Gəlin Quran oxuyaq

6 05 2010

Ərəf

179. Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.

Bir çox insanlar və cinləri cəhənnəm üçün yaradır deməli. Bunun harası imtahan oldu? Onlar heyvandır, çirkabdır kimi ucuz təhqir sözləri işlətmək də heç Allaha yaraşmır.

Zəriyət

49. Biz hər şeydən (erkək və dişi olmaqla) cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.

Artıq elm aləminə məlumdur ki dünyada hər şeydən cüt deyil, erkək və ya dişi olmayanlar var. Hermofroditlər, aseksual törəmə kimi mövzuları araşdıra bilərsiz.

Əhzəb

53. Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin) zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.

Bu kitab bütün insanlığa və bütün dövrlər üçün nəzərdə tutulub. Ortaya çıxdığından bəri 1400 il keçib, hələ yenə də minilliklər keçəcək və Allah heç bir kitab və peyğəmbər göndərməyəcək. Belə bir son “insanlıq” kitabında peyğəmbərin evinə gedilməyəcəyini, arvadlarını almayacağını yazmaq gülməli görsənir. Bu nəsihətlər və “qanunlar” heç kimin işinə yaramır, sırf o vaxt kimsə evinə girib deyə, kimsə arvadını almasın deyə belə bir ayət gətirib. İndiki zamanə ilə nə əlaqəsi? Belə spesifik-şəxsi problemlərə niyə yer verilib?

Nisa

25. Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. (Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. (Kənizlərlə evlənmək) sıxıntıya düşməkdən (və ya zina etməkdən) qorxanlarınız üçündür. Amma səbrli olsanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağışlayandır, Rəhmlidir.

Bu onsuz da Quranda məşhur mövzudu – kölələr və cariyələr. Allahın ağlına gəlməyib ki köləliyi yasaqlasın. Donuz əti, şərabı yasaqlayıb, amma köləliyi yox. Bir digər məsələ də kənizlərdən istədiyiniz kimi istifadə etməyinizdir. Mömin qadın ala bilmirsənsə sahib olduğun kənizi al. Əgər sahibi başqa adamdırsa, ona mehrini, yəni pul vəya mal ödə və kənizi al. Yəni kəniz bir əşyadır, sahibi sənsən, sən deyilsənsə başqasından qiyməti nədirsə ver al. Sonrakı cümlə də maraqlıdır, kəniznən evlənmək zina eləməkdən yaxşıdır. Canın seks istəyir? Zina eləmə, get mehrini-pulunu ver kənizi al, kefini çək.





Allahın geydirmə möcüzələri 5 – Geniş yoxsa dar?

29 10 2009

Bloguma gələn bir qonağın xahişi ilə hamınıza məlum bir mövzüya toxunacağam. Gələk möcüzəmizə;

“Quranda yazılıb ki kainat genişliyir! Hawking və Penrose qələt eləyir, onlardan əvvəl 14 əsr qabaq bizim kitabda yazılmışdı.”

Keçək sürəyə – Zəriyət, 47-ci ayə;

“Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.”

İlk baxışda görünür ki hər şey doğrudur. Bu yerdə standart “Quran möcüzəsi çürüdücü” istifadə eləyə bilərik;

- Ala bəs bunu Hawking və Penrose deməmişdən qabaq harda idiz? Elmə nəsə məlum olur, o dəqiqə müsəlmanlar deyir ki bizim kitabda çoxdan yazılıb. Bu qədər açıq olan sözü müsəlmanlar görməyib? Bir dənə müsəlman astrofizik fikirləşməyib ki burda belə yazılıb bəlkə həqiqətən də kainat genişlənirmiş?

Nəyə görə heç bir müsəlman astrofizik bunu görməyib – çünkü o sürə elə tərcümə olunmayıb heç vaxt. Əsas mənası o deyil. Girin diyanet.gov.tr səhifəsinə, ordan da Kuran mealinə keçin;

47 – Göğü kudretimizle biz kurduk ve şüphesiz bizim (her şeye) gücümüz yeter.
Daha sonra da dipnot verilir;
2 – Âyet “Göğü kudretimizle biz kurduk ve biz onu genişletmekteyiz” şeklinde de tercüme edilebilir. Bu bakış açısı, modern astrofizikte gündemde bulunan, evrenin sürekli genişlemekte olduğu görüşünü desteklemektedir.
Yəni əsas mənası birinci göstəriləndir. Son elmi inkişaflara əsasən də ikinci mənanı da düşünmək olar. Diyanət bunu deyir.

Keçək başqa qaynaqlara;

İmam İskender Ali Mihr: Ve sema; Biz onu büyük bir kudret ile bina ettik. Ve muhakkak ki (onu) genişletici olan elbette Biziz.

Abdulbaki Gölpınarlı: Ve biz, gökleri kurduk kudretle, onlardan daha üstününü, daha büyüğünü kurmaya da gücümüz yeter.

Adem Uğur: Göğü kendi ellerimizle biz kurduk ve biz (onu) elbette genişleticiyiz.

Ali Bulaç: Biz göğü ‘büyük bir kudretle’ bina ettik ve şüphesiz Biz, (onu) genişleticiyiz.

Ali Fikri Yavuz:(Bir de semaya bakın), biz onu kuvvetle bina ettik. Muhakkak ki biz, büyük kudrete sahibiz.

Celal Yıldırım: Göğü de kudretimizle yapıp kurduk. Şüphesiz ki biz, hep genişleticileriz.

Diyanet İşleri (eski): Göğü, gücümüzle Biz kurduk; şüphesiz biz onu genişleticiyiz.

Diyanet Vakfi: Göğü kendi ellerimizle biz kurduk ve biz (onu) elbette genişleticiyiz.

Edip Yüksel: Göğü gücümüzle biz kurduk ve onu biz genişletmekteyiz.

Elmalılı Hamdi Yazır:Bir de Semaya bakın biz onu kuvvetle bina ettik ve şübhe yok ki biz çok vüs’a malikiz.

Elmalılı (sadeleştirilmiş):Bir de göğe bakın! Biz onu kuvvetle bina ettik ve şüphe yok ki Biz onu genişletmeye de malikiz.
Elmalılı (sadeleştirilmiş – 2):Biz göğü kudretimizle bina ettik. Hiç şüphesiz biz, çok genişlik ve kudret sahibiyiz.

Davamına həmən səhifədən baxa bilərsiniz. Nəticə olaraq heç İslam alimlər özləri də bunda həmfikir deyillər. Ən populyar olan Elmalılının da original mealı ilk yazılandır. Orda da vüs’a malikiz yazılıb.
Gələk Elmalılının ayəyə verdiyi açıqlamaya;

47- “Bir de semaya bakın biz onu kuvvetle bina ettik.” “İzmar alâ şaritati’t-tefsir”dir. Yani semanın âmili olan “fiil” gizlenmiş de zamirine taalluk ettirilerek diye tefsir edilmiştir. Eserden, bunu yapan müessirin çıkarılmasını ifade eden, bir üslubda lafız mânânın muhtevasına terkibi ile de uyum sağlamıştır.

…Nitekim “Şüphesiz rızık veren güç ve kuvvet sahibi olan ancak Allah’tır.” (Zâriyât, 51/58) âyeti ile teyid olunacaktır. Ve hiç şüphesiz biz çok genişliğe malikiz. Bunun iki mânâsı vardır: Birisi, kudret genişliğini ifade eder. Kudret ve kuvvetimiz öyle geniştir ki semayı bina ile tükenmedikten başka onu daha çok genişletebilir. Bu mânâ hem, “Artık orada bize ne bir yorgunluk dokunacak ne de orada bize bir usanç gelecektir.” (Fâtır, 35/35), hem de “O’nun kürsüsü gökleri ve yeri içine alır.” (Bakara, 2/255) âyetlerinin mânâlarını andırır. Birisi de zenginliği, nimet ve nimet vermede genişliği ifade eder, biz darlıkları genişletiriz. Yalvaran darda kalmışlara icabet eden, sıkıntıları açan, ihtiyaçları gideren, fakirleri zenginleştiren, nimet vereniz, demek olur.

Problemli söz ”musi`un”dur. Bunun haqqında da.

Nə isə, uzun sözün qısası, həmən genişlədirik sözü problemlidir. Həmən söz məsələn başqa yerlərdə Yer üçün də işlədilib, yeri yaymışıq, göyü yaymışıq. Elmə məlum olmamışdan qabaq da heç kim bunu kainatın genişlənməsi kimi qəbul etməyib. Bu aydın olandan sonra hamı o versiyaya keçdi. Bir çoxları isə, Elmalılı da olmaqla, başqa mənaya yozur. Bu “möcüzə” də sadəcə bir söz oyunudur. Müsəlmanlar oturub Qurandan söz seçmək yerinə elmlə məşğul olsalar, Hawking kimi elmə töhvələr versələr insanlığa daha çox xeyir dəyər.

Yəqin Hawking öləndən sonra deyəcəklər ki onun arabasının altında Quran olub, genişlənməni ordan tapıb.

Mövzunun geniş müzakirəsi burda.








Follow

Get every new post delivered to your Inbox.