Körpə uşağın bədənində Qurandan ayələr əmələ gəlir. Bir çox kanallarda bu xəbər yayılır; MÖCÜZƏ!
Original xəbər Vesti proqramınındır. Burdan məqaləyə, videoya və şəkillərə baxmaq olar;
http://www.vesti.ru/doc.html?id=320686

Düzü yazıları mən də görəndə təəccübləndim. Çünkü əvvəlki “möcüzə”lər adətən qarışıq xəttlərin orda burda ərəbcə Allah sözünə oxşaması olurdu. Bu dəfə isə açıq aydın cümlələr var idi.
Ağlıma gələn ilk variant valideynlərinin bunu eləməsidir. Çünkü ən sadə və mümkün olan açıqlama budur (Occam`s razor). Keçək detallı analizə;
- Nəyə görə yenə də müsəlman regionunda belə bir möcüzə baş verir?
- Nəyə görə ərəbcə yazıb-oxumaq bilməyən bir regionda bu dildə yazılar çıxır. Rusca həmən şeyləri ifadə eləmək çətin idi?
- Valideynləri bu hadisədən sonra müsəlman olduqlarını deyirlər. Nəsə inandırıcı deyil. Çünkü müsəlman bir şəhərdə ər arvadın müsəlman olmaması real səslənmir. Müsəlman olmayan ailənin uşağa “Əli” adını qoyması da qeyri adi görünür.
- Allah möcüzə göstərmək üçün nə üçün körpə bir uşağa əziyyət verir? Anasının sözlərinə görə yazılar əmələ gələndə uşaq ağlayır, qızdırması qalxır.
- Yazılarda hərəkələr var, halbuki original Quranda hərəkələr olmayıb, hərəkələr sonradan əlavə edilib.
- Uşaq dəri xəstəliyi (hematoma) ilə doğulub.
- Heçbir alim vəya həkim uşağın dərisini və yazıları tam olaraq araşdırmayıb. Hətta o video reportajdan başqa video çəkilməsinə icazə vermeyiblər, çox material da şəkillərdən ibarətdir. Elmi rəyi də video çarxda “uçastkovı” tibb bacısı verir.
Başqa bir sual: bu hadisə kimə sərf elədi? Əlbəttə ki valideynlərə, çünkü uşağı görməyə yüzlərlə müsəlman axışdı. Hərəsi 5 manatdan nəzir versə bəsdir.
Bu şübhələrdən sonra dedim bir az gözləyim görüm axırı nə olur bu xəbərin. Çox keçmədi elmi bir rəy gəldi. Xəbərə baxaq;
http://news.mail.ru/society/2975381/
«Есть вещества, например перец, соль или какие-то лекарственные препараты, которые, если нанести их на кожу, увеличивают проницаемость и расширяют сосуды»
Она также отметила, что возможно у малыша так называемый «уртикарный дермографизм», который встречается у 5% населения. Дермографизм (Dermographism) — это местная реакция, возникающая при надавливании на кожу. Люди с такой повышенной чувствительностью кожи могут «писать» на ней собственным пальцем или каким-либо тупым предметом, в результате этого, от давления на кожу, на ней остаются полосы. Уртикарный дермографизм проявляется линейными волдырями, возникающими после штрихового механического раздражения кожи.
«У лиц, имеющих патологию желудочно-кишечного тракта, если провести палочкой по коже, то через какое-то время на этом месте появляется рисунок», — сказала Лусс.
Yəni bu yazılar dəriyə olan ximiki və ya mexaniki təsirlər nəticəsindədir. Bu əvvəl də mənim ağlıma gəlmişdi, elə adamlar var ki adicə qolunu bir az sıxan kimi gün ərzində ləkə kimi qalır. Böyük ehtimal həkimin dediyi kimi bu Dermoqrafizm xəstəliyinin nəticəsidir. Yazıların bir vaxtdan sonra itməsi də bunu dəstəkləyir. Yazıları da yazan Allah baba deyil, ata anasıdır.

Gələn möcüzələrədək! Hələlik!
İsti-isti