Yəqin bir çoxlarınız bu videonu facebook`da və ya başqa saytlarda görmüsünüz:
“Her canlı Allah’ı tesbih etmektedir” sözü Prof. Dr. Galin Biserof Asenof’u araştırmaya iter. Kur’an-ı Kerim’i incelediğinde Bakara Suresi 26. ayette geçen sivrisinekleri araştırmaya başlar.Sivrisineğin kanat sesini önce lazerli bir mikrofon yardımı ile kaydeder sonra sesi yavaşlatarak insan kulağının algılama ve konuşma ritmine indirir ve kulaklarına inanamaz…
İnanılmaz sesi dinlemek için bilgisayarınızın sesini açın ve dinleyin.
Keçək bu videonun analizinə:
- Prof.Dr. Galin Biserof Asenof kimdir? Nə əcəb professorun o boyda kəşfinə aid internetdə heç bir məlumat yoxdur? Niyə professora aid heç bir məlumat yoxdur? Sadəcə google`da axtarış verin adını; sadəcə Türkcə İslam saytları çıxır. Belə nəticəyə gəlmək olar ki Galin Biserof uydurma addır, bu adda professor yoxdur.
- Lazerli mikrofon nə işə yarayır?
A laser microphone is a surveillance device that uses a laser beam to detect sound vibrations in a distant object.
- Bu mikrofon bir kəşfiyyat cihazıdır, uzaq məsafədən səsi dinləmək üçün. Əgər ağcaqanadın qanad səsini dinləmək lazım olsa, məntiqli metod onu qapalı bir yerə qoyub normal mikrofon ilə dinləməkdir. Lazerli mikrofona ehtiyac yoxdur.
- Əgər bu doğrudursa deməli hər hansı bir ağcaqanadın qanad səsini yavaşlatsaq biz də bunu eşitməliyik. Normal səsi də qoyardılar biz də yavaşladıb qulaq asardıq.
- Bu səsi sürətləndirəndə də bir şeyə oxşamır (http://www.internettinhoja.com saytından);
Yuxarıdakı səbəblərə görə bu xəbər güvənli deyil. Müsəlmanların bir başqa geydirmə xəbəridir.
İsti-isti