Qatıq arqumentlər

20 07 2010

Bir çox teistin gətirdiyi qısa primitv arqumentlərdir. Bunları yəqin çoxunuz eşitmisiniz.

1.5 milyard müsəlman səhv bilir, bir sən düz bilirsən?

Yaxşı bəs çinlilər də səhv bilir? Çoxluq heç nəyi ifadə eləmir. Əsrlər əvvəl bütün dünya əhalisi yer kürəsinin düz olduğuna inanırdı.

Qolumdakı saatı görürsən? Səncə bunu kim düzəldib? Saatsaz təbii ki. İndi insan orqanizminə bax. Belə bir sistemin deməli saatsazı, dizayneri var, o da Allahdır.

Qolundakı saatdan xəbərimiz var, onun düzəldilmə prosesini görmüşük ya da oxumuşuq. Saatsazı da ya görmüşük və ya haqqında dəqiq empirik məlumata sahibik. Bunların heç biri Allaha aid deyil. Allah haqqında, insanı necə düzəltməyi, bu prosesin detalları haqqında heç bir empirik məlumatımız yoxdur. Bundan əlavə, lap dizaynerə ehtiyac duysaq da, nəyə görə həmən dizayner sırf Allahdır? Mən deyirəm ki Allah yox Zərdüştdür, vəya Uçan Spagetti Monstrudur.

İnsanın əmələ gəlmə, inkişaf prosesini elm, təkamül çox gözəl şəkildə izah eləyir. Ona görə də bu analogiyadan yola çıxaraq hər hansı bir tanrı əldə etməyə ehtiyac yoxdur.

Ağlın görünmür, amma bilirik ki ağıl var. Allahı görməsək də Allah var.

Ağlı görməsək də onun təzahürlərini, effektlərini görürük. Empirik olaraq müşahidə apara bilirik. Necə ki küləyi tam olaraq görmürük, amma hiss eləyirik. Allah isə bu empirik müşahidələrə tabe deyil. Allahı heç cür obyektiv olaraq ölçə bilmərik.

Bax o göydəki təyyarəni görürsən? Onun pilotu var, elə deyilmi? Sən pilotu görməsən də bilirsən ki o idarə eləyir təyyarəni. Allah da həmçinin görməsən də o bu kainatı, insanları idarə eləyir.

Əvvəlki iki sualların cavabları buna da uyğundur. Bizim pilotla bilavasitə vəya dolayı yoldan əlaqəmiz var, uçuş prosesindən xəbərimiz var. Ona görə də beynimiz təyyarəni görəndə avtomatik olaraq təyyarəni pilotla əlaqələndirir. Pilot və idarə etmə prosesi müşahidə edilib, ölçülüb isbat olunub. Hansı ki Allah və kainatın idarə edilməsi haqqında deyə bilmərik. Yenə də ən son halda həmən pilotun Allah yox Uçan Spagetti Monstr olduğuna, insanları cənnət və ya cəhənnəmə göndərməyən biri olduğuna inana bilərik.





Oxuyucuların suallarına cavab

20 07 2010

Saleh bəzi suallar verib. Gəlin bunlara baxaq:

Duyğu Natural Selection-la necə otaya çıxıb?

Duyğuyla tam olaraq nə demək istəmisən başa düşmədim. Amma hər cür duyğunu nəzərə ala bilərik, yenə də dəyişən heç nə yoxdu. Görmək, dad bilmək və s. kimi duyğular yaşamağa – sağ qalmağa kömək edir. Duyğu-hisslər də həmçinin, heyvanların da hissləri, duyğuları var, onlar da qorxurlar, öz balaları üçün özlərini fəda edirlər və s. Bunlar hamısı canlının sağ qalmasında kömək edir. Sevinc, qorxu və başqa hisslər bədəndə necə baş verir elmə məlumdu, çoxsu beyin və hormonlarla əlaqəlidir. İnternetdə bir az araşdırıb bunlarla bağlı çoxlu material tapmaq olar. Tam olaraq proses necə olur hələkilik deyə bilməyəcəyəm çünkü bu haqda tam informasiyam yoxdur. Amma heyvanlardakı duyğulara baxaraq bu duyğuların necə onlara soylarını davam etdirmək imkanı verdiyini görə bilərik. Duyğular bilavasitə beynin inkişafı ilə əlaqədardır, sadə canlılarda sadə duyğuları görürük, insan və digər məməlilərdə isə daha kompleks duyğuları görürük. Yenə də qeyd edim ki biyoloq olmadığım üçün ətraflı məlumat verə bilməyəcəyəm. Bu mövzuda (duyğu və instinktlər) maraqlı məqalə və ya informasiyaya rast gəlsəm burda qoyacağam.

Ama biraz da Piltdown,Java man, Jucy man haqqında da danışın.

Danışım da, Piltdown adamı geydirmə bir fosil idi, 19cu əsrin axırı biri düzəltmişdi. Axırı elə Təkamül alimləri bunun geydirmə olduğunu demişdilər.

Java man haqqında internetdə məlumat var.

Jucy man bilmirəm nəyə deyirsən, amma yəqin Lucy`ni nəzərdə tutmusan. Lucy qız olub. Nəyisə soruşmamışdan əvvəl heç olmasa ümumi məlumat əldə etmək, adını heç olmasa bilmək pis olmaz. Lucy`nin 40% sümükləri yerindədir. Əlavə məlumat yenə də netdə…

İnsanın niyə görə Tabii kürkü yoxdu?. Bədənimiz niyə görə meymun kimi tüklü deyil?

İnsanın tükləri var bədənində, başında. Millətlərin fərqli dərəcədə tüklü olması da ele Təkamülü göstərir. Yoxsa necə olur ki 2 nəfərdən – Adəm və Həvvadan 10-15 cür fərqli tüklü insan əmələ gəlir.

İlkin insanlar onsuz da tüklü olub, meymun kimi. Sonradan insanlar inkişaf etdikcə, özlərini soyuqdan qoruya bildikləri üçün tükə ehtiyac olmayıb, tüklü olanla tüklü olmayan arasında sağ qalmaq üstünlüyü olmayıb. Başqa faktor da ilkin insanlar ekvator ərazisində istidə ovla məşğul olarkən tərləməyə ehtiyac duyublar, ona görə də tükləri tökülüb. Ona görə də insanlar meymunlar kimi tüklü olmayıb. Bu linkdə http://en.wikipedia.org/wiki/Hair daha çox məlumat var.
Əlavə olaraq onu deyə bilərəm ki indiki insanın bədənindəki tüklər elə Təkamülün dəlilidir. Bədəndəki tüklərin insana heç bir xeyri yoxdur. Əgər tanrı yaradıbsa belə mükəmməl bir varlıq şəklində, nə ehtiyac var idi bədəni tüklə doldurmağa. (Qaşlar-kirpikləri çıxmaqla)





II Ramzes möcüzəsi

20 07 2010

Bir oxuyucunun sualı ilə başlayaq:

Salam qardash. Yaxshi 1 suala da cavab versen yaxshi olar. Nece olur ki, fironun curumemish bedeni haqda Quranda qeyd olunub???

Oxuyucunun da qeyd etdiyi kimi Yunus 92-yə baxaq:

Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!

İslam saytlarında tapılan mumyanın Britaniya muzeyindən olan fotolarını görə bilərsiniz:

İslam möcüzəsevərlərinə əsasən bu 2-ci Ramzesin Allah tərəfindən cəzalandırılmış cəsədidir. Süveyş kanalı açılırkən dənizin qırağında bir təpənin üstündə tapılıb. Bura qədər hər şey zordu :) . İndi keçək faktlara:

  1. II Ramzes digər faraonlar kimi Krallar Vadisində bastırılıb, hansı ki indiki Luxor şəhəri yaxınlığında, dənizdən 700 km uzaqda yerləşir. Mumiyası da elə həmin yerdə tapılıb. Halhazırda 2-ci Ramzesin mumyası Qahirədə muzeydədir. Səcdə zad formasında da deyil, normal uzanmış haldadır. Bununla görürük ki möcüzəpərəstlərin iddia etdiyi mumya 2-ci Ramzes deyil.
  2. Yaxşı bəs bu mumiya kimdir? Bu da linklər:
    http://en.wikipedia.org/wiki/Gebelein_predynastic_mummies

    http://www.britishmuseum.org/explore/highlights/highlight_objects/aes/p/predynastic_egyptian_man.aspx

    Şəkildəki mumiya haqqında:

a) Bu mumiya Dinastiyadan əvvəlki perioda aiddir – miladdan öncə 3100 ilinə qədər olan dövrə. 2-ci Ramzes isə miladdan əvvəl 1279-1213 illərdə hökmdarlıq edib. Arada ən az 2 min il fərq var.

In such a burial, when the body is covered in warm sand, the environmental conditions mean that most of the water in the body is quickly evaporated or drained away, meaning that the corpse is naturally dried and preserved. This method was widely used in the pre-dynastic Egyptian period, before artificial mummification was developed.

Yəni bu (mumyalama) metodunda isti qum bədənin üstünə tökülür və bədən təbii olaraq tez quruyur və yaxşı qalır. Belə metodla mumyalanmış bir çox bədənlər aşkar edilib, eynilə belə formada (fetal pozisiyasında). Ramzes vaxtı artıq daha effektiv suni mumyalama mövcud idi. Daha dərinə gedib Faraonların qəbrlərinin xüsusiyyətlərindən danışmaq olar, hansı ki bu şəkildəki adi adamın qəbrindən tamam fərqlidir. Amma məncə ehtiyac yoxdur, istəyən araşdırar, onsuz da National Geographics, Discovery bütün günü Faraonlardan sənədli filmlər verir. Xülasə…

Britaniya muzeyində saxlanılan EA 32751 kodlu mumiya sadəcə sıradan bir Misir adamıdır (Predynastic Egyptian Man), nə faraondur, nə də ki Ramzesdir…Qurandakı hekayə ilə heç bir əlaqəsi yoxdur.








Follow

Get every new post delivered to your Inbox.