

7 10 2014
Allah bendesi

Ama ogurlugun pis emel oldugu barede deyirsen ozun bu neticeye gelmisen, ozunu aldatmagdan basga bir sey deyil…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma




%d bloqqer bunu bəyənir: