Ateistlərə ən çox verilən suallar (FAQ) 2

1 11 2009

Belə bir sual gəldi:

Kainatın bəşəriyyətin var olmasında məqsəd nədir? Yəni bu qədər şey nə üçün yaradılıb?

Hər şey nə üçün yaradılıb sualı özü səhvdir. Ateistə görə kainat yaradılmayıb. Kainat var. Necə ki göydə bulud var, kainatda da planetlər var. Bunların da heç bir məqsədi yoxdu. Hər şeyin gərək məqsədi olsun? Biz sadəcə düşünə bildiyimiz üçün fikirləşirik ki nəsə məqsəd olmalıdır. Amma hansısa planetdə duran qaya üçün kainatın heç bir mənası yoxdur. Biz olmasaydıq məqsəd də olmayacaqdı. Məqsədi axtaran bizik, kainat üçün, planet üçün heç bir məqsəd yoxdur. Amma sualı genişləndirib “həyat” məsələsinə gətirə bilərik. Hamı elə düşünür ki ateistsənsə deməli həyatın mənası yoxdur, içində böyük qaranlıq bir boşluq var. Elə deyil;

Həyatın mənası elə həyatın özüdür. Həyat əvvəlcədən elədiyin seçim deyil ki. Yəni sənə başda demirlər ki həyat istəyirsən yoxsa başqa şey. Sən də soruşursan ki həyatı seçsəm mənası nə olacaq ki? Bu proses belə olmur. Sən artıq yaşayanda, həyata davam eləyəndə bu sualı verirsən. Həyatın mənasını da yaşayaraq dərk eləyirsən. Kiminə görə sevgi, kiminə görə pul, əyləncə, kiminə görə Allaha yaxın olmaq. Ateist olmaq o demək deyil ki onun üçün həyatın heç bir mənası yoxdur. Ateist üçün həyatın mənası elə yaşamaqdır. O halhazırda əlində olan həyatdan ləzzət alır (almağa çalışır), ən yaxşı şəkildə yaşamağa çalışır. O, o biri dünyada şərab axan çaylar, tumurcuq döşlü bakirələr, sonsuz həyat və cavanlıq gözləmir.

İslama görə həyat-dünyanın mənası bizi test eləməkdir. Yəni biz halhazırda testin içindəyik, bu test də qurtaranda ya cənnətə ya da cəhənnəmə gedəcəyik. Bu teolojik açıqlama kafi deyil. Çünkü daha sonrakı suallar yaranır;

  • Yaxşı bəs bu cənnət-cəhənnəmə göndərməyin mənası nədir?
  • Allahın belə bir sistem dizayn eləməyinin mənası nədir? Onsuz da Allahsan, nə ehtiyacın var fağır insanlar yaradıb onlarla məzələnməyin?
  • Yaxşı, dünya imtahan məkanıdır, bəs bu boyda kainat nə məkanıdır? Dünyadan min işıq ili uzaqlıqdakı galaktikanın, planetin mənası nədir? Guya öz qüdrətini göstərir? Bəs 500-1000 il bundan qabaq milyonlarla insan bu qüdrəti görmədən öldü axı? Deməli 1-2 era əvvəl insanların testləri daha çətin olub?
  • Cinlərin, mələklərin və digər mifik məxluqların mənası nədir?
  • Peyğəmbərlərin mənası nədir? İnsansız bir test metodu fikirləşmək olmazdı?
  • Ən son sual, Allahın mənası nədir? Yəni onun var olmasının mənası nədir?

Nəticə olaraq, teist olmağınız sizə həyatı dərk eləməyə, “niyə” suallarına cavab verməyə kömək eləmir. Sadəcə gözünüzdən pərdə asır. Sadəcə bir sıra sualları unutmağa, onları “şeytanın fısıltısıdı” deyib qulaq ardına vurmağa kömək eləyir.





Ateistlərə ən çox verilən suallar (FAQ) 1

5 10 2009

Bəs sən nəyə inanırsan?

Mən həyatıma, dünyaya inanıram. Heç bir təbiət üstü mükəmməl varlıqa inanmıram.

Nəyə görə Allaha inanmırsan?

Çünkü Allah (Tanrı) fikrinin heç bir dəlili yoxdur. Elmi olaraq isbatlanmayıb. Necə ki Məlikməmmədin öldürdüyü 7 başlı əjdahaya inanmıram. (7 başı olduğundan tam əmin deyiləm)

Axı Quranda yazılıb?

Tanrı olmadığına görə onun kitabı da deməli yoxdur. Deməli Quran və digər kitablar da insanın məhsuludur. Ona görə də Quranın heç bir dəlil xüsusiyyəti yoxdur.

Sənin indi Allahdan qorxun yoxdu deyə ağlına gələni eləyəcəksən, oğurluqdan tut adam öldürməyə qədər?

Mənim çərçivəm qanunlar və cəmiyyətdə yerləşmiş sadə insanlıq prinsipləridir. Mən nəyə görə oğurluq eləmirəm:

Çünkü mənə edilməsini istəmədiyim şeyi başqasına eləmərəm. Çünkü o hadisəni eləsəm məni həbs vəya digər cəzalar gözləyir. Belə hərəkətlər cəmiyyətə təhlükəli olduğu üçün.

Davam eləyəcək.





Ateizm nədir?

5 10 2009

Ateizm adından da göründüyü kimi a-teizm, yəni teist olmayan. Yəni kamil, mükəmməl bir yaradıcı və idarə edicini inkar edən, hər hansı bir tanrı yoxdur deyənə ateist deyilir. Ateist üçün Allah, Yehova, Uzza eynidir, hamsı xəyalın məhsuludur, necə ki Təpəgöz, Superman, 7 başlı əjdaha vəya Çeburaşka.

Ateist tanrıları və dinləri inkar edir.

Deist tək tanrıya inanır, amma bu tanrı əsasən `xüsusi tanrı` olur, heç bir dinin tanrısı olmur. Deist dinləri inkar edir. Amma yaradıcı üstün qüvvəyə inanır.

Aqnostik, ateistlərə daha yaxındır. Amma bir fərqi var ki tanrını nə inkar edir nə də qəbul edir.








Follow

Get every new post delivered to your Inbox.