Oxuyucuların suallarına cavab

20 07 2010

Saleh bəzi suallar verib. Gəlin bunlara baxaq:

Duyğu Natural Selection-la necə otaya çıxıb?

Duyğuyla tam olaraq nə demək istəmisən başa düşmədim. Amma hər cür duyğunu nəzərə ala bilərik, yenə də dəyişən heç nə yoxdu. Görmək, dad bilmək və s. kimi duyğular yaşamağa – sağ qalmağa kömək edir. Duyğu-hisslər də həmçinin, heyvanların da hissləri, duyğuları var, onlar da qorxurlar, öz balaları üçün özlərini fəda edirlər və s. Bunlar hamısı canlının sağ qalmasında kömək edir. Sevinc, qorxu və başqa hisslər bədəndə necə baş verir elmə məlumdu, çoxsu beyin və hormonlarla əlaqəlidir. İnternetdə bir az araşdırıb bunlarla bağlı çoxlu material tapmaq olar. Tam olaraq proses necə olur hələkilik deyə bilməyəcəyəm çünkü bu haqda tam informasiyam yoxdur. Amma heyvanlardakı duyğulara baxaraq bu duyğuların necə onlara soylarını davam etdirmək imkanı verdiyini görə bilərik. Duyğular bilavasitə beynin inkişafı ilə əlaqədardır, sadə canlılarda sadə duyğuları görürük, insan və digər məməlilərdə isə daha kompleks duyğuları görürük. Yenə də qeyd edim ki biyoloq olmadığım üçün ətraflı məlumat verə bilməyəcəyəm. Bu mövzuda (duyğu və instinktlər) maraqlı məqalə və ya informasiyaya rast gəlsəm burda qoyacağam.

Ama biraz da Piltdown,Java man, Jucy man haqqında da danışın.

Danışım da, Piltdown adamı geydirmə bir fosil idi, 19cu əsrin axırı biri düzəltmişdi. Axırı elə Təkamül alimləri bunun geydirmə olduğunu demişdilər.

Java man haqqında internetdə məlumat var.

Jucy man bilmirəm nəyə deyirsən, amma yəqin Lucy`ni nəzərdə tutmusan. Lucy qız olub. Nəyisə soruşmamışdan əvvəl heç olmasa ümumi məlumat əldə etmək, adını heç olmasa bilmək pis olmaz. Lucy`nin 40% sümükləri yerindədir. Əlavə məlumat yenə də netdə…

İnsanın niyə görə Tabii kürkü yoxdu?. Bədənimiz niyə görə meymun kimi tüklü deyil?

İnsanın tükləri var bədənində, başında. Millətlərin fərqli dərəcədə tüklü olması da ele Təkamülü göstərir. Yoxsa necə olur ki 2 nəfərdən – Adəm və Həvvadan 10-15 cür fərqli tüklü insan əmələ gəlir.

İlkin insanlar onsuz da tüklü olub, meymun kimi. Sonradan insanlar inkişaf etdikcə, özlərini soyuqdan qoruya bildikləri üçün tükə ehtiyac olmayıb, tüklü olanla tüklü olmayan arasında sağ qalmaq üstünlüyü olmayıb. Başqa faktor da ilkin insanlar ekvator ərazisində istidə ovla məşğul olarkən tərləməyə ehtiyac duyublar, ona görə də tükləri tökülüb. Ona görə də insanlar meymunlar kimi tüklü olmayıb. Bu linkdə http://en.wikipedia.org/wiki/Hair daha çox məlumat var.
Əlavə olaraq onu deyə bilərəm ki indiki insanın bədənindəki tüklər elə Təkamülün dəlilidir. Bədəndəki tüklərin insana heç bir xeyri yoxdur. Əgər tanrı yaradıbsa belə mükəmməl bir varlıq şəklində, nə ehtiyac var idi bədəni tüklə doldurmağa. (Qaşlar-kirpikləri çıxmaqla)


Hərəkətlər

Information

30 cavab

13 08 2010
Dima

Sizcə materiya necə yarandı? Özü özündən? Sizlər üçün ruh anlayışı var?

13 08 2010
Ateist adam

Materiyanin yaranmasi ile bagli Big Bang Theory, daha yeni olan String Theory ve M-Theory ile maraqlanin. Ruh anlayisi var, mifik xususiyyet dashiyir. Elmi olaraq ruhlar isbat olunmadigi ucun, ruhun olmadigi gebul edilir.

13 08 2010
Dima

Mən hansısa dini mübahisənin tərəfdarı deyiləm, amma sizin də fikrinizi bilmək maraqlıdır. Ruhun elmi cəhətdən sübut olunduğunu eşitmişəm, hər bir insan ölərkən onun çəkisi 21 qram azalır, alimlər bu azalmanı ruhun bədəndən ayrılmasıyla izah edirlər. O ki qaldı Big Bang partlayışına, bu özü mübahisəli mövzudur, bəziləri Big Bang -i böyük bir varlığın partlayıb ətrafa yayılması kimi, bəzilərisə materiyanın yaranması kimi izah edirlər…

13 08 2010
Ateist adam

21 qram bosh sohbetdi. Elmi esasi yoxdur.

13 08 2010
Dima

Big Bang özü bir nəzəriyyədir, yəni hələ öz isbatını tapmayıb ( theory = nəzəriyyə)

13 08 2010
Ateist adam

Cell Theory, Theory of Gravity, Theory of Relativity…yeqin aydin oldu.

13 08 2010
Dima

Bəlkə də mövzudan kənara çıxıram, amma istəmirəm ürəyimdə qalsın , siz mənə əvvəllər iki bloqu dəyişmiş, son vaxtlar öz bloqunu bağlamış, əvvəllər müsəlman olub sonralar ateist olan, birisini xatırladırsız, onun yahoo accountu var idi, əgər o sənsənsə, mənə yaz (biz danışmalıyıq), səhv etmirəmsə siz 3 qardaşsınız. Commeti oxuyandan sonra silərsən.

13 08 2010
Ateist adam

Yox men o deyilem. Bu menim ilk ve yegane blogumdur.

13 08 2010
Dima

Səhv etmirəmsə keçmiş ləqəbinizdə doktor sözü də var idi

13 08 2010
Ateist adam

Yeqin Doktor Ravik-i deyirsiz, men deyilem o. Blogunu silibmis, menim xeberim yox idi: http://doktorravik.livejournal.com/

13 08 2010
Dima

Hə onu deyirdim, mənim mailimə şəxsi mail yaz sizə bir link verəcəm.

27 08 2010
Ateist adam

linki ele bura goya bilersen, comment olaraq.

6 09 2010
resul92

aydaaaaaaaaaa. yene menasiz danisirlar da. cox teessufle qeyd edirem ozuvuzu ele alin ama tekamul olub. hetta 40 cixib. bir de tekamul deyende ”indi olmasin” deyin.haaaaahaaaaa.. ozleri deyib ozleri inanirlar yaziqlar..
1)hec bir elmi subutu yoxdu ( heqiqi saxta demirem saxta coxdu)
2)mentiq yoxdu
3)tekamule o vaxt inanardim ki her sey bu qeder kompleks olmasaydi, gozellikler olmasaydi, narin basinda tac yox tikan olsaydi ne bilim eee 1000000………. qeder sey yaza bilerem omrum catmaz.
4) bir dene deqiq elmi fakti olmamasina baxmayaraq mlynlarca tekamulu sindiran fosiller var
5)
6)
7)
.
.
.
.
sonsuzluq
hahahahahahhhaaaaaaaaaaaaaaaaaa…….

30 10 2010
neco

yedi mohkem goyu yaratdiq
bes ozon qatindaki cat deyil
cox gozel cvb di deye fikirlesmek olar mentiqli gelir.
ama sen insanlari bunla casdirmagi bacarirsan basqa hecne.sen subut eliye bilersen mi ki o ozon qatindan sohbet gedir

30 10 2010
neco

el cinn sehv tercume etmisen(9).serhinin 1.ci cumlesindeki sef goydeki ulduzlar ona qulaq asan cinleri qovur.hansi ki ALLAH CEBRAYILA CEBRAYIL DA DIGER MELEKLERE her hansi bir sey deyende ona qulaq asan cinleri.

13 12 2010
Sadiq-bende

Ateist Adam

Sen dediklerinde menim ucun cefengiyattdir…Aglini ortaya goyub gostere bilmirsen amma ele hey agilli oldugunu deyirsen..Lakin men sene subut ederemki sen agilsizliqda edirsen, bes o agilsizliq eden agil dediyin mefhum hara gedir?
Eger maraqlidirsa deyib sen ne zaman agilsizliq edirsen, seks zamani– hetta BOYUK TIBB ALIMLERIDE OZ MULAHZELERINDE DYIRLER INSAN BIR HIRSLENENDE BIRDE SEKSLE MESHGUL OLANDA O AGILSIZ HEREKET EDIR.

Odurki ey qafil insan, elminle fexr etme, get elm oyren ,elmi arashdirmaq senlik deyil, sen sadece adi bir insansan onun bunun yazdiqlarini oxumaqla alim olub Allaha tapa bilmezsen..O dediyin aglinla bir defede Qurani ach oxu..Amma agilnan…

13 12 2010
Ateist adam

Lol, bunu yazmamishdan qabaq ne icmisen dene men de icecem, adami zor ucurdur deyesen :) )))

13 12 2010
Sadiq-bende

Sene Qurani Kerimden Yasin suresinden bir ayeni yaziram..

“Nadan insan, yaradilishini unutdu, sonra curumush sumuklere kim can verecek deye teeccublendi”

Meger sen neden yarandigini tamalile bilirsenmi?Ve senin yaranishin ucun spermada olanlarin hamisi mutleq olmalidirmi?Terkib hissesinde hansisa bir madde chatishmazsa bu insanda oz eks tesirini gosterecekmi? Eger bu suallara cavabin mustebdirse, Bes sen onda hansi Allahi-Yaradani- danirsan?

Ey Qafil ,oyan!

13 12 2010
Ateist adam

Menim qurandan gosterdiyim ayelere sherh ver, yasin lazim olar ozum acib baxaram :)

13 12 2010
Sadiq-bende

Ateist adam

Allaha sherik qoshmursan Sen ele Allaha inanirsan!!!

Bunu oz icinde mendende yaxshi bilirsen…Herden qelbinde duada edirsen, cunki Allah her bir insanin Qelbine oz mubarek ismini yazdi!!!

Inne Allahe ve inne ileyhu raciiun—”Heqiqeten Allah movcuddur ve sizde Ona geri doneceksiniz”
Senin yazdigin Arqumentlere men “senin” kimi “Qatiq” demeyecem..cunki senin fikirklerin azaddir ve hemcininde menim…
Hormet imandan dogur, Allah imanini bol elesin Amin!

P.S…Heyvanlar shuursuz canlidir…BIz ise shuurlu…Allah shuurunuda bol elesin Amin!

13 12 2010
Ateist adam

Gulmeli seyler yazirsanee, hee yaxshi menim qelbimde allah var, nece de tapdin :) senin commentlerin yazdiglarim ile tamam elaqesizdi. Sen meni niye hedef almisan? Ondansa menim yazdigim arqumentlere kontr-arqument yaz nagil danishma. Post qalib bir qiragda, sen durub ashiq havasi calirsan :)

13 02 2011
SADİQ FƏRZƏLİBƏYLİ

Ay camaat işiniz olmasın. Allah istəsəydi onu bizdən də fəzilətli, kəramətli edərdi…

10 09 2011
tale

ATESIT ADAM SEN HARDA QALIRSAN MENDE ATEISTDEM FACEBOOKA GIRIRSEN?MENIM SEHIFEM TALE HESENOV SENINLE SOHBET ETMEK ISTERDIM YERI VAR SOZLERIN

8 10 2011
Ateist adam

Facebook isletmirem.

11 09 2011
paradoks

ateistler arasinda men de varam
butun dusunen insanlar ateistdirler

12 09 2011
paradoks

bir deqiqe telamulden subut isteyirsiniz lakin dine gelende soz tapa bilmirsiniz
yaxsi bes dinin isbati var

12 09 2011
A t e i s t SENAN

men seni tebrik edirem bele bir blog yaratdigin ucun sen facebooka girirsense mene orda yaz seninle unsiyyetde olmaq isteyirem ozan oztuk

8 10 2011
Ateist adam

Tesekkurler. Yox facebook isletmirem.

8 10 2011
SEÇİLMİŞ

Rəhmaniyyəti və Rəhimiyyəti sonsuz olan Allahın adı ilə.
İnsanın həqiqəti görməməsinin səbəbi, onun həqiqəti görmək istəməməsidir.
“A t e i s t SENAN”- sən əvvəl get yaşadığın planetin nə formasında olduğunu, onun heç bir cərəyan mənbəyi olmadan öz oxu (xəyali) ətrafında hansı səbəbdən fırlanmasının, fotosintez prosesinin necə yaranmasının – həyat mövcudluğunun fundamental şərtlərinin izahını öyrən, sonra gəlib “Ateist adam”ı təbrik edərsən…
Ümumiyyətlə, bu saytın “professor heyyəti” bu sualların cavabını bura yerləşdirsə, yaxud yerləşdirə bilsə, deyərik ki, heç olmazsa bu ateistlər azdan-çoxdan nəsə bilirlərmiş…buyurun izah edin.Sonra gəlib təkamül fırıldağından danışarsınız!!!

8 10 2011
paradoks

dinin firildagi cox maraqlidi,ele deyilmi,secilmis?

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s




Follow

Get every new post delivered to your Inbox.