Deməli bu adamlar neynəyib:
Qurandakı ayə ədədlərinin qrafikini çıxardıblar. Yəni Y`də Qurandakı hər surənin ayə sayı, X`də də surənin adı. Quran sağdan sola oxunduğu üçün də qrafikdə Y`in yerini sağ tərəfə dəyişiblər. Axırda da guya ərəbcə Allah sözü çıxır. Bu da Quranın bir möcüzəsi. Bu da həmən şəkil və məqalə. Bilmirəm hansı jurnaldandır qaynağı.

Birinci normal ərəbcə Allah sözü necədir ona baxaq; çox da oxşamır açıqcası.

Mən sonra tənbəllik eləməyib ayə sayılarının siyahısını da tapdım və Excel`də qrafik düzəltdim;

Original şəkildə qrafikdəki nöqtələri hansı məntiqə görə birləşdiriblər baş açmaq mümkün deyil. Mənim bloguma ziyarət statistikasının qrafiki də bayaq qoyduqlarım kimidir. Yəqin Allah baba mənə nəsə işarə göndərir. Birjalarda da istənilən qədər belə qrafiklər tapmaq olar.
Yəqin başdan belə düşünüblər; nəynən oynayaq ki nəsə möcüzəyə oxşar bir şey çıxsın? Gəl ayət sayısının qrafikini düzəldək bəlkə bir şeyə oxşadı. Hmm, nəsə alınmadı, gəl sağdan sola sıralayaq surələri, axı ərəb dilində sağdan soladır. Hmm, nəyəsə oxşayır, ilana zada…Gəl nöqtələri ağlımıza gələn kimi, iman gözümüzlə birləşdirək; voila! Allah sözü çıxdı!!!
Sonra da bəzi müsəlmanlar deyəcək ki yox bunları anti-islamçılar eləyib, sırf müsəlmanların etibarını zəiflətmək üçün
Bu da geydirmədir təbii ki, amma o birilər qədər güclü deyil, geydirmənin geydirməsi demək olar
İsti-isti