Göyün Yeddi Qatı

24 05 2010

Elmdə atmosferin qatları haqqında yazılanlara baxaq. Əvvəla atmosferin bir neçə xüsusiyyətə görə qatlara ayırmaq olar. Əsasən temperatura görə təyin edilən bu qatlar çox yerdə 5 qat kimi görsənir. Bu linklərə baxa bilərsiz; Wikipedia, national oceanic and atmospheric administration, nasa. NASA’nın saytında isə 4 dənə qat göstərilir (Exosphere göstərilməyib). Bu qatlar:

Troposhpere

Stratosphere

Mesosphere

Thermosphere

Exosphere

Bu qatlar birbirləri arasında xətt şəklində sərhədlərlə ayrılmayıb təbii ki. Bunları sadəcə alimlər bəzi xüsusiyyətlərə görə ayırıb. Bir təbəqədən digərinə keçiddə ortaq bir bölgə yarandığı üçün bunlara da tropopause, stratopause, mesopause adları verilib.

Başqa xarakteristikaları nəzərə alanda digər qatları da ayırmaq olar:

Ozon qatı

İonosfer

Homosfer/Heterosfer

Keçək İslam dininin mövqeyinə. Əlbəttə ki ordan burdan eşitdikləri geydirmə informasiya ilə qidalanan bir çoxları göyün 7 qatının olmasını və bunun Quranda möcüzəli bir şəkildə verilməsinə inanır. Yuxarıda artıq göyün 7 qatının olmamasını açıqladıq. İndi baxaq görək Quran nə deyir bu haqda. İlk başda Quranda 7 qat haqqındakı ayələr:

65:12. Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.

67:3. Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?

Ozon təbəqəsindəki bəs nədir, çat deyil?

78:12. Üstünüzdə yeddi möhkəm (göy) qurduq

Baxaq bu yeddi göy əslində nə imiş.

41:12. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik.

Əgər Qurandakı 7 göy indi elmə məlum olan 5 təbəqə ilə əlaqəlidirsə, nəyə görə aşağı qatda (termosfer) ulduzlar olduğu yazılıb? Ulduzlar bizim atmosferdən də kənardadır.

67:5. Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.

Yenə eyni fikir. Bizə yaxın olan göydə ulduzlar nə gəzir???

Quranda ümumiyyətlə çox şey 7 qat şəklində göstərilib. Hətta yuxarıdaki ayədə ` Yeddi göyü və yerdən də bir o qədərini` yerin də 7 qatının olması yazılıb. Halbuki yer kürəsinin 4 qatı var, bu qatları da öz aralarında təbəqələrə ayırmaq olar. Baxaq görək başqa nələrdə 7 rəqəmi tətbiq olunub:

2:261. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki…

12:43. “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm.

12:46. (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! yeddi arıq inək yeddi kök inəyi yeyir. yeddi yaşıl sünbül, yeddi də quru sünbül.

12:47. (Yusif) belə cavab verdi: “yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin.

12:48. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq.

15:44. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var.

16:112. Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı.

20:6. Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.

23:75. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi.

28:24. (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).

31:27. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı,

69:7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.

72:16. (Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki

Nəticə:

  • Qurandaki göy-atmosfer haqqındaki 7 qat elmə məlum olan qatlarla uyğun gəlmir. Həm bölgü olaraq, həm də o qatların tərkibi olaraq (Quranda yerə ən yaxın qatda ulduzlar var)
  • 7 qat Quranda bir çox şey üçün də istifadə olunub. Yer 7 qat, cəhənnəm 7 qat və s.
  • Digər dinlərdə də 7 rəqəmi qabağa çıxır, bu rəqəmə xüsusi mənalar yüklənilir.

Əlavə məlumat: başqa türk blogu

About these ads

Hərəkətlər

Məlumat

20 cavab

1 07 2010
kayzenaz

Atmosferdə həqiqətən 5 qat var- http://kayzen.az/blog/atmosfer/510/atmosferin-qurulu%C5%9Fu.html Burada da elmi mənbədən əsaslanaraq qeyd olunub. Ola bilər ki,Quranda məcazi mənada qeyd olunub.

6 09 2010
resul92

haaa bu ateistler kimi sey insanlar gormemisem.1-cisi 7 qat goyun mocuzevi qaytarici mexanizmini gorub (axtarsa hem quranda hem elmde) allaha secde elemek evezine, quranda sehv tutur.hansiki ozu sehvdir. burada nasanin qat hesabi yazilib dunyada elm goyu 7 qat qebul edir meni nasa maraqlandirmir.
xaricde(almanyada ) xristian bir sexs youtube-da dunyanin astrolojik yerini, mexanizmini, mesafe oranlarini gorub islama donur sizin kimi korlar gozunu yummus kimi gordukleri yuxulari danisirlar. o yazdigin qatlarin bir-bir qaytarma ozelliklerini yaz gorek hunerin catirmi? ee gedin tullanin…. kainatin nece gune yarandigi quranin mocuzesidi amma siz agziviza geleni uydurub sehv yorumlayib yazibsiz ve neticede ortada boyuk bir yalan qalib. orada asagi goyu sozu tam sehv basa dusulub gedin axtarin. sualiniz var? inkarci da olsa verin ( SUALLARLAISLAM.COM).

22 10 2010
Selim

Qurandaki alti gun ifadesi.Gozel yere istinad etdiz.Bigbang nezeriyyesine gore dunya 6 merhelede yaranib.Erebcedeki yavmun sozu iki mena ifade edir:gun menasini ifade edir birinci menasi,merhele menasi verir ikinci menasi.yeni Allah dunyani 6 merhelede yarattigini Quranda deyib :) bundan sonrada gel deki tesadufdu yadaki Mehemmed ozu yazib

28 12 2010
RESUL92

QARDASIM MENEN EVVEL DEDI COX SAGOL SELIM
TAMAMILE DOGRUDU

8 10 2011
SEÇİLMİŞ

Rəhmaniyyəti və Rəhimiyyəti sonsuz olan Allahı adı ilə.
İnsanın həqiqəti görməməsinin səbəbi, onun həqiqəti görmək istəməməsidir.
Quranda göyün deyilərkən atmosferə işarə edilməyib.bu mövzu çox dərindir.Gedin Sufi alim İbn-ərəbinin təfsirlərini oxuyun.Quranda “göy” kəliməsi ilə nəyə işarə edildiyini öyrənin.
Bu sualın cavabı bu qədər sadə idi.Heç bir müsəlman çaşıb eləməsin.SON.

27 12 2011
YuVeNTuS

Çoxdandir ki Azərbaycan dilində ateizmlə (agnostizmlə) bağlı sayt axtarirdim.
Çox sağolun maraqlı açıqlamalarınıza görə!
Din mövzusunda her kesin fikrine hörmetle yanaşıram (eyni zamanda müqeddes saydıqları varlıqlara da: allah,quran, tövrat, peyğəmbərlər və s.) və belə fikirleşirem ki, mövcud olan inanc sistemləri yaxin onilliklərdə öz təsir gücünü əhəmiyyətli dərəcədə itirəcək və insanlar onları maraqlandıran suallara imanla yox, elmlə cavab axtarmağa daha çox maraq göstərəcək.

26 02 2012
Erkin

Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Yuventus, ölümün, zelzelelerin, daşqınların, göydən yerə enən kainat cisimlərinin, günəş şüasının, küləyin qarşısını ala biləcək elmi göstər mənə. Belə misalları saymaqla bitməz. Nə vaxt pul var dövlət hesabına kimsə əbədi yaşasa deyərəm hə elm nəyəsə nail oldu. O da olsa bilə Allahın izni olmadan mümkün deyil. Bütün alimlər Allahın varlığını qəbul edir siz isə bir kitab belə oxumadan nəsə iddia edirsiniz.

26 02 2012
Erkin

Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Mən sizi bəzi saytlarla tanış edim, amma yenə də ən düzünü Allah bilir.

http://www.quranmocuzeleri.org/2011/01/atmosferin-tbqlri.html
http://www.mucizeler.com/category/astronomi-tr/

18 08 2012
alı zeynalov

Ey cahiller göyün yeddi qatı var:
1-Troposfer
2-Stroposfer
3-Ozonosfer
4-Mezosfer
5-Termosfer
6-İonosfer
7-Eksosfer
Bunu bilin ki,”sfer”sözü Yunanca qat,tebeqe demekdir.”poz”,”pouz” sözleri ise aytı bir mena verir.İndi bildiz qat ne demekdir.Gedin özünüzde sehv axtarın.Yazıqsız.Allahın qezebi pis olur.

18 08 2012
Ateist adam

Sen deyesen oxudugunu anlamaqda cetinlik cekirsen, ya da oxumadan aglina geleni yazirsan. Halaldi sene, NASA’dan yaxsi bilirsen. Esl alimsen!
“Poz” ile olan qatlar ara qatlardir, hansi ki her iki qatin xususiyyetini danishiyir. Mektebde ezberlediyin cografiya ile dunyani kesf elediyini sanirsan. Goyun qatlari bicaqla ayrilmayib, roketle yuxari ucarken de belli bir mesafeden sonra “mezosfere xos geldiniz” yazisi gormursen.

19 08 2012
alı zeynalov

Ay insan senin deyesen doğurdan ağlın yoxdu.Deyirem ki,sfer sözü qatdır.sen poz nan sferi ayıra bilmirsen.Eger dediyin poz ile qurtaralar qat olsaydı adları o biri qatlardan ferqlenerdi.Eh sene ne deyim ele boş behanelerle danışırsan.Unutma sfer sözü qat,tebeqe demekdir poz yox…

3 10 2012
Gunel

ateizm en bedbextlikdirki , insanlar onu secir. wexsine hormet qoymayan yalniz bawqalarinin inancina dil uzadar. men bunu wexsiyyetsizlik adlandiriraam. ateizm wexsiyyetsizliyi !!!

3 10 2012
orxan

Inanclar heqiqet dusmeni olaraq yalanlardan daha tehlikelidir

6 09 2013
kamil

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. Zariyat suresi 47 ci aye.
Peygember (s) o vaxt hardan bilib ki, goy genislenir ?

9 01 2014
metanet

1.Troposfer
2.Stroposfer
3.Ozonosfer
4.Mezosfer
5.Termosfer
6.İonosfer
7.Eksosfer

bu sozler goydeki olan yeddi qatdan ibaretdir.

9 01 2014
Ateist adam

Cografiya dersinden 5 alirdin deyesen?

18 01 2014
Nicat

Salam dostlar. İnternetdə etdiyim qısa bir araşdırmanın ilkin nəticələrinə əsasən deyə bilərəm ki, Qurani Kərimdə səmanin 7 qatından bəhs edən həmin ayələrdə söhbətin mütləq şəkildə atmosfer təbəqələrindən getdiyini bir mənalı və qəti şəkildə iddia etmək doğru yanaşma deyil. Çünki 7 qat səma haqqında ayələrlə bağlı İslam alimlərinin daha fərqli düşüncələri var (Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara/29). Digər tərəfdən Merac hadisəsi ilə bağlı hədisdə də səmanın 7 qatı məsələsinə toxunulur. Yenə də ən doğrusunu Allah Teala (c.c.) bilir.

26 01 2014
Mümtaz

Göyün yeddi qatı var deyənlər,maqnitosfer və radiosferi də 7-nin üstünə əlavə edin.Əslində isə,müxrəlif göstəricilərə görə atmosferi müxtəlif sayda qatlara bölmək olar.Quranda nəzərdə tutulan 7- qat isə o dövrdə yunan astronomiyasından bütün şərqə yayılmış bölgü-o vaxtkı elmə məlum olan planetlərin sayına görə bölgü idi:
1. Ay – fələkül-Qəmər.
2. Merkuri – fələkül-Ütarid.
3. Venera – fələküz-Zöhrə.
4. Günəş – fələküş-Şəms.
5. Mars – fələkül-Mirrix.
6. Yupiter – fələkül-Müştəri.
7. Saturn – fələküz-Zühəl.
Uran,Pluton,Neptun o vaxt planet kimi nə kəşf edilmişdi,nə də qəbul edilmişdi.
Daha iki qat-fələk isə bu yeddi fələki öz əhatəsinə alırdı: Bürclər fələki(fələkül büruc) və Atlas fələki (fələkül-ətləs).
Orta əsrlərdə Göyün qatlara bölünməsi belə idi ki,bu da quranda öz əksini tapmışdı.Quranda 85-ci, “büruc” surəsi də mövcuddur. “Vəssəmaə zatəl büruci.”(and olsun bürclər sahibi olan səmaya.) Həqiqətdə isə bilirik ki,səmada heç bir bürc yoxdur.. Pərakəndə səpilmiş ulduzları insanlar müxtəlif qruplar halında,xəyalən müxtəli heyvanlara bənzədərək bürclər adını vermişlər. Qısası,bürclər insanların xəyalən quraşdırdıqları bir şeydir ki,quranda da buna and içilir.

17 02 2014
Nicat

Quranın qədim yunan astronomiyası haqqında məlumatlara əsaslanması iddiası yanlışdır. Çünki qədim yunan astronomiyasına görə göyün 9 təbəqəsi var idi. Halbuki Quranda 7 qat səmadan bəhs edilir. İslamda təfsir alimlərinin əksəriyyətinin fikri belədir ki, dünyanın üstündə bütün ulduzların var olduğu maddi aləmin hamısı bir səmadır. Bu, yeddi səmanın birincisidir. Bəzi İslam alimləri isə Quranda yeddi rəqəminin bir sıra ayələrdə məcazi anlamda çoxluq mənasında işləndiyini deyirlər.
Qədim yunan filosofları Ptolomey və Aristotelin geosentrik kainat nəzəriyyəsinə görə Yer kainatın mərkəzində yerləşirdi. Digər 7 planet (Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter, Saturn) isə Yerin ətrafında dövr edirdilər. Daha sonra isə sonsuz sayda Ulduzlar yerləşirdi. Kainatın sonunda isə İlkin Səbəb sahəsi (Sphere of the Prime Mover) gəlirdi. Buradan aydın olur ki, qədim yunan astronomiyasına görə səmanın təbəqələrinin sayı 9 idi:
1-ci təbəqə Yer və Ay arasında
2-ci təbəqə Ay və Merkuri arasında
3-cü təbəqə Merkuri və Venera arasında
4-cü təbəqə Venera və Günəş arasında
5-ci təbəqə Günəş və Mars arasında
6-cı təbəqə Mars və Yupiter arasında
7-ci təbəqə Yupiter və Saturn arasında
8-ci təbəqə Saturn və Ulduzlar
9-cu təbəqə Ulduzlar və İlkin Səbəb sahəsi

Mənbələr:
1. Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara/29
2. What Is Meant By ‘Seven Heavens’?
http://www.al-islam.org/philosophy-islamic-laws-ayatullah-al-uzma-shaykh-nasir-makarim-shirazi-ayatullah-jafar-subhani-35
3. The Universe of Aristotle and Ptolemy
http://csep10.phys.utk.edu/astr161/lect/retrograde/aristotle.html

20 03 2014
moon

Quranda yazilanlar oxudugunuz kimi sade anlama gelmir.Mes,goyun 7ci qati dedikde ele yer kuresinin atmosferinin qatlari demek deyil..Diqqetle oxuyun,asagi goyde ulduzlar var,bu o demek ola bilerki,asagi goy dedikde,bizim qalaktika nezerde tutulsun,gorunur bizimki en altda olandir,gunes sisteminden ibaret kehkesandan da basqa kehkesanlar ve ya diger 6 dunya(Quranda Yerin goyu) movcuddur.En dogrusunu Allah bilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s




İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: