Göyün Yeddi Qatı

24 05 2010

Elmdə atmosferin qatları haqqında yazılanlara baxaq. Əvvəla atmosferin bir neçə xüsusiyyətə görə qatlara ayırmaq olar. Əsasən temperatura görə təyin edilən bu qatlar çox yerdə 5 qat kimi görsənir. Bu linklərə baxa bilərsiz; Wikipedia, national oceanic and atmospheric administration, nasa. NASA’nın saytında isə 4 dənə qat göstərilir (Exosphere göstərilməyib). Bu qatlar:

Troposhpere

Stratosphere

Mesosphere

Thermosphere

Exosphere

Bu qatlar birbirləri arasında xətt şəklində sərhədlərlə ayrılmayıb təbii ki. Bunları sadəcə alimlər bəzi xüsusiyyətlərə görə ayırıb. Bir təbəqədən digərinə keçiddə ortaq bir bölgə yarandığı üçün bunlara da tropopause, stratopause, mesopause adları verilib.

Başqa xarakteristikaları nəzərə alanda digər qatları da ayırmaq olar:

Ozon qatı

İonosfer

Homosfer/Heterosfer

Keçək İslam dininin mövqeyinə. Əlbəttə ki ordan burdan eşitdikləri geydirmə informasiya ilə qidalanan bir çoxları göyün 7 qatının olmasını və bunun Quranda möcüzəli bir şəkildə verilməsinə inanır. Yuxarıda artıq göyün 7 qatının olmamasını açıqladıq. İndi baxaq görək Quran nə deyir bu haqda. İlk başda Quranda 7 qat haqqındakı ayələr:

65:12. Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.

67:3. Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?

Ozon təbəqəsindəki bəs nədir, çat deyil?

78:12. Üstünüzdə yeddi möhkəm (göy) qurduq

Baxaq bu yeddi göy əslində nə imiş.

41:12. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik.

Əgər Qurandakı 7 göy indi elmə məlum olan 5 təbəqə ilə əlaqəlidirsə, nəyə görə aşağı qatda (termosfer) ulduzlar olduğu yazılıb? Ulduzlar bizim atmosferdən də kənardadır.

67:5. Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.

Yenə eyni fikir. Bizə yaxın olan göydə ulduzlar nə gəzir???

Quranda ümumiyyətlə çox şey 7 qat şəklində göstərilib. Hətta yuxarıdaki ayədə ` Yeddi göyü və yerdən də bir o qədərini` yerin də 7 qatının olması yazılıb. Halbuki yer kürəsinin 4 qatı var, bu qatları da öz aralarında təbəqələrə ayırmaq olar. Baxaq görək başqa nələrdə 7 rəqəmi tətbiq olunub:

2:261. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki…

12:43. “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm.

12:46. (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! yeddi arıq inək yeddi kök inəyi yeyir. yeddi yaşıl sünbül, yeddi də quru sünbül.

12:47. (Yusif) belə cavab verdi: “yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin.

12:48. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq.

15:44. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var.

16:112. Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı.

20:6. Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.

23:75. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi.

28:24. (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).

31:27. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı,

69:7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.

72:16. (Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki

Nəticə:

  • Qurandaki göy-atmosfer haqqındaki 7 qat elmə məlum olan qatlarla uyğun gəlmir. Həm bölgü olaraq, həm də o qatların tərkibi olaraq (Quranda yerə ən yaxın qatda ulduzlar var)
  • 7 qat Quranda bir çox şey üçün də istifadə olunub. Yer 7 qat, cəhənnəm 7 qat və s.
  • Digər dinlərdə də 7 rəqəmi qabağa çıxır, bu rəqəmə xüsusi mənalar yüklənilir.

Əlavə məlumat: başqa türk blogu





Quranda göy (səma) haqqında – Davamı

14 05 2010

Keçən həftə giriş elədiyim mövzuya davam edirəm. Quran ayələrinə göz ataq.

Kəhf

85. O, (yer üzündə gəzib dolaşmaq üçün) səfərə çıxdı.

86. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”

89. Sonra o, yoluna davam etdi.

90. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq.

91. Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq.

Bu surədə Zülqərneyn (Makedoniyalı İsgəndər olduğu da deyilir) haqqında danışılır. Görünür ki Quran o vaxtın əfsanə və miflərindən yararlanıb. Zülərneyn günəşin batdığı yerə gedir və orda günəşi qara palçıqlı bir çeşmədə batan görür. Yəqin fikirləşiblər ki Günəş qara palçıqlı suya girir deyə qaranlıq düşür. Sonrakı ayələr də maraqlıdır, günəşin doğduğu yerə gedir çatır. Ordakı qövmün heç bir qorunmağa örtüyü olmadığı qeyd edilir. Ümumiyyətlə qədim xalqların əfsanə və miflərini oxuyanlar belə hekayələrə çox rast gələ bilərlər. Təbii ki müsəlmanların müdafiəsi odur ki burda günəşin batdığı yer deyildikdə Qərb, doğduğu yer deyildikdə isə Şərq nəzərdə tutulur. Həmən yerə çatanda palçıqlı çeşmə, vəya günəşdən örtük söhbəti bəs nədir onda? Nə isə, mənə məntiqli gələn açıqlama odur ki o vaxtlar belə əfsanələrə inanırdılar.

Həcc

65. Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir.

Şərhə ehtiyac yoxdur, Göy-Səma bir tavan kimi düşünülür, ona görə də göyün təpəmizə düşməməsi bir möcüzədir. Buna imkan verməyən də Tanrıdır. O qoymur ki göy üstümüzə düşsün.

Loğman

10. O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.

Əvvəlki sürədəki fikir burda da var. Göylər dirək olmadan dayanıb. Yer silkələnməsi, yəni zəlzələnin qarşısını almaq üçün dağ yaratmaq başqa mövzudur. Dağlar zəlzələdən, tektonik layların birbirinə təsirindən yaranır. Dağlı yerlərdə əksinə zəlzələ daha çox olur. Bir başqa elmi səhv daha.

Fatir

41. Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.

Eyni anlayış. Göy tərpənib düşməsin deyə tutub saxlayır. Halbuki yer də göy də onunla bir yerdə tərpənir, fırlanır. Burda kainat vəya qalaktikalara göy deyərək xitab eləyə bilər, amma o da tərpənir axı.

əl-Cinn

8. Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.

9. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.

Göydə gözətçilər və yandırıb-yaxan ulduzlar var. Ora çıxmaq olmaz, onun qatlarında mələklər söhbət edir, ən yuxarı qatlarında da başçıları – Tanrı oturur.

Mən tanrı olsaydım yüz dəfə “göydən yağış endirən, göyün və yerin sahibi” deməkdənsə, bir dəfə onları deyərdim, sonra da məsləhət verərdim ki göy sizin yaşamanız üçün vacibdir, yararlı maddələrdən ibarətdir, onu qoruyun, çirkləndirməyin, ağacları kəsməyin və s. Təbii ki o vaxtın Ərəb tanrısının Braziliyadakı Yağış meşələrindən xəbəri yox idi. Ümumiyyətlə bu qədər təkrara nə ehtiyac var, bildik də göydən yağış tökülür. Bir lazımlı məlumat ver onun yerinə.

O vaxtın məntiqinə görə Tanrı yuxarıdadır, mələklər yuxarıdadı, göydədilər, oranı qoruyan xüsusi alovlu ulduzlar var, Aya Tanrı nur verib (Ayın işığı yoxdur, hamınız bilirsiniz yəqin :) ). Nə isə, özünüz oxuyun görəcəksiniz ibtidai fikirləri.





Quranda göy (səma) haqqında

10 05 2010

Quranda göy haqqında maraqlı az sayıda ayələr var. Göy əsasən tavan, ulduzlarla bəzədilmiş bir tavan, qat, dirəksiz dayanan bir “potolok” kimi təsvir olunub. Hətta bir sürədə Allah yerə düşməsin deyə göyü tutub saxlayır. Bu ayələr haqqında gələn yazımda ətraflı yazacağam. Qalan 90% göy haqqında olan ayələrdə isə Göydən yağış endirən, göyün və yerin sahibi Allah deyilir, hamsı bir birinin təkrarı, ərəblər yəqin bir dəfə deyəndə başa düşməyiblər ki eyni cümlə 40 dənə yerdə yazılıb. Sadəcə quran.az saytına girib göy sözünü axtarın görəcəksiniz.

Qurandakı ibtidai fikirləri Quranı oxuyaraq öyrənmək lazımdır. Əksər müsəlmanın elədiyi kimi Quranı bir sarafana büküb şkafın başına qoymaq, boyundan ya da divardan asmaq lazım deyil. Mənasını başa düşmədən ərəbcə əzbərə nə gəldi oxumaq da lazım deyil. Açın Azərbaycanca məalini, təfsirini oxuyun, axırı bu bir kitabdır, yəni oxunmalı şeydir :)





Gəlin Quran oxuyaq

6 05 2010

Ərəf

179. Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.

Bir çox insanlar və cinləri cəhənnəm üçün yaradır deməli. Bunun harası imtahan oldu? Onlar heyvandır, çirkabdır kimi ucuz təhqir sözləri işlətmək də heç Allaha yaraşmır.

Zəriyət

49. Biz hər şeydən (erkək və dişi olmaqla) cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.

Artıq elm aləminə məlumdur ki dünyada hər şeydən cüt deyil, erkək və ya dişi olmayanlar var. Hermofroditlər, aseksual törəmə kimi mövzuları araşdıra bilərsiz.

Əhzəb

53. Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin) zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.

Bu kitab bütün insanlığa və bütün dövrlər üçün nəzərdə tutulub. Ortaya çıxdığından bəri 1400 il keçib, hələ yenə də minilliklər keçəcək və Allah heç bir kitab və peyğəmbər göndərməyəcək. Belə bir son “insanlıq” kitabında peyğəmbərin evinə gedilməyəcəyini, arvadlarını almayacağını yazmaq gülməli görsənir. Bu nəsihətlər və “qanunlar” heç kimin işinə yaramır, sırf o vaxt kimsə evinə girib deyə, kimsə arvadını almasın deyə belə bir ayət gətirib. İndiki zamanə ilə nə əlaqəsi? Belə spesifik-şəxsi problemlərə niyə yer verilib?

Nisa

25. Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. (Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. (Kənizlərlə evlənmək) sıxıntıya düşməkdən (və ya zina etməkdən) qorxanlarınız üçündür. Amma səbrli olsanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağışlayandır, Rəhmlidir.

Bu onsuz da Quranda məşhur mövzudu – kölələr və cariyələr. Allahın ağlına gəlməyib ki köləliyi yasaqlasın. Donuz əti, şərabı yasaqlayıb, amma köləliyi yox. Bir digər məsələ də kənizlərdən istədiyiniz kimi istifadə etməyinizdir. Mömin qadın ala bilmirsənsə sahib olduğun kənizi al. Əgər sahibi başqa adamdırsa, ona mehrini, yəni pul vəya mal ödə və kənizi al. Yəni kəniz bir əşyadır, sahibi sənsən, sən deyilsənsə başqasından qiyməti nədirsə ver al. Sonrakı cümlə də maraqlıdır, kəniznən evlənmək zina eləməkdən yaxşıdır. Canın seks istəyir? Zina eləmə, get mehrini-pulunu ver kənizi al, kefini çək.








Follow

Get every new post delivered to your Inbox.